Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-23/2023 25.10.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh3 iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 08 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 45682 manat 18 qəpik əsas, 10055 manat 06 qəpik faiz, 248 manat 83 qəpik cərimə borcu olmaqla, ümumilikdə cəmi 55986 manat 07 qəpik məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətindəki Qazax şəhəri, H. Əliyev küçəsində yerləşən 4 otaqlı, 78.2 kv.m yaşayış, 57.8 kv.m köməkçi sahədən ibarət 64 A saylı fərdi yaşayış evinə və 0.04 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Cavabdeh2 mülkiyyətindəki Qazax şəhəri, H. Əliyev küçəsində yerləşən 4 otaqlı, 78.2 kv.m yaşayış, 57.8 kv.m köməkçi sahədən ibarət 64 A saylı fərdi yaşayış evinə və 0.04 ha torpaq sahəsinin hərracdam satışdan əldə olunan vəsait hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 mülkiyyətindəki Qazax şəhəri, H. Əliyev küçəsində yerləşən 4 otaqlı, 78.2 kv.m yaşayış, 57.8 kv.m köməkçi sahədən ibarət 64 A saylı fərdi yaşayış evinə və 0.04 ha torpaq sahəsinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Qazax şəhəri, H. Əliyev küçəsində yerləşən 4 otaqlı, 78.2 kv.m yaşayış, 57.8 kv.m köməkçi sahədən ibarət 64 A saylı fərdi yaşayış evinə və 0.04 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2018-ci il 10 sentyabr tarixli baş kredit müqaviləsinə əsasən Cavabdeh1 “Nikoyl" İKB ASC-nin “Gəncə” filialında 120 ay müddətinə 150.000 manat və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində kredit limiti ayrılmışdır. 2019-cu il 08 noyabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 19 %-lə 36 ay müddətinə 50.000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh2 mülkiyyətindəki Qazax şəhəri, H.Əİiyev küçəsində yerləşən, 4 otaqlı 78,2 kv.m yaşayış, 57.8 kv.m köməkçi sahədən ibarət 64 "A” saylı fərdi yaşayış evi və 0.04 ha torpaq sahəsinin 2018-ci il 10 sentyabr tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir və X3 və Cavabdeh4 ilə 2019-cıı il 08 noyabr tarixli zaminlik müqavilələri bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il 10 maıi tarixli kredit müqaviləsinin 4.8-ci bəndinə əsasən hər gecikdirilən gün üçün gccikdirilmiş məbləğin illik 0.1 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021 -ci il mayın 5-dək Cavabdeh1 2019-cu il 08 noyabr tarixli kredit müqaviləsi üzrə banka 45.682,18 manat əsas, 10.055,06 manat faiz, 248,83 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 55.986,07 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Qazax Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 2(023)-115/2022 saylı qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borc və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçı sonuncu dəfə xx.xx.2023-cü il tarixində iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 08 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 34482 manat 18 qəpik əsas, 25184 manat 27 qəpik faiz, 7178 manat 57 qəpik cərimə, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış borcu 759 manat 75 qəpik borcu olmaqla, cəmi 67604 manat 77 qəpik məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 müİkiyyətindəki Qazax şəhəri, H.Əliyev küçəsində yerləşən, 4 otaqlı, 78,2 kv.m yaşayış, 57,8 kv.m köməkçi sahədən ibarət 64 “A” saylı fərdi yaşayış evinə və 0.04 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Cavabdeh2 müİkiyyətindəki Qazax şəhəri, H.Əliyev küçəsində yerləşən, 4 otaqlı, 78.2 kv.m yaşayış, 57,8 kv.m köməkçi sahədən ibarət 64 “A” saylı fərdi yaşayış evinin və 0.04 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 müİkiyyətindəki Qazax şəhəri, H.Əliyev küçəsində yerləşən, 4 otaqlı, 78.2 kv.m yaşayış, 57.8 kv.m köməkçi sahədən ibarət 64 “A” saylı fərdi yaşayış evinə və 0.04 ha torpaq sahəsinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Qazax şəhəri, H.Əliyev küçəsində yerləşən, 4 otaqlı, 78,2 kv.m yaşayış, 57.8 kv.m köməkçi sahədən ibarət 64 “A” saylı fərdi yaşayış evinə və 0.04 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilinəsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X1 əvvəlki məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq müqavilə müddətinin 2022-ci ilin noyabr ayında bitdiyini, faiz borcu müqavilə müddətinin sonuna hesablandığı üçün faiz borcunda dəyişiklik olduğunu, eyni zamanda tərəf məhkəmə dövründə kredit borcuna ödəniş etdiyi üçün əsas borcda da dəyişiklik olduğunu, buna görə də məhkəməyə maliyyə arayışı təqdim edəcəklərini bildirmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən müxtəlif vaxtlarda ödənişlər olduğuna görə bu barədə məhkəməyə maliyyə arayışı təqdim etmişlər. Eyni zamanda qətnamə qəbul edilərkən iş üzrə təyin olunmuş 3 ekspertiza rəyindən birinci təyin edilmiş ekspertiza rəyinin əsas götürülməsini xahiş etmişdir. Cavabdeh1 əvvəlki məhkəmə iclasında iştirak edərək, bankdan çörək bişirmə fəaliyyəti ilə məşğul olmaq və öz biznesini inkişaf etdirmək üçün kredit götürdüyünü, yaranan maliyyə problemləri ilə əlaqədar olaraq işini qura bilmədiyini, bank tərəfindən ona faiz borcunun çox yazıldığını və 22 iyun 2022-ci il tarixdə ödəniş etdiyini, lakin ödənilmiş məbləğin bank tərəfindən nəzərə alınmadığını qeyd etmişdir. Bundan əlavə, bir müddət xəstəliyi ilə əlaqədar olaraq işini davam etdirə bilmədiyini, mümkün olduqca borcumu ödədiyini, buna görə də borcunun bağlanması üçün bankın ona köməklik etməsini istədiyini, bunun üçün ona yeni ödəniş qrafikası ayırılmasını xahiş etmişdir. Əsas borcu qəbul etdiyini, faiz borcuyla və ekspert rəyində qeyd olunmuş evin bazar qiymətinin 70.000 manat, likvid qiymətinin 47.000 manat müəyyən edilməsi ilə tam narazı olduğunu bildirmiş, evin sahəsinin 4 sot, çardağın qiymətinin 50.000 manat, evin bazar qiymətinin 150.000 manat müəyyən edilməli olduğunu, evin Qazax şəhərinin mərkəzi küçəsində yerləşdiyini və 5 otaqlı olduğunu əlavə etmişdir. Cavabdeh3 məhkəmə iclasında iştirak edərək, bank tərəfindən qrafik müəyyən edilməklə borcun hissə-hissə ödənilməsini xahiş etdiyini, bundan əlavə ekpertiza rəyində evə çox aşağı qiymət müəyyən edildiyini bildirmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 10 sentyabr 2018-ci il tarixli 10-BİZG-1-0-04-18 saylı baş kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC (hazırki adı "xxxx" ASC) tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 36 faiz olmaqla, 120 ay müddətinə 150000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan 08 noyabr 2019-cu il tarixli 10-BİZGZ-2-0-40-19 saylı kreditin verilməsinə dair müqavilədən görünür ki, "xxxx" İKB ASC (hazırki adı "xxxx" ASC) tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 19 faiz olmaqla, 36 ay müddətinə 50000 manat məbləğində kredit verilmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/6011 nömrəli rəyində göstərilmişdir ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixə 45682 manat 18 qəpik əsas, 10055 manat 06 qəpik faiz, 248 manat 83 qəpik cərimə borcu olmaqla, ümumilikdə 55986 manat 07 qəpik borcu vardır. Tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 07 iyul 2022-ci il tarixli 2-2(115)-1070/2022 nömrəli qərardadı ilə təyin edilərək alınmış Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/5239 nömrəli rəyində göstərilmişdir ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixə 47437 manat 62 qəpik əsas, 20605 manat 06 qəpik faiz borcu olmaqla, ümumilikdə 68042 manat 68 qəpik borcu vardır. Tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 qızının 08 noyabr 2019-cu il tarixli 10-BİZGZ-2-0-40-19 saylı kreditin verilməsinə dair müqavilə üzrə 23 oktyabr 2023-cü il tarixə banka 30782 manat 18 qəpik əsas borc, 28500 manat 75 qəpik faiz borcu və 10146 manat 08 qəpik cərimə borcu olmaqla, ümumilikdə cəmi 71062 manat 16 qəpik məbləğində borcun olması göstərilmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 iddiaçıdan kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan 10 sentyabr 2018-ci il tarixli 10-BİZG-1-0-04-18 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh2 məxsus Qazax şəhəri, H.Əliyev küçəsində yerləşən, 4 otaqlı, 78,2 kv.m yaşayış, 57.8 kv.m köməkçi sahədən ibarət 64 “A” saylı fərdi yaşayış evi və 0.04 ha torpaq sahəsi banka ipotekaya qoyulmuşdur. Həmin müqavilənin 9.4-cü bəndinə əsasən ipoteka predmetinə tutma yönəldilməsi zamanı ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığına əsasən 35000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qazax şəhəri, H.Əliyev küçəsində yerləşən, 4 otaqlı, 78,2 kv.m yaşayış, 57.8 kv.m köməkçi sahədən ibarət 64 “A” saylı fərdi yaşayış evi və 0.04 ha torpaq sahəsi ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə təyin edilərək alınmış Əmlak Ekspert Mərkəzi” MMC-nin 01 mart 2022-ci il tarixli ƏEM/M 16-189/22 saylı rəyində göstərilmişdir ki, Cavabdeh2 xüsusi mülkiyyətində olan Qazax şəhəri, H.Əliyev küçəsində yerləşən, 4 otaqlı, 78,2 kv.m yaşayış, 57,8 kv.m köməkçi sahədən ibarət 64 “A” saylı fərdi yaşayış evinin və 0.04 ha torpaq sahəsi ilə birlikdə bazar dəyəri 70000 manat, likvid dəyəri 47000 manatdır. Bundan başqa, Gəncə Kommersiya Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli 2- 2(115)-1070/2022 nömrəli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə təkrar əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli G-03/23-044 nömrəli rəyində göstərilmişdir ki, Cavabdeh2 xüsusi mülkiyyətində olan Qazax şəhəri, H.Əliyev küçəsində yerləşən, 4 otaqlı, 78,2 kv.m yaşayış, 57,8 kv.m köməkçi sahədən ibarət 64 “A” saylı fərdi yaşayış evinin və 0.04 ha torpaq sahəsi ilə birlikdə bazar dəyəri 127300 manat, likvid dəyəri 110000 manatdır. Təqdiqatın dəyəri 350 manat təşkil etmişdir. İddiaçının nümayəndəsi təqdim olunmuş ekspert rəyi ilə razılaşmayaraq, iş üzrə yenidən ekspertiza təyin edilməsini xahiş etdiyindən Gəncə Kommersiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 2-2(115)-23/2023 nömrəli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə təkrar kompleks məhkəmə-tikinti və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/3139- 9/3319 nömrəli rəyində göstərilmişdir ki, Qazax şəhəri, H.Əliyev küçəsində yerləşən, Cavabdeh2 məxsus 64 “A” saylı fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 72500 manat, likvid dəyəri təqribən 66000 manatdır. Tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. Müxtəlif ekspertiza mərkəzlərindən fərqli ekspertiza rəyləri daxil olsa da, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi dövlət ekspertiza mərkəzi olduğundan, məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/3139-9/3319 nömrəli qiymətləndirmə rəyinə əsasən Qazax şəhəri, H.Əliyev küçəsində yerləşən, 4 otaqlı, 78,2 kv.m yaşayış, 57.8 kv.m köməkçi sahədən ibarət 64 “A” saylı fərdi yaşayış evi və 0.04 ha torpaq sahəsi bazar dəyəri 72500 manat, likvid dəyəri 66000 manat məbləğində müəyyən edilən rəyi əsas götürülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İş materiallarında olan bildiriş məktublarından görünür ki, "xxxx" ASC cavabdehlərə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə onlaraipoteka qoyanlara xəbərdarlıq etmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan "xxxx" ASC ipoteka ilə yüklü edilmiş mənzilin açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 40 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan 08 noyabr 2019-cu il tarixli 10-BİZGZ-2-0-40-19 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 30782 manat 18 qəpik əsas borc, 22297 manat 15 qəpik müqavilə müddətinə faiz borcu, 500 manat cərimə borcu, 759 manat 75 qəpik gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla, cəmi 54339 manat 08 qəpik məbləğində borc ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, tələb üzrə tutma Cavabdeh2 mülkiyyətində olan Qazax şəhəri, H.Əliyev küçəsində 0.04 hektar torpaq sahəsində yerləşən 64 A fərdi yaşayış evinə yönəldilməli, həmin fərdi yaşayış evi açıq hərracdan satılmalı, fərdi yaşayış evinin ilkin satış qiyməti 66000 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılmalı, fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, açıq hərrac keçirildikdən 1 ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 fərdi yaşayış evindən çıxarılsın və fərdi yaşayış evi boşaldılmalı, Cavabdeh1 200 manat məbləğində ekspertiza xərci tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, 350 manat məbləğində qiymətləndirmə haqqı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli iddia tələbinin həcminin artırılması barədə ərizəsində əsas borc məbləği 34482 manat 18 qəpik, müqavilə müddətinə faiz borcu 25184 manat 27 qəpik məbləğində tələb edilsə də, xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 iddiaçıya 30782 manat 18 qəpik əsas və müqavilə müddətinin sonuna 22297 manat 15 qəpik məbləğində faiz borcunun olduğu göstərildiyindən, məhkəmə qeyd edir ki, maliyyə arayışında göstərilən əsas və müqavilə müddətinin sonuna olan faiz borc məbləği əsas götürülməlidir. ona görə də, əsas və faiz borcunun qalan hissəsi təmin edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 500 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Bundan başqa, cavabdehlərin fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə iddia tələbi hazırki mərhələdə təmin edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, tərəflər arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli 10-BİZGZ-2-0-40-19 saylı kredit müqaviləsinin qüvvədə olma müddəti 08 noyabr 2022-ci il tarixdə bitdiyinə görə iddia tələbinin müqavilənin vaxtından əvvəl ləğv edilməsi hissəsi təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 30782 manat 18 qəpik əsas borc, 22297 manat 15 qəpik müqavilə müddətinə faiz borcu, 500 manat cərimə borcu, 759 manat 75 qəpik gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla, cəmi 54339 manat 08 qəpik məbləğində borc, ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Tələb üzrə tutma Cavabdeh2 mülkiyyətində olan Qazax şəhəri, H.Əliyev küçəsində 0.04 hektar torpaq sahəsində yerləşən 64 A fərdi yaşayış evinə yönəldilsin. Həmin fərdi yaşayış evi açıq hərracdan satılsın. Fərdi yaşayış evinin ilkin satış qiyməti 66000 manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılsın. Fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Açıq hərrac keçirildikdən 1 ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 fərdi yaşayış evindən çıxarılsın və fərdi yaşayış evi boşaldılsın. Cavabdeh1 200 manat məbləğində ekspertiza xərci tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, 350 manat məbləğində qiymətləndirmə haqqı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2-2(115)-23/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-23/2023
25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver