Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-245/2020 22.09.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 nümayəndəsi X7 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı X8 ləğvedicisi X1 cavabdehlər “xxxxxxxxxxxx” X4, Cavabdeh1, Cavabdeh2 qarşı borc tələbinə dair iqtisadi mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı X8 ləğvedicisi X3 cavabdehlər “xxxxxxxxxxxx” X4, Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə müraciət edərək Cavabdeh “xxxxxxxxxxxx“ MMC-dən İddiaçı ASC-nin xeyrinə xx xxxx 2012-ci il tarixli 021 saylı kredit müqaviləsi üzrə əsas məbləğ - 63679,39 manat, hesablanmış faiz 0 manat, cərimə borcu – 1409,60 manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 10103,80, Cəmi 75 192,79 manat və xx xxxxxx 2013-cü il tarixli 025 saylı kredit müqaviləsi üzrə əsas məbləğ 189997,24 manat, Hesablanmış faiz 12 487,25, Cərimə borcu 0 manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 17564,19 manat, Cəmi 220048.68 manat məbləğində vəsaitin, 31 (otuz bir) manat dövlət rüsumunun, 31 (otuz bir) manat DƏDRX rüsumunun ləğv prosesində olan İddiaçı ASCnin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan girovqoyan Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsi 46 №-li fərdi yaşayış evi və 0.0392 ha torpaq sahəsi ilə birgə girovqoyan Cavabdeh2 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 51 №-li qeyri yaşayış sahəsinə yönəldilərək hərrac yolu ilə satılması, ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsi, 46 №-li yaşayış evi və 0.0392 ha torpaq sahəsi ilə birgə və Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 51 №~li qeyri yaşayış sahəsi satıldıqdan və mülkiyyətçi dəyişdikdən sonra əmlakın 1 (bir) ay ərzində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(043)-237/2020 saylı qərardadı iləmülki iş baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə gönndərilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki,xx xxxx 2012-ci il və xx xxxxxx 2013-cü il tarixlərdə İddiaçıxxxxxxxx“Cavabdeh3-nin rəhbəri Cavabdeh1 arasında müvafiq olaraq 021 və 125 №-li kredit müqavilələri bağlanmışdır. Cavabdeh1 ilə Bank arasında xx xxxx 2012-ci il tarixdə 021/2 saylı, X5 ilə xx xxxx 2012-ci il tarixdə 021/1 saylı ipoteka müqavilələri bağlanmış və Girovqoyan Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsi, 46 №-li fərdi yaşayış evi və 0.0392 'a torpaq sahəsi ilə birgə, girovqoyan Cavabdeh2 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, 51 №-lı qeyri yaşayış sahəsi ipoteka (girov) ilə yüklü edilmişdir. İpoteka müqavilələri bağlandıqdan sonra Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 309-cu və “İpoteka haqqında” Qanunun 10.4 maddələrinə uyğun olaraq ipotekanın dövlət qeydiyyatı aparılmışdır. Bununla bağlı xx.xx.2012-ci il tarixdə DƏDRX tərəfindən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən əmlakın Bankın xeyrinə yüklü edilməsi barədə 0398943, ******* nömrəli çıxarışlar verilmişdir.Kredit müqavilələrinin şərtlərinə görə “xxxxxxxxxxxx“ MMC -nə bank tərəfindən, 021 saylı kredit müqaviləsi üzrə illik 7 % olmaqla, 60 (altmış) ay müddətinə, 24 (iyirmi dörd) aylıq güzəştlə 200000 (iki yüz min) manat və 025 saylı kredit müqaviləsi üzrə illik 8 % olmaqla, 60 (altmış) ay müddətinə, 24 (iyirmi dörd) aylıq güzəştlə 190000 (bir yüz -oxsan min) manat məbləğində kredit verilmişdir, qeyd olunan kredit müqavilələrinə əsasən “xxxxxxxxxxxx“ MMC-i kreditin əsas məbləği və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlləri üzrə ödəməli idi. Amma borclu “xxxxxxxxxxxx“ MMC-i krediti götürdüyü tarixdən etibarən kredit müqaviləsinin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizləri ödəməmişdir. İddiaçının nümayəndəsi X10 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayədəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, tələb qismən təmin edilməlidir. İş materiallarında olan: xx xxxx 2012-ci il tarixli, 021 nömrəli kredit müqaviləsindən görünür ki, borcverən – İddiaçı ASC borcalana 200 000 manat məbləğində 60 ay müddətinə, 24 ay güzəştlə illik 7 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan – «xxxxxxxxxxxx» X6 isə 60 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşlər. xx xxxxxx 2013-cü il tarixli, 025 nömrəli kredit müqaviləsi üzrə kredit müqaviləsindən görünür ki, «xxxxxxxxxxxx» X4 24 ay güzəştlə, 60 ay müddətinə 190 000 manat illik 8 faiz ödənilməklə kredit verilmişdir. xx xxxx 2012-ci il tarixli 021/2 saylı sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Ə.Əliyev küçəsi mülkiyyətdə olan 0,0392 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 134,2 kv.metr yaşayış, 197 kv.metr yardımçı, ümumi 331,2 kv.metr sahədən ibarət 46 nömrəli fərdi yaşayış evi 021 saylı, xx xxxx 2012-ci il tarixli kredit müqaviləsinin təminatı kimi ipoteka qoyulmuşdur. xx xxxx 2012-ci il tarixli 021/1 saylı sonrakı ipoteka müqaviləsi müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi 51 ünvanında yerləşən 5 mərtəbəli binanın 1-ci mərtəbəsindəki 58,2 kv.metr qeyri-yaşayış sahəsi 021 saylı, xx xxxx 2012-ci il tarixli kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. xx xxxx 2019-cu il tarixli, **********720 saylı və **********721 saylı xəbərdarlıq məktubundan görünür ki, cavabdeh yaranmış borc ilə bağlı xəbərdar edilmişdir. xx xxxxxxx 2019-cu il tarixli, **********066 nömrəli maliyyə arayışının surətindən görünür ki, xx xxxxxx 2013-ci il tarixli, 025 nömrəli kredit müqaviləsi üzrə xx xxxxxxxx 2019-cu il tarixə olan əsas borc 189 997,24 manat, faiz borcu 12 487,25 manat, Konstitusiya Məhkəməsinin Plenumuna əsasən hesablanan faiz borcu 17 564,19 manat, cərimə borcu 0 təşkil edir. xx xxxxxxx 2019-cu il tarixli, **********065 nömrəli maliyyə arayışının surətindən görünür ki, xx xxxx 2012-ci il tarixli, 021 nömrəli kredit müqaviləsi üzrə xx xxxxxxxx 2019-cu il tarixə olan əsas borc 63 679,39 manat, faiz borcu 0 manat, Konstitusiya Məhkəməsinin Plenumuna əsasən hesablanan faiz borcu 10 103,80 manat, cərimə borcu 1409,60 manat təşkil edir. Beləliklə, işin faktiki hallarından görünür ki, xx xxxx 2012-ci il və xx xxxxxx 2013-cü il tarixlərdə İddiaçıxxxxxxxx“Cavabdeh3-nin rəhbəri Cavabdeh1 arasında müvafiq olaraq 021 və 125 №-li kredit müqavilələri bağlanmışdır. Cavabdeh1 ilə Bank arasında xx xxxx 2012-ci il tarixdə 021/2 saylı, X5 ilə xx xxxx 2012-ci il tarixdə 021/1 saylı ipoteka müqavilələri bağlanmış və Girovqoyan Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsi, 46 №-li fərdi yaşayış evi və 0.0392 'a torpaq sahəsi ilə birgə, girovqoyan Cavabdeh2 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, 51 №-lı qeyri yaşayış sahəsi ipoteka (girov) ilə yüklü edilmişdir, borclu tərəfindən kredit müqaviləsinin şərtləri pozularaq ödənişlər edilməmiş, bu səbəbdən kreditor haqlı olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə tələbin kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu – 10 103,80 manat və 17 564,19 manatın ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı müqavilə müddəti bitdikdən sonra borcu xx.xx.2019-cu il tarixədək (xəbərdarlıq həmin tarixdə göndərilmişdir) tələb etməmişdir, bu səbəbdən tələb həmin hissədə təmin edilə bilməz. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 229.3, 229.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Bundan başqa iddiaçı, cavabdehdən 1409,60 məbləğində cərimənin onların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin penya – yəni dəbbə pulu məbləğinə dair hissəsini müzakirə edən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, dəbbə pulu borclunun kredit müqaviləsi üzrə kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin təmini üsullarından biri olmaqla kreditorun mümkün zərərdən qorunmasına təminat verir və dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin qanunverici imperativ qaydada müəyyən etmişdir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği olduğundan bu barədə razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Əks təqdirdə həmin razılaşma etibarsız sayılır. Ona görə də tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməkdə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməklə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin, qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun dörd növünü fərqləndirir: Birincisi, əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. İkincisi, alternativ ödənilən dəbbə pulu, yəni borclu kreditorun istəyindən asılı olaraq ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəyir. Üçüncüsü, müstəsna dəbbə pulu, yəni borclu zərərin əvəzini ödəmir, o, təkcə dəbbə pulunu verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3-cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməsini müəyyən etmişdir. Dördüncüsü, cərimə dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına görə kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Hazırki iş üzrə dəbbə pulunun məhz bu növü tətbiq edilmişdir. Lakin, yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin - faiz borcunun - həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.1-ci maddəsinin mənasına görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə desək, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbinin cərimə (dəbbə pulu) ilə bağlı hissəsi qismən təmin edilməli, tərəflər arasında bağlanmış müqavilələrdə dəbbə pulu miqdarı müəyyən edildiyindən və razılaşdırıldığından, lakin həmin müqavilə üzrə hesablanmış dəbbə pulu mümkün zərərdən tənasübsüz şəkildə çox olduğundan dəbbə pulu azaldılmaqla, 409,60 (dörd yüz doqquz manat altmış qəpik) manat məbləğində tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (AR MM-in 449.1-ci maddəsi). Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər (AR MM-in 449.3-cü maddəsi). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (AR MM-in 465.2-ci maddəsi). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud, onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana tələbin ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh “xxxxxxxxxxxx” X2 xx xxxx 2012-ci il tarixli, 021 saylı kredit müqaviləsi üzrə əsas məbləğ 63679,39 (altmış üç min altı yüz yetmiş doqquz manat otuz doqquz qəpik) manat, cərimə borcu üzrə 409,60 (dörd yüz doqquz manat altmış qəpik) manat, cəmi 64088,99 (altmış dörd min səksən səkkiz manat doxasn doqquz qəpik) manat, xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə əsas məbləğ 189997,24 (bir yüz səksən doqquz min doqquz yüz doxsan yeddi manat iyirmi dörd qəpik) manat, hesablanmış faiz 12487,25 (on iki min dörd yüz səksən yeddi manat iyirmi beş qəpik) manat, cəmi 202484,49 (iki yüz iki min dörd yüz səksən dörd manat qırx doqquz qəpik) manat kredit borcu, 31 (otuz bir) manat döviət rüsumunun, 31 (otuz bir) manat DƏDRX rüsumu Ləğv prosesində olan "‘İddiaçı” ASC-nin xeyrinə ödənilməli,tutma ipoteka predmeti olan Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsi, 46 №-li fərdi yaşayış evi və 0.0392 ha torpaq sahəsi ilə birgə Cavabdeh2 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Yeni- Gəncə qəsəbəsi, 51 №-li qeyriyaşayış sahəsinə yönəldilərək hərrac yolu ilə satılmalıdır . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi təmin edildiyindən, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “xxxxxxxxxxxx” X2xx xxxx 2012-ci il tarixli, 021 saylı kredit müqaviləsi üzrə əsas məbləğ 63679,39 (altmış üç min altı yüz yetmiş doqquz manat otuz doqquz qəpik) manat, cərimə borcu üzrə 409,60 (dörd yüz doqquz manat altmış qəpik) manat, cəmi 64088,99 (altmış dörd min səksən səkkiz manat doxasn doqquz qəpik) manat, xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə əsas məbləğ 189997,24 (bir yüz səksən doqquz min doqquz yüz doxsan yeddi manat iyirmi dörd qəpik) manat, hesablanmış faiz 12487,25 (on iki min dörd yüz səksən yeddi manat iyirmi beş qəpik) manat, cəmi 202484,49 (iki yüz iki min dörd yüz səksən dörd manat qırx doqquz qəpik) manat kredit borcu, 31 (otuz bir) manat döviət rüsumunun, 31 (otuz bir) manat DƏDRX rüsumu Ləğv prosesində olan "‘İddiaçı” ASC-nin xeyrinə tutulsun. Tutma ipoteka predmeti olan Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsi, 46 №-li fərdi yaşayış evi və 0.0392 ha torpaq sahəsi ilə birgə; Cavabdeh2 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Yeni- Gəncə qəsəbəsi, 51 №-li qeyri-yaşayış sahəsinə yönəldilərək hərrac yolu ilə satılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2-2(115)-245/2020
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-245/2020
22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver