Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-2248/2025 22.01.2026 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 10.960 (on min doqquz yüz altmış) manat pulun, eləcə də ödədiyi 123 (bir yüz iyirmi üç) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışlar ki, o, cavabdehi uzun illərdir tanıyır. Cavabdeh ondan 2022-ci ildə 2 dəfəyə 12000 (on iki min) manat və 2900 (iki min doqquz yüz) manat dəyərində qızıl əşyası götürüb tez bir zamanda evlərinin satılıb borcunu ödəyəcini bildirmiş və bu barədə yazılı qəbz yazıb özü imza etmişdir. Hal-hazırda cavabdeh ona 14.900 manat borcdan cəmi 3940 (üç min doqquz yüz qırx) manat pul qaytarmışdır. Hal-hazıradək cavabdeh ona olan 10960 (on min doqquz yüz altmış) manat borcun qalan hissəsini ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərə əsasən Cavabdeh 10.960 (on min doqquz yüz altmış) manat pulun, eləcə də ödədiyi 123 (bir yüz iyirmi üç) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-1749/2025 nömrəli qətnaməsi (hakim H.Məhəmmədi) ilə, iddianın təmin edilməməsi, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 123 (bir yüz iyirmi üç) manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-1749/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası 11 avqust 2025-ci il tarixli 2(104)-1510/2025 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)- 1749/2025 nömrəli qətnaməsi ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bundan başqa iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı olan əlyazma ilə qeyd etdiyi 2900 manat məbləğində borcun ödənilməsi zamanı onun pensiya kartından borcdan əlavə olaraq 1040 (bir min qırx) manat məbləğində artıq əldə etdiyi vəsaitin ona geri qaytarılması və qarşılıqlı iddia ərizəsinin verilməsi üçün tərəfindən ödənilmiş 30,40 (otuz manat, 40 qəpik) manat dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq ona ödənilməsinə, ilkin iddia üzrə İddiaçı iddiası əsassız olduğu üçün rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə 2-2(115)-2248/2025 saylı mülki iş vardır. Ona qarşı qaldırılmış iddia ərizəsi və sübutlar Elektron Məhkəmə Sistemində olmadığına görə iddia tələbindən və iddiaçının əsaslandığı sübutlardan məlumatı olmadığından o, xx.xx.2025-ci il tarixdə iş materialları ilə tanış olmaq üçün Gəncə Kommersiya Məhkəməsinin hakimi Ramiq Qələndərzadəyə ərizə ilə müraciət etmişdir. İlk dəfə İddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə elə həmin gün (xx.xx.2025-ci il tarixdə) Gəncə Kommersiya Məhkəməsinin inzibati binasında tanış olmuşdur. İddia ərizəsini və ona əlavə edilmiş sənədlərin surətini rəsmi qaydada əldə etmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəldiyindən, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla hazırkı mülki iş üzrə qarşılıqlı iddia verilməlidir. İddiaçı ona qarşı qaldırdığı iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla Gəncə Kommersiya Məhkəməsinin inzibati binasında xx.xx.2025-ci il tarixdə tanış olmuşdur. Ona məlum olmuşdur ki, ona ödədiyi pulu ondan təkrarən tələb edir. Belə ki, İddiaçı İddia ərizəsində özü etiraf edir ki, Cavabdeh 2900 (iki min doqquz yüz) manat dəyərində qızıl-zinət əşyası vermişdir. O isə ona 3940 (üç min dobbuz yüz qırx) manat məbləğində pul qaytarıb. O, qarşılıqlı iddia ərizəsinə əsaslandıraraq qeyd etmək istərdi ki, Cavabdeh İddiaçı ona dəyəri aşağı olan qızıl-zinət əşyasını şişirdilmiş qiymətə yəni 2900 (iki min doqquz yüz) manata yaşadığı rayonda tanışlarına satmaq üçün vermişdir. Pulunu isə ondan hissə-hissə alacağını bildirmişdir. O, həmin əşyanı o, dediyi kimi satmışdır. Lakin pulunu satdığı şəxsdən ala bilməmişdir. Cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixdə yaşadığı ünvana gələrək ona bildirmişdir ki, "aralarında olan borcu yazılı şəkildə etiraf etməyini istəyir". Həmçinin ona demişdir ki, o, qızılın pulunu satdığın şəxsdən alıb ona verməsə o, gələcəkdə bi yazılan əlyazmanı sübut olaraq Şəmkir Rayon Məhkəməsinə verəcəkdir. O, isə onunla razılaşmış və uşağının əlillik üzrə (uşağım anadangəlmə lal-kar qüsurludur) aldığı pensiya kartını borc qurtarana qədər ona vermişdir. Beləliklə aralarında olan razılaşmanı 07 iyun 2022-ci il tarixində yazılı şəkildə rəsmiləşdirmişdir. Həmin əlyazma hazırda 2-2(115)-2248/2025 saylı kommersiya işi materiallarına İddiaçı tərəfindən ilkin iddia ərizəsinə subut olaraq əlavə edilmişdir. Cavabdeh İddiaçı 2900 (iki min doqquz yüz) manat pulun əvəzinə, ondan 3940 (üç min doqquz yüz qırx) manat almışdır. O, ona bildirmişdir ki, ona şəxsi olaraq olan borcunu ödəmiş, onun pensiya kartını geri qaytarsın. Lakin o, pensiya kartını ona qaytarmadı. O, isə həmin kartı ləğv etdirdi, əvəzində yeni kart əldə etdi. Həmçinin bildirmək istərdi ki, 2-2(115)-2248/2025 saylı iş materialları ilə xx.xx.2025-ci il tarixdə tanış olan zaman, ilkin İddiaçı tərəfindən sübut kimi məhkəməyə təqdim edilən, onun X6 olan borcu barədə yazılmış əlyazmaya əsaslanaraq iddia edir ki, guya onun ona yox İddiaçı 12.000 (on iki min) manat borcu vardır. Halbu ki, tərəfindən yazılan həmin əlyazmaya diqqət etdikdə aydın görsənir ki, həmin əlyazmada onun İddiaçı deyil, X6 olan borcum barədə əlyazmadır. Lakin İddiaçı iddia tələbində həmin əlyazmanı özünün xeyrinə istifadə etməyə çalışır. Beləliklə iş materiallarında olan sübutlara əsaslanaraq və həmçinin ilkin İddiaçı iddia tələbində etiraf etdiyi 2900 (iki min doqquz yüz) manat borcun əvəzinə onun tərəfdən 3940 (üç min doqquz yüz qırx) manat pulun ödənilməsini nəzərə aldıqda, O məndən 1040 (bir min qırx) manat artıq pul almışdır. Onun uşağının pensiya kartından artıq tutduğu 1040 (bir min qırx) manat məbləğində vəsaitin ondan geri alınaraq ona qaytarılmasını tələb etmək hüququ vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin mahiyyətinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, qızıl mağazası var, bundan başqa VÖEN-i var və lisenziya əsasında fəaliyyət göstərir. Cavabdehlə yaxın olmuşlar və əvvəllər də ondan qızıl alıb və ödəyib. Lakin sonuncu dəfə 12 000 manat məbləğində borcu olanda polisə müraciət etmiş, hal-hazırda 10 960 manat məbləğində borcu var. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, iddiaçı qızıl satışı ilə məşğuldur. Cavabdeh dəfələrlə iddiaçıdan qızıl zinət əşyaları alıb. Sonradan isə borcunu ödəməmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Cavabdeh məhkəməyə yazılı qaydada etiraz göndərərək bildirmişdir ki, o yazılı qaydada İddiaçı dəyəri 2900 (iki min doqquz yüz) manat məbləğində qızıl almışdır. İddiaçı iddia ərizəsində də bunu qeyd etmişdir. Həmçinin həmin borcdan onun tərəfindən iddiaçıya 3940 (üç min doqquz yüz qırx) manat pulun ödənilməsini də iddiaçı öz iddia ərizəsində təsdiq etmişdir. Buradan da aydın görünür ki, o iddiaçıya 1040 manat artıq pul ödəmişdir. X8 ilə onun arasında olan 12000 manat borcu təsdiq edən ərizəni İddiaçı məhkəməyə sübut kimi təqdim edərək özünün xeyrinə istifadə etməyə çalışır. Buradan sual yaranır ki, niyə X8 ona qarşı ayrıca iddia qaldırıb həmin 12.000 (on iki min) manat borcu ondan tələb etmir? Çünki, X2 üçün aldığı ümumi dəyəri 65000 manat olan qızılların pulunun ondan geri alınmasına dair Şəmkir Rayon Məhkəməsində idda qaldırmışdır. Hazırda bununla bağlı Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)- 1526/2022-saylı yekun qətnaməsi vardır. Bu gün sözügedən 12000 manat borc həmin 65000 manat məbləğin içərisində olan borclara aiddir. Bu səbəbdən də Mətanət Novruzova ona qarşı eyni tələb üzrə iddia qaldıra bilməz. Mətanət Novruzova isə həmin qızılları X7 almışdır. Bununla bağlı isə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)-1061/2021 saylı yekun qətnaməsi mövcuddur. Belə ki, X1 alaraq ona satmaq üçün vermişdir. İradə Tağıyeva qızılın pulunu geri almadığı üçün Mətanət Novruzovya qarşı Gəncə şəhər Nizami Rayon Məhkəməsində iddia qaldırmış və idda tələbi təmin edilmişdir. Bundan sonra Mətanət Novruzova da ona qarşı Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. O, məhkəmədə Mətanət Novruzovadan hissə-hissə aldığı bütün borcu etiraf etdiyi üçün, borcu təsdiq edən sənədlərə və həmin sözügedən 12000 manat olan borc barədə sənədə ehtiyac qalmamışdır. Bu səbəbdən də Mətanət 12000 manat olan borc barədə sənədi Şəmkir Rayon Məhkəməsinə təqdim etməmişdir. İndi isə həmin əlyazmadan sui-istifadə edərək yenidən ondan təkrar olaraq həmin pulu tələb etməyə cəhd edirlər. O, İddiaçı 2.900 (iki min doqquz yüz) manat məbləğində qızıl almışdır, 3940 (üç min doqquz yüz qırx) manat pulun ödəmişdir. Onun uşağının pensiya kartı iddiaçıda olduğu üçün borc bağlandıqdan sonra da uşağın pensiya kartını ona qaytarmamışdır. Buna görə də ondan əlavə olaraq 1040 (bir min qırx) manat artıq pul almışdır. Məhkəmənin xx.xx.2026-cı il tarixli iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, İddiaçı mütəmadi olaraq qızıl əşyaları almış və sonra özü həmin qızılları başqa şəxslərə satırmış, yəni qızıl alveri ilə məşğul olmuşdur. Elnarə xanımın da İnayət xanımdan qızıl aldığını görmüşdür. Təsadüfən bir dəfə də özü İnayət xanımdan qızılı götürüb Elnarə xanıma vermişdir. Elnarə xanıma verdiyi qızılın dəyəri təxminən 12000 manat olmuşdur. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, cavabdeh məhkəmə iclasına gəlməmiş, cavabdeh məhkəməyə ərizə təqdim edərək ilk iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia və qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1.və 76.2. maddələri). Məhkəmə qeyd edir ki, hər bir şəxs öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Əgər bir tərəf digər tərəfin tələbinin əsası kimi istinad etdiyi halı etiraf edirsə və bu hal digər sübutla təsdiq edilməklə inkar edilmirsə, bu zaman məhkəmə əlavə araşdırma aparılmadan iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Belə ki, iddiaçı öz iddia ərizəsində cavabdehə 12000 manat və 2900 manat olmaqla, ümumilikdə 14900 manat dəyərində qızıl əşyaları satdığını, cavabdehin ona həmin məbləğdə borcunun olduğunu və cavabdeh tərəfindən isə həmin borcdan 3940 manat ödənildiyini bildirmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh tərəfindən verilməsi ehtimal edilən əlyazmadan görünür ki, Cavabdeh 12150 manat dəyərində qızılları qonşusu X5 götürdüyünü və ona borclu olduğunu qeyd etmişdir. İddiaçı 12000 manat dəyərində qızıl əşyalarını cavabdehə verilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş digər əlyazmadan və cavabdehin məhkəməyə göndərdiyi ərizəsindən məlum olur ki, cavabdeh iddiaçıdan 2900 manat dəyərində qızıl əşyaları almışdır. İddiaçının məhkəmə iclasında vermiş olduğu izahatından və iddia ərizəsindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 3940 manat pul ödənilmişdir. Göründüyü kimi cavabdehin iddiaçıya hər hansı borcu yoxdur və borc məbləği cavabdeh tərəfindən ödənilmişdir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyini yerinə yetirə bilməmiş və 12000 manat dəyərində qızılın Cavabdeh satılmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə qeyd edir ki, iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Bu qənaətə gələrkən Məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi də özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X12rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) ifadə etmişdir ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən norma sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Qanunvericiliyə əsasən iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probatio (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (Makhmudov v. Russia, № 35082/04, § 68, 26 iyul 2007-ci il). Qeyd edilən prinsip universal olaraq hazırkı iş üzrə araşdırma qaydasına tətbiq olunmalıdır. İddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsində irəli sürdüyü dəlilləri sübuta yetirə bilməmiş, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, qarşılıqlı iddia tələbi də rədd edilməlidir. Belə ki, qarşılıqlı iddiaçı iddia ərizəsində 2900 manat borcunun qarşılığında övladlarına məxsus kartı cavabdeh İddiaçı verdiyini və onun həmin kartdan istifadə edərək borcundan əlavə olaraq pul çıxardığını bildirsə də, həmin pulların məhz cavabdeh İddiaçı tərəfindən çıxarılmasını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hər iki iddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsumları ilk İddiaçı və qarşılıqlı iddiaçı Cavabdeh aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilk iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu ilk İddiaçı aid edilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçı Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №2-2(115)-2248/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-2248/2025
22.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver