Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-263/2022 25.05.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 21 may 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 5717 manat 80 qəpik əsas, 1123 manat 98 qəpik faiz, 3728 manat 21 qəpik cərimə və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 932 manat 65 qəpik məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 11502 manat 64 qəpik məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətindəki Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən, 1 otaqlı, 37.9 kv.m ümumi, 17.4 kv.m yaşayış, 20.5 kv.m yardımçı sahədən ibarət 7 nömrəli evin 4 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən, 1 otaqlı, 37.9 kv.m ümumi, 17.4 kv.m yaşayış, 20.5 kv.m yardımçı sahədən ibarət 7 nömrəli evin 4 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 mülkiyyətindəki Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən, 1 otaqlı, 37.9 kv.m ümumi, 17.4 kv.m yaşayış, 20.5 kv.m yardımçı sahədən ibarət 7 nömrəli evin 4 nömrəli mənzilinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh3 Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən, 1 otaqlı, 37.9 kv.m ümumi, 17.4 kv.m yaşayış, 20.5 kv.m yardımçı sahədən ibarət 7 nömrəli evin 4 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, X1 və X3 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci il 19 may tarixli əsas kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “Bərdə” filialından illik 72 ay müddətinə 10000 manat və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində kredit limiti ayrılmışdır. 2015-ci il 21 may tarixli əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 6%-lə 36 ay müddətinə 8000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh2 mülkiyyətindəki Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən, 1 otaqlı, 37.9 kv.m ümumi, 17.4 kv.m yaşayış, 20.5 kv.m yardımçı sahədən ibarət 7 nömrəli evin 4 nömrəli mənzili 2015-ci il 9 may tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il 21 may tarixli kredit müqaviləsinin 1.14-cü bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 0.1 faiz həcmində cərimə hesablayıb borcludan tələb edir. 2021-ci aprelin 08-dək Cavabdeh1 2015-ci il 21 may tarixli kredit müqaviləsi üzrə banka 5717 manat 80 qəpik əsas, 1123 manat 98 qəpik faiz, 3728 manat 21 qəpik cərimə borcu maqla ümumilikdə cəmi 10569 manat 99 qəpik borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bundan başqa, 08 aprel 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 21 may 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 5717 manat 80 qəpik əsas, 1123 manat 98 qəpik faiz, 3728 manat 21 qəpik cərimə və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 932 manat 65 qəpik məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 11502 manat 64 qəpik borcu vardır. 21 may 2015-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Bərdə Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli 2(021)-2187/2021 saylı qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Sonuncu dəfə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, Cavabdeh1 21 may 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 1667 manat 80 qəpik əsas, 1123 manat 98 qəpik faiz, 3728 manat 21 qəpik cərimə və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1162 manat 65 qəpik məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 7682 manat 64 qəpik məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətindəki Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən, 1 otaqlı, 37.9 kv.m ümumi, 17.4 kv.m yaşayış, 20.5 kv.m yardımçı sahədən ibarət 7 nömrəli evin 4 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən, 1 otaqlı, 37.9 kv.m ümumi, 17.4 kv.m yaşayış, 20.5 kv.m yardımçı sahədən ibarət 7 nömrəli evin 4 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 mülkiyyətindəki Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən, 1 otaqlı, 37.9 kv.m ümumi, 17.4 kv.m yaşayış, 20.5 kv.m yardımçı sahədən ibarət 7 nömrəli evin 4 nömrəli mənzilinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh3 Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən, 1 otaqlı, 37.9 kv.m ümumi, 17.4 kv.m yaşayış, 20.5 kv.m yardımçı sahədən ibarət 7 nömrəli evin 4 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 və Cavabdeh3 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehin krediti problemli kreditlərin kompensasiya ilə bağlı fərmanın təsir dairəsinə düşüb, lakin cavabdeh bununla əlaqədar olaraq bankla müqavilə bağlamayıb. O səbəbdən cərimə və faizləri də tələb edirlər. 21 may 2015-ci il tarixli kredit müqaviləsindən başqa, Cavabdeh1la başqa müqavilə bağlanmamışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, bankla kredit müqaviləsi bağlayaraq götürdüyü puldan 2000 manatını Cavabdeh2 vermişdir. Sonradan borc Prezidentin fərmanının təsiri altına düşmüşdür. Ancaq dollarla ödədiyi pullar ona verilməmişdir. Bankdan ona demişlər ki, 1000 manat ödəyəcəyi halda borcu qrafikə salına bilər. Sonradan onu məhkəməyə vermişlər. Əsas borcu qəbul edir, lakin faiz borcunu qəbul etmir. Əsas borcdan ödəniş olunduqdan sonra 4710 manat borc qalmışdır. İddianın qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Cavabdeh1 kredit götürən zaman o qohumlarından götürdüyü borca görə 1000 manat pul ödəməli idi. Sonradan oğlunun probleminə görə də ona pul lazım idi. Cavabdeh1 evini ipotekaya qoymasını təklif etmiş, bunun qarşılığında isə ona 2000 manat pul verəcəyini bildirmişdir. Evini ipoteka qoymuş və Cavabdeh1 ona 2000 manat pul vermişdir. Evin 12000 manat qiymətləndirilməsi ilə razı deyil. Cavabdeh1 götürdüyü 2000 manatı ona ödəyəcəkdir. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 21 may 2015-ci il tarixli 12-SKMF-2-0-336-15 saylı əsas kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC (hazırki adı "xxxx" ASC) tərəfindən Cavabdeh1 qoyunçuluq məqsədilə illik 6 faiz kreditdən istifadəyə görə haqq ödəmək şərtilə, 12 aylıq güzəştlə, 36 ay müddətinə 8000 manat məbləğində kredit verilmişdir. 24.05.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 1667 manat 80 qəpik əsas borcu, 1123 manat 98 qəpik faiz borcu, 3728 manat 21 qəpik cərimə borcu və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1162 manat 65 qəpik məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 7682 manat 64 qəpik məbləğində borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 07.10.2021-ci il tarixli 9/5636 nömrəli rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 21 may 2015-ci il tarixli 12-SKMF-2-0-336-15 saylı kredit müqaviləsi və əlavə razılaşma şərtləri əsas götürülməklə Cavabdeh1 İddiaçı ASC-yə olan borcu müqavilənin bitmə tarixinə, yəni 30.05.2018-ci il tarixə əsas borc üzrə 7390 manat 53 qəpik, faiz borcu üzrə 440 manat 77 qəpik, maliyyə arayışının tarixinə 08.06.2021-ci il tarixə illik 5 faiz hesablamaqla əsas borc üzrə 4771 manat 53 qəpik, faiz borcu (5 faizlə) üzrə 1263 manat 87 qəpik müəyyən olunmuşdur. Tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. İş materiallarında olan problemli kreditlərin kompensasiya portalından əldə edilmiş 04 fevral 2022-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə olan qalıq borcunun məbləği 6107 manat 80 qəpikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 iddiaçıdan kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. 19 may 2015-ci il tarixli 12-SKMF-2-0-336-15 (İ) saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh2 məxsus Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən, 1 otaqlı, 37.9 kv.m ümumi, 17.4 kv.m yaşayış, 20.5 kv.m yardımçı sahədən ibarət 7 nömrəli evin 4 nömrəli mənzili banka ipotekaya qoyulmuşdur. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən, 1 otaqlı, 37.9 kv.m ümumi, 17.4 kv.m yaşayış, 20.5 kv.m yardımçı sahədən ibarət 7 nömrəli evin 4 nömrəli mənzil ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. Məhkəmənin qərardadına əsasən təyin edilərək alınmış "xxxx" MMC-nin 26.04.2022-ci il tarixli G-04/22-108 saylı əmlakın qiymətləndirilməsi üzrə ekspert rəyindən görünür ki, Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən, 1 otaqlı, 37.9 kv.m ümumi, 17.4 kv.m yaşayış, 20.5 kv.m yardımçı sahədən ibarət 7 nömrəli evin 4 nömrəli mənzilin bazar dəyəri 15000 manat, likvid dəyəri 12000 manat təşkil etmişdir.Tədqiqatın dəyəri 200 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bildiriş məktublarından görünür ki, İddiaçı ASC cavabdehlərə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə onlara- ipoteka qoyanlara xəbərdarlıq etmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan İddiaçı ASC ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evini açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 1667 manat 80 qəpik məbləğində əsas borc və ödənilmiş 30 manat dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Tələb üzrə tutma Cavabdeh2 məxsus Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsi, ev 7-də yerləşən 4 saylı mənzilə yönəldilməlidir. Həmin mənzil açıq hərracdan satılmalıdır. Mənzilin ilkin satış qiyməti 12000 manat həddində müəyyən edilməlidir. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılmalıdır. Mənzilin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Açıq hərrac keçirildikdən 1 ay sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mənzildən çıxarılsın və mənzil boşaldılmalıdır. Cavabdeh1 100 manat məbləğində ekspertiza xərci tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, Cavabdeh2 200 manat məbləğində qiymətləndirmə haqqı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Cavabdeh1 krediti “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşmüş, kredit müqaviləsi üzrə 7396 manat 80 qəpik əsas borcun 1289 manat hissəsi azaldılaraq, cavabdehin 01.03.2019-cu il tarixə borcu 6107 manat 80 qəpik müəyyən olunmuşdur. İddiaçının təqdim etdiyi hesabdan çıxarışdan və maliyyə arayışından göründüyü kimi, 21 may 2015-ci il tarixli kredit müqaviləsi üzrə 01.03.2019-cu il tarixdən 04.05.2022-ci il tarixədək cəmi 4440 manat məbləğində ödəniş edilmiş və həmin ödənişlər nəzərə alınmaqla Cavabdeh1 əsas borcu 1667 manat 80 qəpik təşkil edir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehin əsas borcu 1667 manat 80 qəpik müəyyən olunduğundan, iddia tələbinin əsas kredit borcundan başqa, müqavilə müddətinə hesablanmış faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış əldən çıxmış fayda və cərimə borcu hissəsi təmin edilə bilməz. Bundan başqa, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mənzildən istifadə hüququna xitam verilməsi barədə iddia tələbi hazırki mərhələdə təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1667 manat 80 qəpik məbləğində əsas borc və ödənilmiş 30 manat dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Tələb üzrə tutma Cavabdeh2 məxsus Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsi, ev 7də yerləşən 4 saylı mənzilə yönəldilsin. Həmin mənzil açıq hərracdan satılsın. Mənzilin ilkin satış qiyməti 12000 manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçı "xxxx" ASC-yə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılsın. Mənzilin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Açıq hərrac keçirildikdən 1 ay sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mənzildən çıxarılsın və mənzil boşaldılsın. Cavabdeh1 100 manat məbləğində ekspertiza xərci tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, Cavabdeh2 200 manat məbləğində qiymətləndirmə haqqı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2-2(115)-263/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-263/2022
25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver