Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-259/2022 15.08.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı BOKT ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit X5 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Bank Olmayan Kredit X5 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə xx.xx.2013cü il tarixli 073/13PB/BŞ-KM nömrəli kredit müqaviləsi üzrə 6917,58 manat əsas, 8935,75 manat faiz borcu, 10620,69 hesablanmış dəbbə pulu olmaqla ümumilikdə 26474,02 manat borcun, 30 manat dövlət rüsumunun ödənilməsi, tələbin Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7 paylı mülkiyyətlə məxsus Bərdə şəhəri, Hacallı kəndində yerləşən 3,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və Cavabdeh1 mülkiyyətində olan Bərdə rayonu, Hacallı kəndində yerləşən 0,23 ha torpaq sahəsində olan 91,1 kv.metr, yaşayış, 69,8 kv.metr köməkçi sahədən ibarət ümumilikdə 160,9 kv.metr,1 mərtəbəli, 1 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin dəyərinin 19000 manat və torpaq sahəsinin isə 8000 manat qiymətlə hərraca çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməsi, fərdi yaşayış evində yaşayanların-Cavabdeh5 və Cavabdeh1 fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılması, fərdi yaşayış evinin məcburi boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-632/2022 saylı qərardadı ilə İddiaçı Bank Olmayan Kredit X5 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə əvvəlki "xxxx" ASC(indiki İddiaçı BOKT ASC) arasında xx.xx.2013-cü il tarixli, 073/13PB/BŞ-KM saylı kredit müqaviləsi imzalanmışdır. Müvafiq olaraq xx.xx.2013-cü il tarixli, 073/13PB/BŞ-KM saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə, 6 faizlə, 18 ay güzəşt müddəti olmaqla 15000 manat məbləğində kredit verilmişdir. xx.xx.2013-cü il tarixli, 073/13PB/BŞ-KM saylı kredit müqaviləsinin təminatı kimi xx.xx.2013-cü il tarixli, 073/13PB/BŞ-İM saylı və xx.xx.2013-cü il tarixli, 073/13PB/BŞ-İM saylı ipoteka müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh7 paylı mülkiyyətlərində olan Bərdə şəhəri, Hacallı kəndində yerləşən 3.02 ha kəndə təsərrüfat təyinatlı torpaq sahəsini (MA seriyalı, ******* nömrəli, **********54 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2012 qeydiyyat tarixli çıxrışa əsasən), Cavabdeh1 isə xx.xx.2013-cü il tarixli, 073/13PB/BŞ-İM saylı ipoteka müqaviləsi üzrə mülkiyyətində olan Bərdə rayonu, Hacallı kəndində yerləşn 0.23 ha torpaq sahəsində yerləşən, 91.1 kv.m yaşayış, 69.8 kv.m köməkçi sahədən ibarət olmaqla ümumilikdə 160.9 kv.m, 1 mərtəbəli, 1 otaqlı fərdi yaşayış evini(MA seriyalı, ******* nömrəli, **********05-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021 qeydiyyat tarixli çıxarışa əsasən) ipoteka ilə yüklü edilmişdir. xx.xx.2013-cü il tarixli, 073/13PB/BŞ-KM saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 BOKT-a 6917.58 manat əsas birc, 8935.75 manat hesablanmış faiz, 10620.69 manat hesablanmış dəbbə, cəmi 26474.02 manat kredit borcu vardır. Cavabdehlər xəbərdar edilməsinə baxmayaraq borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdehlər bildirişə münasibət bildirmirlər. xx.xx.2013-cü il tarixli, 073/13PB/BŞ-İM saylı və xx.xx.2013-cü il tarixli, 073/13PB/BŞ-İM saylı ipoteka müqavilələrinə əsasən torpaq sahəsi 8000 manat, fərdi yaşayış evi isə 19000 manat dəyərində qiymətləndirilmişdir. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Hacalı kənd icra nümayəndəsinin təqdim etdiyi forma 2 arayışlarından görünür ki, ipoteka əmlakı olan fərdi yaşayış evində X3, Cavabdeh3 və Cavabdeh4 yaşamaqdadır. İddiaçı Bank Olmayan Kredit X5 Cəmiyyətinin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə etdiyini bildirdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, cavabdehər məhkəmə iclasına gəlməmişlər, səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, tələb qismən təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2013-cü il tarixli, 073/13PB/BŞ-KM saylı kredit müqaviləsindən görünür ki, borcverən – İddiaçı Bank Olmayan Kredit X5 Cəmiyyəti tərəfindən borcalan Cavabdeh1 15 000 manat məbləğində illik 6 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan – Cavabdeh1 isə 18 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. xx.xx.2013-cü il tarixli, 073/13PB/BŞ-İM saylı ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh7 ümumi birgə mülkiyyətlərində olan Bərdə şəhəri, Hacallı kəndində yerləşən 3.02 ha kəndə təsərrüfat təyinatlı torpaq sahəsi ipoteka predmeti kimi yüklü edilmişdir. xx.xx.2013-cü il tarixli, 073/13PB/BŞ-İM saylı ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bərdə rayonu, Hacallı kəndində yerləşən 0.23 ha torpaq sahəsində yerləşən, 91.1 kv.m yaşayış, 69.8 kv.m köməkçi sahədən ibarət olmaqla ümumilikdə 160.9 kv.m, 1 mərtəbəli, 1 otaqlı fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibi(həyətyanı tikili və qurğular) 1 mərtəbəli köməkçi tikili 26.6 kv.m, 1 mərtəbəli tövlə 196 kv.m, ümumi sahəsi 222.6 kv.m olan tikintialtı sahə ipoteka predmeti kimi yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqına daşınmaz əmlakın dövət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh7 ümumi birgə mülkiyyətlərində olan Bərdə şəhəri, Hacallı kəndində yerləşən 3.02 ha kəndə təsərrüfat təyinatlı torpaq sahəsi İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bərdə rayonu, Hacallı kəndində yerləşən 0.23 ha torpaq sahəsində yerləşən, 91.1 kv.m yaşayış, 69.8 kv.m köməkçi sahədən ibarət olmaqla ümumilikdə 160.9 kv.m, 1 mərtəbəli, 1 otaqlı fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibi(həyətyanı tikili və qurğular) 1 mərtəbəli köməkçi tikili 26.6 kv.m, 1 mərtəbəli tövlə 196 kv.m, ümumi sahəsi 222.6 kv.m olan tikintialtı sahəsi İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə yüklü edilmişdir. Bildirişlərdən görünür ki, borc məbləğinin ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2020-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, xx.xx.2013-cü il tarixli, 073/13PB/BŞ-İM saylı Cavabdeh1 BOKT-a 6917.58 manat əsas borc, 8935.75 manat hesablanmış faiz, 10620.69 manat hesablanmış dəbbə, cəmi 26474.02 manat kredit borcu təşkil etmişdir. İş üzrə təyin edilmiş əmlakın qiymətləndirilməsinə dair ekpertiza rəyində ipoteka ilə yüklü edilmiş "xxxx" MMC tərəfindən Cavabdeh1 mülkiyyətində olan Bərdə rayonu, Hacallı kəndində yerləşən 0.23 ha torpaq sahəsində yerləşən, 91.1 kv.m yaşayış, 69.8 kv.m köməkçi sahədən ibarət olmaqla ümumilikdə 160.9 kv.m, 1 mərtəbəli, 1 otaqlı fərdi yaşayış evinin bazar dəyəri 79 000 manat, likvid dəyəri isə 70 000 manat, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh7 ümumi birgə mülkiyyətlərində olan Bərdə şəhəri, Hacallı kəndində yerləşən 3.02 ha kəndə təsərrüfat təyinatlı torpaq sahəsinin bazar dəyəri 9000 manat, likvid dəyəri isə 7000 manat qeyd edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasına dair ekspertiza rəyində “Məhkəmə Ekspertiza Mərkəzi” tərəfindən Cavabdeh1 İddiaçı Bank Olmayan Kredit X5 Cəmiyyətinə əsas kredit borcu üzrə 6660.96 manat, faiz borcu üzrə 190.95 manat qeyd edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 073/13PB/BŞ-KM saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 15000 manat məbləğində kredit verilmişdir. Cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıqlar göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İddia tələbinin penya – yəni dəbbə pulu məbləğinə dair hissəsini müzakirə edən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, dəbbə pulu borclunun kredit müqaviləsi üzrə kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin təmini üsullarından biri olmaqla kreditorun mümkün zərərdən qorunmasına təminat verir və dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin qanunverici imperativ qaydada müəyyən etmişdir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği olduğundan bu barədə razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Əks təqdirdə həmin razılaşma etibarsız sayılır. Ona görə də tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməkdə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməklə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin, qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun dörd növünü fərqləndirir: Birincisi, əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. İkincisi, alternativ ödənilən dəbbə pulu, yəni borclu kreditorun istəyindən asılı olaraq ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəyir. Üçüncüsü, müstəsna dəbbə pulu, yəni borclu zərərin əvəzini ödəmir, o, təkcə dəbbə pulunu verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3-cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməsini müəyyən etmişdir. Dördüncüsü, cərimə dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına görə kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Hazırki iş üzrə dəbbə pulunun məhz bu növü tətbiq edilmişdir. Lakin, yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin - faiz borcunun - həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.1-ci maddəsinin mənasına görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə desək, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbinin cərimə (dəbbə pulu) ilə bağlı hissəsi qismən təmin edilməli, tərəflər arasında bağlanmış müqavilələrdə dəbbə pulu miqdarı müəyyən edildiyindən və razılaşdırıldığından, lakin həmin müqavilə üzrə hesablanmış dəbbə pulu mümkün zərərdən tənasübsüz şəkildə çox olduğundan dəbbə pulu azaldılmaqla, 300(üç yüz) manat məbləğində tutulmalıdır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (AR MM-in 449.1-ci maddəsi). Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər (AR MM-in 449.3-cü maddəsi). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (AR MM-in 465.2-ci maddəsi). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud, onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana tələbin ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki:
1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya
2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 xx.xx.2013-cü il tarixli, 073/13PB/BŞ saylı kredit müqaviləsinə əsasən 6660,96 (altı min altı yüz altmış doxsan altı manat doxsan altı qəpik) manat əsas borc, 190,95 (bir yüz doxsan manat doxsan beş qəpik) manat faiz, 300 (üç yüz) manat cərimə olmaqla, ümumilikdə 7151,91 (yeddi min yüz əlli bir manat doxsan bir qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Borc tələbi likvid dəyəri 70 000 manat olan ipoteka qoyulmuş Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7 paylı mülkiyyətlə məxsus Bərdə şəhəri, Hacallı kəndində yerləşən 3,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və Cavabdeh1 mülkiyyətində olan Bərdə rayonu, Hacallı kəndində yerləşən 0,23 ha torpaq sahəsində olan 91,1 kv.metr yaşayış, 69,8 kv.metr köməkçi sahədən ibarət ümumilikdə 160,9 kv.metr, 1 mərtəbəli, 1 otaqlı fərdi yaşayış evinə yönəldilməlidir. poteka qoyulmuş, fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər çıxarılmaqla fərdi yaşayış evi boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi təmin edildiyindən, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
q ə t e t d i:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2013-cü il tarixli, 073/13PB/BŞ saylı kredit müqaviləsinə əsasən 6660,96 (altı min altı yüz altmış doxsan altı manat doxsan altı qəpik) manat əsas borc, 190,95 (bir yüz doxsan manat doxsan beş qəpik) manat faiz, 300 (üç yüz) manat cərimə olmaqla, ümumilikdə 7151,91 (yeddi min yüz əlli bir manat doxsan bir qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Borc tələbi likvid dəyəri 70 000 manat olan ipoteka qoyulmuş Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7 paylı mülkiyyətlə məxsus Bərdə şəhəri, Hacallı kəndində yerləşən 3,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və Cavabdeh1 mülkiyyətində olan Bərdə rayonu, Hacallı kəndində yerləşən 0,23 ha torpaq sahəsində olan 91,1 kv.metr yaşayış, 69,8 kv.metr köməkçi sahədən ibarət ümumilikdə 160,9 kv.metr, 1 mərtəbəli, 1 otaqlı fərdi yaşayış evinə yönəldilsin. İpoteka qoyulmuş, fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər çıxarılmaqla fərdi yaşayış evi boşaldılsın. İş üzrə 300 (üç yüz) manat ekspertiza xərci Cavabdeh1 tutularaq „Məhkəmə Ekspertzası Xidmətləri“ MMC, „Kapital Bank“ ASC Qara Qarayev filalı, Kod: 200145, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ**********0000001944, VÖEN **********, AZ90AİİB******************** saylı hesaba ödənilsin. İş üzrə 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh1 tutlaraq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər.
Sədrlik edən: Kənan Vəliyev