Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-325/2021 05.05.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi ilə, İddiaçı oğlunun Cavabdeh qarşı cavabdehin iddiaçıya məxsus maye-qaz doldurma məntəqəsindən çıxarılması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı oğlunun Cavabdeh qarşı cavabdehin iddiaçıya məxsus maye-qaz doldurma məntəqəsindən çıxarılması tələbinə dair iddiası və Cavabdeh İddiaçı oğluna qarşı sözügedən maye-qaz doldurma məntəqəsinə mülkiyyət hüququnun tanınması dair qarşılıqlı iddiası X1 Məhkəməsində baxılmışdır. Tərəflər arasında barışıq sazişi imzalandığından X1 Məhkəməsinin 31 iyul 2009-cu il tarixli, 2-1(84)-221/2009 saylı qərardadı ilə işə xitam verilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, iş məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nın 261-262-ci maddəsini rəhbər tutaraq qərara aldı: İddiaçı oğlunun Cavabdeh qarşı cavabdehin iddiaçıya məxsus maye-qaz doldurma məntəqəsindən çıxarılması tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardad tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2-2(115)-325/2021
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-325/2021
05.05.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver