Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-245/2022 29.03.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə Tərtər rayon Məhkəməsinə müraciət edərək “Azəriqaz” İB-nə dəymiş 8111,10 manat maddi zərərin və 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(061)-280/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh tərəfindən iddiaçı “Azəriqaz” İstehsalat Birliyinə vurulmuş 8111 (səkkiz min yüz on bir) manat 10 (on) qəpik məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 8141 (səkkiz min yüz qırx bir) manat 10 (on) qəpik məbləğində pulun cavabdehdən tutulub iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Azərbaycan X1 şöbəsi üzrə (kod 805153, VÖEN **********, m/h AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ50İBAZ********************) bank hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(104)-3583/2021 saylı qərardadı ilə Tərtər Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(061)-280/2021 saylı qətnaməsi ləğv edilmiş və iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçı “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Həmçinin işə iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə araşdırması zamanı aşkar olundu ki, kommersiya mübahisəsininin həlli üçün məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya qaydasında həlli barədə müvafiq təşkilata müraciət olunmamışdır. İşə kommersiya mübahisəsi kimi baxılmalı olduğundan ilkin mediasiya sessiyasında iştirak etmək mütləqdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə mediasiya tətbiq edilir. Həmin Qanunun 21.9-cu maddəsinə əsasən aşağıdakı tələblərin birinə əməl edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır: bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə, tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı halda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə, tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu halda bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlamış mediasiya prosesinə bu Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilmədikdə,bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hallarda tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə etmədikdə. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Mülki Prosessual Məcəllənin 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinin tələblərinə əsasən isə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7, 259.0.13, 260, 266-268-ci maddələrinin tələblərinə əsasən məhkəmə, q ə r a r a a l d ı: İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2-2(115)-245/2022
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-245/2022
29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver