Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-26/2021 20.05.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər “X10 X6” MMC-yə və X2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər “X10 X6” MMC-yə və X2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu “X10 KFT” MMC-dən 08 may 2018-ci il tarixinə banka 16818 manat 68 qəpik məbləğində əsas borc, 308 manat 29 qəpik məbləğində faiz borcu, 1351 manat 37 qəpik manat cərimə üzrə borc, 26 aprel 2016-cı il tarixindən başlayaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq illik 5 faiz uçot dərəcəsi ilə əsas borcun ödənilməsi anına kimi hər gün üçün 2 manat 34 qəpik məbləğində hesablanmaqla 1705 manat 86 qəpik olmaqla ümumilikdə isə 20184 manat 20 qəpik məbləğində pulun, 31 otuz bir) manat dövlət rüsumunun, 31 manat DƏDRX rüsumunun ləğv orosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmasına, tutmanın ipoteka predmeti olan girovqoyan Cavabdeh2 məxsus olan ünvan 1ndə yerləşən qeyri yaşayış binasına (“Karvansaray yeməkxanası”) yönəldilərək hərrac yolu ilə satılmasına, ipoteka ilə yüklü edilmiş ünvan 1ndə yerləşən qeyri yaşayış binası (“Karvansaray yeməkxanası”) satıldıqdan və mülkiyyətçi dəyişdikdən sonra əmlakın 1 ay ərzində boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 26 aprel 2011-ci il tarixdə “X10 KFT” MMC (bundan sonra - Borclu) ilə İddiaçı ASC (bundan sonra - Bank) arasında 09 saylı kredit müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə əsasən borcluya 200000 manat məbləğində, 60 ay müddətinə, illik 7 faiz olmaqla kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 (bundan sonra - Girovqoyan) arasında 26 aprel 2011-ci il tarixdə 09 saylı ipoteka müqaviləsi bağlanmış girovqoyana məxsus olan ünvan 1ndə yerləşən qeyri yaşayış binası (“Karvansaray yeməkxanası”) ipoteka (girov) ilə yüklü edilmişdir. İpoteka müqaviləsi bağlandıqdan sonra Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 309-cu və İpoteka haqqında Qanunun 10.4 maddələrinə uyğun olaraq ipotekanın dövlət qeydiyyatı aparılmışdır. Bununla bağlı 28.04.2011-ci il tarixdə DƏDRX tərəfindən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən əmlakın Bankın xeyrinə yüklü edilməsi barədə ******* №-li çıxarış verilmişdir. Lakin borclu öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin 08 may 2018-ci il tarixinə banka 16818 manat 68 qəpik məbləğində əsas borc, 308 manat 29 qəpik məbləğində faiz borcu, 1351 manat 37 qəpik cərimə üzrə borc, 26 aprel 2016-cı il tarixindən başlayaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq illik 5 faiz uçot dərəcəsi ilə əsas borcun ödənilməsi anına kimi hər gün üçün 2 manat 34 qəpik məbləğində hesablanmaqla 1705 manat 86 qəpik olmaqla ümumilikdə isə 20184 manat 20 qəpik məbləğində borcu qalmışdır. Borclu müqavilə üzrə öhdəliklərini icra etmədiyi üçün İddiaçı ASC Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317-ci və İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36-cı maddələrinə əsasən tələbin ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 579 nömrəli, 05 aprel 2018 - ci il tarixli bildirişi ipoteka qoyana göndərərək ipoteka predmetinə tutmanı yönəltməyə başlamışdır. Tutmanın yönəldilməsi haqqında bildiriş ərizə ilə birlikdə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmiş və 13.04.2018-ci il tarixdə də qeydiyyata alınmışdır. Eyni zamanda, cavabdeh tərəfindən pul məbləğinin ödənilməsinin gecikdirilməsi banka zərər dəyməsi ilə nəticələnir. Bu səbəbdən də öhdəliyin tam icra olunması gününədək hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 15973 manat 31 qəpik əsas, 0 manat faiz, 0 manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cti il tarixli Plenum qərarına əsasən hesablanmış 5559 manat 60 qəpik faiz borcu və iş üzrə ödənilmiş 30 manat 40 qəpik dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat 40 qəpik rüsumun cəmi 21532 manat 91 qəpik məbləğin cavabdeh “X11 KFT” MMC-dən tutulması,tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan ünvan 1ndə yerləşən qeyri yaşayış binasına (“Karvansaray yeməkxanası”) yönəlməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin “X11 KFT” MMC-dən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X9 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər “X10 X6” MMC-yə və X2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər “X10 X6” MMC-nin nümayəndəsi və X4 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlər “X10 X6” MMC-nin nümayəndəsinin və Novruzov Məhəmmədli Cəmil oğlunun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 26.04.2011-ci il tarixli 09 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən “X10 X6” MMC-yə 60 ay müddətinə illik 7 faiz olmaqla 200000 manat məbləğində kredit verilmişdir. Maliyyə arayışından görünür ki, cavabdeh “X10 X6” MMC-nin 19.04.2021-ci il tarixə 15973 manat 31 qəpik əsas, 0 manat faiz, 0 manat cərimə və AR Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanmış 5559 manat 60 qəpik faiz borcu, cəmi 21532 manat 91 qəpik məbləğində borcun olması göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, cavabdeh “X10 X6” MMC kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. 26.04.2011-ci il tarixli 09 saylı ipoteka müqaviləsindən görünür ki, X10 X6” MMC-nin kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə X4 mülkiyyətində olan Gəncə şəhəri, Nizami küçəsində istifadədə olan 0.041 ha torpaq sahəsində yerləşən 11 girişli, 391.9 kv.m ümumi, 242 kv.m əsas, 149.9 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasını. (“Karvansaray yeməkxanası”) ipotekaya qoymuşdur. Gəncə Kommersiya Məhkəməsinin 24.09.2020-ci il tarixli 2-2(115)-246/2020 saylı qərardadı ilə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər “X10 X6” MMC-nə və X2 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə iş üzrə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmişdir. “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 15.03.2021-ci il tarixli rəyindən görünür ki, X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 391.9 m2 ümumi sahədən ibarət qeyriyaşayış binasının (“Karvansaray yeməkxanası”) bazar dəyəri 200000 manat, likvid dəyəri 180000 manat müəyyən edilmişdir. Tədqiqatın dəyəri 300 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bildiriş məktublarından görünür ki, Ləğv prosesində olan İddiaçı ASC əsas cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmetinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə ona ipoteka qoyana xəbərdarlıq etmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, “X10 X6” MMC icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan Ləğv prosesində olan İddiaçı ASC ipoteka ilə yüklü edilmiş mənzili açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 15973 manat 31 qəpik əsas borc, 5559 manat 60 qəpik gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla, cəmi 21532 manat 91 qəpik məbləğində borc, ödənilmiş 30 manat dövlət rüsumu, həmçinin 30 manat xidmət haqqı cavabdeh “X10 X6” Məhdud Məsuliyyətli Cəmiyyətindən iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, tələb üzrə tutma Cavabdeh2 mülkiyyətində olan ünvan 1ndə yerləşən qeyri yaşayış binasına (Karvansaray yeməkxanasına) yönəldilməli, həmin qeyri yaşayış binası (Karvansaray yeməkxanası) açıq hərracdan satılmalı, qeyri yaşayış binasının (Karvansaray yeməkxanasının) ilkin satış qiyməti 180.000 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılmalı, qeyri yaşayış binasının (Karvansaray yeməkxanasının) satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği cavabdeh “X10 X6” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, açıq hərrac keçirildikdən bir ay sonra qeyri yaşayış binası boşaldılmalı, 300 manat məbləğində qiymətləndirmə haqqı “X10 X6” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 15973 manat 31 qəpik əsas borc, 5559 manat 60 qəpik gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla, cəmi 21532 manat 91 qəpik məbləğində borc, ödənilmiş 30 manat dövlət rüsumu, həmçinin 30 manat xidmət haqqı cavabdeh “X10 X6” Məhdud Məsuliyyətli Cəmiyyətindən iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tələb üzrə tutma Cavabdeh2 mülkiyyətində olan ünvan 1ndə yerləşən qeyri yaşayış binasına (Karvansaray yeməkxanasına) yönəldilsin. Həmin qeyri yaşayış binası (Karvansaray yeməkxanası) açıq hərracdan satılsın. Qeyri yaşayış binasının (Karvansaray yeməkxanasının) ilkin satış qiyməti 180.000 manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılsın. Qeyri yaşayış binasının (Karvansaray yeməkxanasının) satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği cavabdeh “X10 X6” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Açıq hərrac keçirildikdən bir ay sonra qeyri yaşayış binası boşaldılsın. 300 manat məbləğində qiymətləndirmə haqqı “X10 X6” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2-2(115)-26/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-26/2021
20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver