Məhkəmə qərarları › İş №2-2(115)-328/2025

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-328/2025

18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-328/2025 18.02.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, Cavabdeh ləğv prosesində olan Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri X5 və X2 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh1 və Cavabdeh2 qаrşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dаir iddia ərizəsi üzrə kommersiya işinə məhkəmənin inzibаti binаsındа аçıq məhkəmə iclаsındа bаxаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh1 və Cavabdeh2 qаrşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dаir iddiа ərizəsi ilə Samux Rayon Məhkəməsinə mürаciət еdərək, “Gəncə Bank” SKB ilə "xxxx" MMC arasında bağlanmış 22 iyul 2011-ci il tarixli, 024A-1, 024A-2 və 024A-3 nömrəli girov müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Samux Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 2(058)-1228/2024 nömrəli qərardadından görünür ki, İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh1, Cavabdeh2 qаrşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dаir işin məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Kommersiya Məhkəməsində iş üzrə birinci hazırlıq iclası xx.xx.2025-ci il tarixə saat 16:30-a, ikinci hazırlıq iclası isə 18 fevral 2025-ci il tarixinə saat 12:30-a təyin edilmişdir. İddiaçıya məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, lakin o, nə birinci, nə də ikinci məhkəmə iclasında iştirak etməmiş və işə onun iştirakı olmadan baxılması barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh ləğv prosesində olan Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri X5 və X3 məhkəmə iclasında izahatlarında bildirmişlər ki, iddiaçı məhkəmə iclasına gəlmir və onlar işin mahiyyəti üzrə baxılmasını tələb etmirlər. Cavabdeh2 məhkəmə iclasında izahatında bildirdi ki, işin mahiyyəti üzrə baxılmasını tələb etmir. Eyni zamanda məhkəmə Cavabdeh1 məhkəmə iclasında iştirak etməməsini hazırkı işin mahiyyəti üzrə həll olunmasını tələb etməməsi kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir məhkəmə iclasına gəlmədiyindən və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, həmçinin cavabdehlər işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 2-ci bəndində qeyd olunur ki, Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Həmin Qərarın 9.1-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.6ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə ərizə baxılmamış saxlanılır. Lakin, iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etdikdə ərizənin baxılmamış saxlanılmasına yol verilmir. Cavabdehin iddiaçının iştirakı olmadan işə baxılmasını tələb etməsi onun məhkəməyə yazdığı ərizə ilə və yaxud məhkəmə iclası protokolunda bu barədə müvafiq qeydiyyat aparılmaqla rəsmiləşdirilir. Həmin Qərarın 9.2-ci bəndinə əsasən qanunla müəyyən edilmiş qaydada işə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədikdə və buna görə ərizə baxılmamış saxlanıldıqda məhkəmə iddiaçının ərizəsi ilə icraatı təzələməyə və işə baxmağa haqlı deyildir. Həmin şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh1, Cavabdeh2 qаrşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar