Məhkəmə qərarları › İş №2-2(115)-2201/2021

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-2201/2021

28.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-2201/2021 28.12.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əhməd Nicat Ramiz oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «borc və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə 14.12.2020-ci il tarixdə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 İddiaçıASC-nin xeyrinə 22 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 14893 manat 80 qəpik əsas, 2115 manat 43 qəpik faiz, 6038 manat 02 qəpik cərimə və kredit müqaviləsi üzrə 30.10.2018-ci il tarixdən 24.09.2020-ci il tarixə dək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1413 manat 95 qəpik məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 24461 manat 20 qəpik borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətindəki Bərdə rayonu, Uğurbəyli kəndində yerləşən, 3 otaqlı, 138.4 kv.m ümumi, 72.1 kv.m yaşayış, 66.3 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.28 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Bərdə rayonu, Uğurbəyli kəndində yerləşən, 3 otaqlı, 138.4 kv.m ümumi, 72.1 kv.m yaşayış, 66.3 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0.28 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC- nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətindəki Bərdə rayonu, Uğurbəyli kəndində yerləşən, 3 otaqlı, 138.4 kv.m ümumi, 72.1 kv.m yaşayış, 66.3 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.28 ha torpaq sahəsinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bərdə rayonu, Uğurbəyli kəndində yerləşən, 3 otaqlı, 138.4 kv.m ümumi, 72.1 kv.m yaşayış, 66.3 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.28 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2013-cü il 20 noyabr tarixli əsas kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “Bərdə” filialında 72 ay müddətinə 15000 manat və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində kredit limiti ayrılmışdır. 2015-ci il 22 oktyabr tarixli əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 6%-lə 36 ay müddətinə 15000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətindəki Bərdə rayonu. Uğurbəyli kəndində yerləşən, 3 otaqlı, 138.4 kv.m ümumi, 72.1 kv.m yaşayış, 66.3 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.28 ha torpaq sahəsi 2013-cü il 20 noyabr tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il 22 oktyabr tarixli kredit müqaviləsinin 1.14-cü bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 0.1 faiz həcmində cərimə hesablayıb borcludan tələb edir. 2020-ci il sentyabrın 24-dək Cavabdeh1 2015-ci il 22 oktyabr tarixli kredit müqaviləsi üzrə banka 14893 manat 80 qəpik əsas, 2115 manat 43 qəpik faiz, 6038 manat 02 qəpik cərimə borcu olmaqla ümumilikdə cəmi 23047 manat 25 qəpik borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qevdə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bundan başqa, 24 sentyabr 2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 22 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 14893 manat 80 qəpik əsas, 2115 manat 43 qəpik faiz, 6038 manat 02 qəpik cərimə və kredit müqaviləsi üzrə 30.10.2018-ci il tarixdən 24.09.2020-ci il tarixə dək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1413 manat 95 qəpik məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 24461 manat 20 qəpik borcu vardır. 22 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının, həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin ödənilməsini tələb edə bilər. Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bərdə Rayon Məhkəməsinin 05.11.2021-ci il tarixli qərardadı ilə iş baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, Cavabdeh1 09 oktyabr 2017-ci ildə öldüyündən iş üzrə icraata xitam verilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmişlər, Cavabdeh4 məhkəməyə ərizə göndərərək, atası Cavabdeh1 09 oktyabr 2017-ci ildə vəfat etməsi nəzərə alınaraq iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, iş üzrə cavabdeh olan Cavabdeh1 09 oktyabr 2017-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata əsasən iş üzrə cavabdeh olan xx.xx.1954-cü il təvəllüdlü Cavabdeh1 09.10.2017-ci il tarixdə ölmüş və vərəsəlik məlumatları tapılmamışdır. Cavabdeh1 əmlakının başqa şəxsə keçməsi barədə məhkəməyə heç bir sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-in 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə Cavabdeh1 09.10.2017-ci il tarixdə öldüyündən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 170, 261-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iş üzrə icraata Cavabdeh1 09.10.2017-ci il tarixdə öldüyündən Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən xitam verilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar