Məhkəmə qərarları › İş №2-2(115)-282/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-282/2025

16.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-282/2025 16.04.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, müqavilədən imtina, iradə ifadəsinin üsulları, dəbbə pulu, ipoteka) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakları ilə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra mətndə ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi (iddia tələbi həcminin artırılmasına dair ərizələrlə birlikdə, səh. 123) ilə məhkəməyə müraciət edərək, 14 mart 2014-cü il tarixli 08KT saylı kredit müqaviləsi üzrə 23500,95 manat əsas borc, 3762,07 manat müqavilə müddəti üzrə hesablanmış faiz borcu, 6668,76 manat cərimə borcu, 4065,22 manat müqavilə müddəti bitdikdən sonra hesablanmış 5% borc olmaqla, ümumilikdə 37997 manat kredit borcunun və iş üzrə ödənilmiş 294,39 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın ipoteka predmetləri olan mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus Bərdə şəhəri, Nüşabə küçəsində yerləşən 0.0304 ha torpaq sahəsi ilə birlikdə 34A saylı, mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Bərdə şəhəri, Təbriz küçəsində yerləşən 0.10 ha torpaq sahəsi ilə birlikdə 30A saylı və mülkiyyət hüququ ilə X2 məxsus Bərdə şəhəri, Cavanşir küçəsində yerləşən 0.05 ha torpaq sahəsi ilə bilrikdə 5/53 saylı fərdi yaşayış evlərinə yönəldilərək həmin əmlakların açıq hərracdan satılması və borcun həmin əmlakların açıq hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, qeyd edilən fərdi yaşayış evlərinə tutma yönəldikdən və onlar satıldıqdan 1 ay sonra həmin fərdi yaşayış evlərinin boşaldılması və ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsinin ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 60 (altmış) ay müddətinə 200000 (iki yüz min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin tutulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.

II. Tərəflərin mövqeyi

3. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

4. Cavabdeh1 əvvəlki məhkəmə iclaslarında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, məxaric orderinə imza etsə də, pul götürməmişdir. Onun kredit borcunun olmaması ilə bağlı Fondun məktubu da var idi, lakin həmin məktubu tapa bilməmişdir. Fonda müraciət etdikdə isə ona həmin məktub verilməmişdir. İddia tələbini və ondan tələb olunan borc məbləğləri ümumiyyətlə qəbul etmir. Buna görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək və iddia tələbini müdafiə edərək bildirdi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə 200000 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus əmlaklar ipoteka ilə yüklü edilmişdir. Borcun ödənilməsi barədə cavabdehə bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Buna görə də qeyd olunanların nəzərə alınaraq, iddanın təmin edilməsini məhkəmədən xahiş etdi.

II. Sübutların tədqiqi

6. İddiaçı ASC (bank qismində) ilə Cavabdeh1 (kredit alan qismində) arasında bağlanmış 14 mart 2014-cü il tarixli, 08KT saylı kredit müqaviləsinin şərtlərindən görünür ki, bank heyvandarlığın inkişafı məqsədilə borcalana 200000 manat məbləğində kredit verilməsini öhdəsinə götürür. (2.1). Kredit vəsairindən istifadə müddəti 14 mart 2019-cu il tarixdə bitir. (5.5) Bu müavilə üzrə faktiki illik faiz dərəcəsi 7 faiz müəyyən edilmişdir (6.1).

7. 25.04.2014-cü il tarixli 031276 №-li qəbzdən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 200.000 manat məbləğində kredit verilmişdir.

8. 14 mart 2014-cü il tarixli, 08KT saylı kredit müqaviləsinin ödəniş cədvəlindən görünür ki, ilk ödəniş xx.xx.2024-cü il, son ödəniş tarixi isə xx.xx.2029-cu il olmaqla 200000 manat kredit məbləği və 49583,32 manat faiz məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.

9. İddiaçı ASC ilə Cavabdeh1 arsında bağlanmış 17 mart 2014-cü il tarixli, 08/3KT saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayanla Borcalan arasında bağlanmış “14” Mart 2014-cu il tarixli, 08 KT saylı Kredit Müqaviləsinə əsasən 200 000 AZN (iki yüz min manat) məbləğində 60 (altmış) ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər bu Müqavilə ilə müəyyən edilmiş əmlakın girov qoyulması barədə razılığa gəlmişlər (2.1). Sonrakı ipoteka predmeti olan əmlak: Bərdə şəhəri, Cavanşir küçəsində Cavabdeh1 mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən 5/53 nömrəli, 1 mərtəbəli, 231.2 kv.m ümumi, 140.3 kv.m yaşayış və 90.9 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evi (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bərdə Ərazi İdarəsi tərəfindən 23 oktyabr 2007-ci il tarixdə Seriya MA № ******* saylı, reyestr nömrəsi **********76-10301, qeydiyyat nömrəsi 1********).

10. 19.03.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bərdə şəhəri, Cavanşir küçəsi 5/53 saylı fərdi yaşayış evi 0.05 ha torpaq sahəsi ilə birlikdə İddiaçı ASC-nin xeyrinə 14 mart 2014-cü il tarixli, 08KT saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka ilə yüklü edilməsi barədə daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 177 nömrəli vərəqində qeydiyyata alınmışdır.

11. İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arsında bağlanmış 17 mart 2014-cü il tarixli, 08/KT saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayanla borcalan arasında bağlanmış “14” Mart 2014-cu il tarixli, 08 KT saylı Kredit Müqaviləsinə əsasən 200.000 AZN (iki yüz min manat) məbləğində 60 (altmış) ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər bu Müqavilə ilə müəyyən edilmiş əmlakın girov qoyulması barədə razılığa gəlmişlər (2.1) Sonrakı İpoteka predmeti olan əmlak: Bərdə şəhəri, Təbriz küçəsində Cavabdeh2 mülkiyyətində olan 0,10 ha torpaq sahəsində yerləşən 30A nömrəli 2 mərtəbəli, 312,4 kv.m ümumi, 193,6 kv.m yaşayış və 118,8 kv.m yardımçı sahədən ibarət 6 otaqlı fərdi yaşayış evi (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bərdə Ərazi İdarəsi tərəfindən 15 may 2010-cu il tarixdə Seriya MH MA 0038394, reyestr nömrəsi **********27-10301, qeydiyyat nömrəsi **********).

12. 19.03.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bərdə şəhəri, Təbriz küçəsi, 30A saylı fərdi yaşayış evi 0.10 ha torpaq sahəsi ilə birlikdə İddiaçı ASC-nin xeyrinə 14 mart 2014-cü il tarixli, 08KT saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka ilə yüklü edilməsi barədə daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində qeydiyyata alınmışdır.

13. İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış 17 mart 2014-cü il tarixli, 08/4KT saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, İpoteka saxlayanla Borcalan arasında bağlanmış “14” Mart 2014-cu il tarixli, 08 KT saylı Kredit Müqaviləsinə əsasən 200 000 AZN (iki yüz min manat) məbləğində 60 (altmış) ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Tərəflər bu Müqavilə ilə müəyyən edilmiş əmlakın girov qoyulması barədə razılığa gəlmişlər.(2.1). Sonrakı İpoteka predmeti olan əmlak: ünvan 1 ünvanında Cavabdeh3 mülkiyyətində olan 0,0304 ha torpaq sahəsində yerləşən 450,3 kv.m ümumi, 133,2 kv.m yaşayış, 317,1 yardımçı sahədən ibarət 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evi (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bərdə Ərazi İdarəsi tərəfindən 11 iyun 2011-ci il tarixdə Seriya MH JV “0200704 saylı, reyestr nömrəsi **********97-10301, qeydiyyat nömrəsi **********).

14. 19.03.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bərdə şəhəri, Nüşabə küçəsi 34A saylı fərdi yaşayış evi 0,0304 ha torpaq sahəsi ilə birlikdə İddiaçı ASCnin xeyrinə 14 mart 2014-cü il tarixli, 08KT saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka ilə yüklü edilməsi barədə daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 177 nömrəli vərəqində qeydiyyata alınmışdır.

15. 10.06.2015-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, Cavabdeh1 tərəfindən 200.034 manat məbləğində kredit ödənişi həyata keçirilmişdir.

16. 08 sentyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 14 mart 2014-cü il tarixli, 08KT saylı saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə banka 23500,95 manat əsas, 3762,02 manat faiz, 6668,76 manat cərimə, 4065,22 manat müqavilə müddəti bitdikdən sonra hesablanmış 5% borc olmaqla, cəmi 37977 manat borcu vardır.

17. 11 mart 2022-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, cavabdehlərə 3 gün ərzində gecikdirilmiş ödəniş məbləğinin banka qaytarılması təklif edilmiş, əks təqdirdə banka olan borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir.

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/875 saylı, 20 fevral 2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, hesabdan çıxarış məlumatları və İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 05KT nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 müqavilə müddətinə, yəni xx.xx.2019-cu il tarixinə banka olan borcu aşağıdakı kimi müəyyən olunur: o cümlədən əsas borc üzrə 26.400,51 manat, faiz borcu üzrə 6.232,20 manat, iş materiallarında olan maliyyə arayışı məlumatlarından göründüyü kimi, İddiaçı ASC tərəfindən müqavilə müddətindən sonra AR MM-nin 445.7-ci maddəsinə əsasən illik 5 faizlə hesabamalar aparılması müəyyən edilir. Hesabdan çıxrış məlumatlarından göründüyü kimi xx.xx.2019-cu il tarixdə fərmanla bağlı 2899.56 manat pul vəsaiti daxil olmuşdur. Həmin məbləğ İddiaçı ASC tərəfindən əsas borc məbləğindən silinməsi müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 05 KT nömrəli Kredit Müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 müqavilə müddətindən sonrakı illik 5 faizlə xx.xx.2022-ci il tarixinə banka olan borcu aşağıdakı kimi, müəyyən olunur: o, cümlədən əsas borc üzrə 23500,95 manat, faiz borcu üzrə 6232,20 manat, 5%-lə hesablanmış faiz borcu üzrə 3.539,24 manat müəyyən edilmişdir.

III. Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 739. Borc müqaviləsi (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada)

743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada). Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 279. Girovla təmin edilən tələb Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərçləri və tutma xərcləri daxildir. Maddə 295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə 296. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi qaydası 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Maddə 319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

20. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu

1.0.1. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.6. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 1.0.9. İpoteka predmetinin ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 26.1. İpoteka saxlayanın aşağıdakı hüquqları vardır: 26.1.1. ipoteka predmetinin mövcudluğunu, vəziyyətini və saxlanma şəraitini sənədlər üzrə və faktik surətdə yoxlamaq; 26.1.2. ipoteka qoyandan ipoteka predmetinin lazımi vəziyyətdə saxlanılması üçün zəruri tədbirlər görməyi tələb etmək; 26.1.3. ipoteka qoyanın öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb etmək; 26.1.4. ipoteka predmetinin salamatlığına ziyan vuran və ya pisləşməsinə səbəb olan hərəkətlərə son qoyulmasını həmin hərəkətlərə yol verən şəxslərdən tələb etmək; 26.1.5. əsas öhdəlik üzrə tələbi başqa şəxsə güzəşt etmək və ya satmaq; 26.1.6. ipoteka hüququnu girov qoymaq.

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun (59.3.1) və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar (59.3.2). 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.

21. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi barədə qərardad

1. Tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır.

2. Tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixindən sonra bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələrinə və qeydiyyatdan çıxarılmalarına dair” iddia tələbləri hissəsində iddia ərizəsinin icraata qəbulundan Mülki Prosessual Məcəllənin 153.1 və 153.2.1-ci maddələrinə əsasən imtina olunmalı, əgər iddia artıq icraata qəbul edilmişdirsə, Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə uyğun olaraq iş üzrə icraata həmin hissədə xitam verilməlidir.

22. İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı Əlavə Protokol

Maddə 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli Qərarı

Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.

24. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018ci il tarixli Qərarı

... tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır... Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.

25. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2021-ci il tarixli Qərarı

Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir.

IV. Məhkəmənin mövqeyi

a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı

26. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

27. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

28. Göründüyü kimi Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.

29. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

30. 08 sentyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 14 mart 2014-cü il tarixli, 08KT saylı saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə banka 23500,95 manat əsas, 3762,02 manat faiz, 6668,76 manat cərimə, 4065,22 manat müqavilə müddəti bitdikdən sonra hesablanmış 5% borc olmaqla, cəmi 37977 manat borcu vardır.

31. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/875 saylı, 20 fevral 2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, hesabdan çıxarış məlumatları və İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 05KT nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 müqavilə müddətinə, yəni xx.xx.2019-cu il tarixinə banka olan borcu aşağıdakı kimi müəyyən olunur: o cümlədən əsas borc üzrə 26.400,51 manat, faiz borcu üzrə 6.232,20 manat, iş materiallarında olan maliyyə arayışı məlumatlarından göründüyü kimi, İddiaçı ASC tərəfindən müqavilə müddətindən sonra AR MM-nin 445.7-ci maddəsinə əsasən illik 5 faizlə hesabamalar aparılması müəyyən edilir. Hesabdan çıxrış məlumatlarından göründüyü kimi xx.xx.2019-cu il tarixdə fərmanla bağlı 2899.56 manat pul vəsaiti daxil olmuşdur. Həmin məbləğ İddiaçı ASC tərəfindən əsas borc məbləğindən silinməsi müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 05 KT nömrəli Kredit Müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 müqavilə müddətindən sonrakı illik 5 faizlə xx.xx.2022-ci il tarixinə banka olan borcu aşağıdakı kimi, müəyyən olunur: o, cümlədən əsas borc üzrə 23500,95 manat, faiz borcu üzrə 6232,20 manat, 5%-lə hesablanmış faiz borcu üzrə 3.539,24 manat müəyyən edilmişdir.

32. Cavabdeh1 əvvəlki məhkəmə iclaslarında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, məxaric orderinə imza etsə də, pul götürməmişdir. Onun kredit borcunun olmaması ilə bağlı Fondun məktubu da var idi, lakin həmin məktubu tapa bilməmişdir. Fonda müraciət etdikdə isə ona həmin məktub verilməmişdir. İddia tələbini və ondan tələb olunan borc məbləğləri ümumiyyətlə qəbul etmir. Buna görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

33. Məhkəmə cavabdehin etirazının dəlillərinə münasibətdə qeyd edir ki, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Həmçinin, Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

34. Belə ki, hazırki iddia tələbi üzrə bank tərəfindən cavabdehə 200.000 manat pul məbləğinin verilməsi və cavabdehin məxaric orderinə imza atması, imzanı mübahisələndirməməsi və məhkəmə tərəfindən verilən sualda imzanın özünə məxsus olmasını bildirməsi işin mübahisəsiz hallarıdır. Hazırki halda cavabdehin həmin pulu təhvil almaması və ya qaytarması sübut edilməli hala çevrilir ki, bu halda sübut etmə vəzifəsi belə münasibətin həqiqətən mövcud olduğunu iddia edən tərəfin üzərinə düşür. Məhkəmə hesab edir ki, hazırki mübahisədə etirazın dəlilləri olaraq pulun təhvil alınmaması ilə bağlı sübut etmə vəzifəsi cavabdehin üzərində olduğundan, onun tərəfindən isə heç bir sübut təqdim olunmadığından, cavabdehin irəli sürdüyü dəlillər əsassızdır.

35. Cavabdeh iddia tələbini ümumiyyətlə qəbul etmədiyindən məhkəmə tərəfindən yenidən məhkəmə-mühasibatlıq ekspertizası keçirilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, 14 mart 2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehdən əsas borc üzrə 23500,95 manat, faiz borcu üzrə 3762,07 manat, müqavilə müddəti bitdikdən sonra hesablanmış 5% borcu olaraq isə 3539,24 manat pul tutulmalıdır.

36. 10.01.2023-cü il tarixli bildirişlərdən görünür ki, ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdehlərə borcun ipoteka predmetinə yönəldilməsi barədə lazımi qaydada xəbərdarlıq edilmiş, adı çəkilən bildiriş qeydə alınması üçün xx.xx.2023-cü il tarixli ərizələr ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Gəncə Ərazi İdarəsinə göndərilmişdir.

37. Kredit müqaviləsi üzrə Cavabdeh1 üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə Cavabdeh3 məxsus Bərdə şəhəri, Nüşabə küçəsində yerləşən 0.0304 ha torpaq sahəsi ilə birlikdə 34A saylı, Cavabdeh2 məxsus Bərdə şəhəri, Təbriz küçəsində yerləşən 0.10 ha torpaq sahəsi ilə birlikdə 30A saylı və Cavabdeh1 məxsus Bərdə şəhəri, Cavanşir küçəsində yerləşən 0.05 ha torpaq sahəsi ilə birlikdə 5/53 saylı fərdi yaşayış evləri iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə və torpaq sahəsinə yönəldilməsi barədə tələb Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur.

38. Məhkəmə qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin qanunun 1.0.9-cu maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

39. Məhkəmə hesab edir ki, qanunda birbaşa imperativ tələb kimi nəzərdə tutulduğu üçün iddia tələbində bu barədə tələb olmasa belə, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka müqavilələrindən görünür ki, Cavabdeh3 məxsus Bərdə şəhəri, Nüşabə küçəsində yerləşən 0.0304 ha torpaq sahəsi ilə birlikdə 34A saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 200000 manat, Cavabdeh2 məxsus Bərdə şəhəri, Təbriz küçəsində yerləşən 0.10 ha torpaq sahəsi ilə birlikdə 30A saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 150000 manat və Cavabdeh1 məxsus Bərdə şəhəri, Cavanşir küçəsində yerləşən 0.05 ha torpaq sahəsi ilə birlikdə 5/53 saylı fərdi yaşayış evinin isə ilkin satış qiyməti 150000 manat dəyərində müəyyən edilmişdir.

40. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclaslarında iştirak etmədiyindən, Cavabdeh1 isə iddia tələbini qəbul etmədiyindən və ipoteka predmetini məbləğini mübahisələndirmədiyindən məhkəmə tərəfindən ipoteka predmetinin qiyməti ilə bağlı qiymətləndirilmə keçirilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, həmin qiymətlər ipoteka predmetinin ilkin satış qiyməti kimi göstərilməlidir.

41. İddia tələbinin “qeyd edilən fərdi yaşayış evlərinə tutma yönəldikdən və onlar satıldıqdan 1 ay sonra həmin fərdi yaşayış evlərinin boşaldılması” hissəsilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlandığı üçün ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır. Həmin tələb isə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olduğu üçün iddia tələbi həmin hissədə təmin edilməli və ipotekaya qoyulmuş fərdi yaşayış evləri və torpaq sahəsi satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılmalıdır.

42. İddia tələbininin “əmlakların ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi və satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsinin ümumi qaydada icra edilməsi” barədə hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissələrdə qeyri-müəyyən olduğundan təmin oluna bilməz.

b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı

43. İddia ərizəsində iddiaçı 6668,76 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.

44. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onlun vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, hər müqavilə üzrə hesablanmış dəbbə pulu (cərimə,penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulunun (cərimə,penya) azaldılaraq 1175,05 manat həddində (əsas borcun 5%-i həddində) müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

45. İddiaçı eləcə də 294,39 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

46. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, 87978154 nömrəli və ********** nömrəli mədaxil qəbzlərii ilə 160,50 manat və 133,49 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

47. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

48. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

49. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 185,93 manat pul Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, ödənilmiş dövlət rüsumunun 108,46 manat hissəsi isə ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilməlidir.

50. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

V. Məhkəmənin gəldiyi nəticə

51. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 14 mart 2014-cü il tarixli 08KT saylı kredit müqaviləsi üzrə 23500,95 manat əsas borc, 3762,07 manat müqavilə müddəti üzrə hesablanmış faiz borcu, 1175,05 manat cərimə borcu, 3539,24 müqavilə müddəti bitdikdən sonra hesablanmış 5% borc olmaqla, ümumilikdə 31977,31 manat pul Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, tələb Cavabdeh3 məxsus Bərdə şəhəri, Nüşabə küçəsində yerləşən 0.0304 ha torpaq sahəsi ilə birlikdə 34A saylı, Cavabdeh2 məxsus Bərdə şəhəri, Təbriz küçəsində yerləşən 0.10 ha torpaq sahəsi ilə birlikdə 30A saylı və Cavabdeh1 məxsus Bərdə şəhəri, Cavanşir küçəsində yerləşən 0.05 ha torpaq sahəsi ilə birlikdə 5/53 saylı fərdi yaşayış evlərinə yönəldilməli, Cavabdeh3 məxsus Bərdə şəhəri, Nüşabə küçəsində yerləşən 0.0304 ha torpaq sahəsi ilə birlikdə 34A saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 200000 manat, Cavabdeh2 məxsus Bərdə şəhəri, Təbriz küçəsində yerləşən 0.10 ha torpaq sahəsi ilə birlikdə 30A saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 150000 manat və Cavabdeh1 məxsus Bərdə şəhəri, Cavanşir küçəsində yerləşən 0.05 ha torpaq sahəsi ilə birlikdə 5/53 saylı fərdi yaşayış evinin isə ilkin satış qiyməti 150000 manat müəyyən edilməli, ipotekaya qoyulmuş fərdi yaşayış evləri və torpaq sahəsi açıq hərrac vasitəsi ilə satılmalı və satışdan əldə olunan məbləğdən 31977,31 manat məbləğində pul ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməli, Bərdə şəhəri, Nüşabə küçəsində yerləşən 0.0304 ha torpaq sahəsi ilə birlikdə 34A saylı fərdi yaşayış evinin satışından qalan məbləğ Cavabdeh3, Bərdə şəhəri, Təbriz küçəsində yerləşən 0.10 ha torpaq sahəsi ilə birlikdə 30A saylı fərdi yaşayış evinin satışından qalan məbləğ Cavabdeh2 və Bərdə şəhəri, Cavanşir küçəsində yerləşən 0.05 ha torpaq sahəsi ilə birlikdə 5/53 saylı fərdi yaşayış evinin satışından qalan məbləğ isə Cavabdeh1 qaytarılmalı, ipotekaya qoyulmuş fərdi yaşayış evləri və torpaq sahəsi satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılmalı, iddia qalan hissədə rədd edilməlidir.

52. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrinə əsasən

QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 14 mart 2014-cü il tarixli 08KT saylı kredit müqaviləsi üzrə 23500,95 manat əsas borc, 3762,07 manat müqavilə müddəti üzrə hesablanmış faiz borcu, 1175,05 manat cərimə borcu, 3539,24 müqavilə müddəti bitdikdən sonra hesablanmış 5% borc olmaqla, ümumilikdə 31977,31 (otuz bir min doqquz yüz yetmiş yeddi manat otuz bir qəpik) manat pul Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb Cavabdeh3 məxsus Bərdə şəhəri, Nüşabə küçəsində yerləşən 0.0304 ha torpaq sahəsi ilə birlikdə 34A saylı, Cavabdeh2 məxsus Bərdə şəhəri, Təbriz küçəsində yerləşən 0.10 ha torpaq sahəsi ilə birlikdə 30A saylı və Cavabdeh1 məxsus Bərdə şəhəri, Cavanşir küçəsində yerləşən 0.05 ha torpaq sahəsi ilə birlikdə 5/53 saylı fərdi yaşayış evlərinə yönəldilsin. Cavabdeh3 məxsus Bərdə şəhəri, Nüşabə küçəsində yerləşən 0.0304 ha torpaq sahəsi ilə birlikdə 34A saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 200000 (iki yüz min) manat, Cavabdeh2 məxsus Bərdə şəhəri, Təbriz küçəsində yerləşən 0.10 ha torpaq sahəsi ilə birlikdə 30A saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 150000 (bir yüz əlli min) manat və Cavabdeh1 məxsus Bərdə şəhəri, Cavanşir küçəsində yerləşən 0.05 ha torpaq sahəsi ilə birlikdə 5/53 saylı fərdi yaşayış evinin isə ilkin satış qiyməti 150000 (bir yüz əlli min) manat müəyyən edilsin. İpotekaya qoyulmuş fərdi yaşayış evləri və torpaq sahəsi açıq hərrac vasitəsi ilə satılsın və satışdan əldə olunan məbləğdən 31977,31 (otuz bir min doqquz yüz yetmiş yeddi manat otuz bir qəpik) manat məbləğində pul ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin, Bərdə şəhəri, Nüşabə küçəsində yerləşən 0.0304 ha torpaq sahəsi ilə birlikdə 34A saylı fərdi yaşayış evinin satışından qalan məbləğ Cavabdeh3, Bərdə şəhəri, Təbriz küçəsində yerləşən 0.10 ha torpaq sahəsi ilə birlikdə 30A saylı fərdi yaşayış evinin satışından qalan məbləğ Cavabdeh2 və Bərdə şəhəri, Cavanşir küçəsində yerləşən 0.05 ha torpaq sahəsi ilə birlikdə 5/53 saylı fərdi yaşayış evinin satışından qalan məbləğ isə Cavabdeh1 qaytarılsın. İpotekaya qoyulmuş fərdi yaşayış evləri və torpaq sahəsi satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılsın. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 185,93 (bir yüz səksən beş manat doxsan üç qəpik) manat pul Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 108,46 (bir yüz səkkiz manat qırx altı qəpik) manat hissəsi ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatı kodu 142595, büdcə cəviyyəsinin kodu 3, SAP( XİİS) hesabı X1, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE********************) ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Əbülfəz Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar