Məhkəmə qərarları › İş №2-2(115)-329/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-329/2022

18.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-329/2022 18.08.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı "xxxx" Bank Olmayan Kredit X22 Cəmiyyətinin nümayəndəsi X6, Cavabdehlər Cavabdeh1 və Cavabdeh5 iştirakları ilə İddiaçı Bank Olmayan Kredit X22 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Bank Olmayan Kredit X22 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bərdə rayon Məhkəməsinə müraciət edərək,Cavabdeh1 İddiaçı BOKT ASC-yə 2014-cü il 19 dekabr tarixli, 524-14 B №-li kredit müqaviləsi üzrə 3575.66 ABŞ dolları əsas, 3548, 33 ABŞ dolları hesablanmış faiz, 1430.22 ABŞ dolları dəbbə pulu, cəmi 8554.11 ABŞ dolları, 2015-ci il 24 avqust tarixli, 067-15B №-li kredit müqaviləsinə xitam verilməsini, İddiaçı BOKT ASC-yə 2015ci il 24 avqust tarixli, 067-15 №-li kredit müqaviləsi üzrə 15000 manat əsas, 10477.88 manat hesablanmış faiz, 17400 manat dəbbə pulu, cəmi 42877.88 manat, hüquqi yardıma görə ödənilmiş xərcin əvəzi 1000 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsi, borcun əvəzi ilkin satı qiyməti 16000 manat müəyyən edilməklə, X13 tam mülkiyyətində olan ünvan 1 ünvanında olan binanın 2-ci mərtəbəsində olan, 32.6 kv.m yaşayış, 19.1 kv.m yardımçı, 51.7 kv.m ümumi sahədən ibarət 2 otaqlı, 3 nömrəli mənzil, borcun əvəzi ilkin satış qiyməti 17500 manat müəyyən edilməklə ünvan 2i ünvanında Cavabdeh2 mülkiyyətində olan 0.45 ha torpaq sahəsində yerləşən 67.8 kv.m yaşayış, 71.8 kv.m yardımçı, 139.6 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibi(həyətyanı tikili və qurğular) Liter B:1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibi(həyətyanı tikili və qurğular) Liter B:1 mərtəbəli 166.4 kv.m tövlə, Liter C: 1 mərtəbəli 232.2 kv.m tövlə, Liter Ç:1 mərtəbəli 73 kv.m təs-damı, cəmi 471.6 kv.m sahəsi açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, X13 tam mülkiyyətində olan ünvan 1 ünvanında olan binanın 2-ci mərtəbəsində olan, 32.6 kv.m yaşayış, 19.1 kv.m yardımçı, 51.7 kv.m ümumi sahəədn ibarət 2 otaqlı, 3 nömrəli məzildə yaşayanlar X19 və X9 çıxarılması, mənzilin boşaldılması, ünvan 3i ünvanında Cavabdeh2 mülkiyyətində olan 0.45 ha torpaq sahəsində yerləşən 67.8 kv.m yaşayış, 71.8 kv.m yardımçı, 139.6 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibi(həyətyanı tikili və qurğular) Liter B:1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evində yaşayanlar Cavabdeh2, Cavabdeh3 və X3 çıxarılmaları, fərdi yaşayış evi və onun tərkibinin boşaldılmasını, X14 tam mülkiyyətində olan ünvan 1 ünvanında olan binanın 2-ci mərtəbəsində olan, 32.6 kv.m yaşayış, 19.1 kv.m yardımçı, 51.7 kv.m ümumi sahəədn ibarət 2 otaqlı, 3 nömrəli məzildə yaşayanlar X19 və X20 fərdi yaşayış evi və onun tərkibi satıldıqdan bir ay sonra həmin mənzildən könüllü surətdə çıxmadıqları halda məcburi qaydada çıxarılmaları, ünvan 3i ünvanında Cavabdeh2 mülkiyyətində olan 0.45 ha torpaq sahəsində yerləşən 67.8 kv.m yaşayış, 71.8 kv.m yardımçı, 139.6 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibi(həyətyanı tikili və qurğular) Liter B:1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evində yaşayanlar Cavabdeh2, Cavabdeh3 və X10 ev satıldıqdan bir ay sonra həmin evdən könüllü surətdə çıxmadıqları halda məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə rayon Məhkəməsinin 19 fevral 2020-ci il tarixli, 2(021)-87/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh1 apelyasiya şikayət verərək Bərdə rayon Məhkəməsinin 19 fevral 2020-ci il tarixli, 2(021)-87/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-575/2021 saylı qərardadı ilə Bərdə rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(021)-87/2020 saylı qətnaməsi ləğv edilmiş və iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(115)-329/2022 saylı qərardadı ilə İddiaçı Bank Olmayan Kredit X22 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün iş Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-438/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı Bank Olmayan Kredit X22 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş Gəncə Kommersiya Məhkəməsinə qaytarılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 əvvəlki "xxxx" ASC-nin(indiki İddiaçı BOKT ASC-nin) Ağcabədi fiialından 2014-cü il 19 dekabr tarixli, 524-14B №-li kredit müqaviləsinə əsasən illik 23 faizlə 36 ay müddətinə torpaq sahəsinin alınması məqsədilə 31870 ABŞ dolları, 2015-ci il 24 avqust tarixli, 067-15B №-li kredit müqaviləsinə əsasən illik 6 faizlə 36 ay müddətinə heyvandarlığın inkişafı məqsədilə 15000 manat borc almışdır. 2014-cü il 19 dekabr tarixli, 524-14B №-li kredit müqaviləsinin təminatı olaraq Cavabdeh4 tam mülkiyyətində olan ünvan 4 ünvanında olan binanın 2-ci mərtəbəsində olan, 32.6 kv.m yaşayış, 19.1 kv.m yardımçı, 51.7 kv.m ümumi sahədən ibarət 2 otaqlı, 3 nömrəli mənzil 2014cü il 19 dekabr tarixli, 524-14B/01 №-li ipoteka(girov) müqaviləsi ilə, 2015-ci il 24 avqust tarixli, 067-15 B №-li kredit müqaviləsinin təminatı olaraq, ünvan 3i ünvanında Cavabdeh2 mülkiyyətində olan 0.45 ha torpaq sahəsində yerləşən 67.8 kv.m yaşayış, 71.8 kv.m yardımçı, 139.6 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibi(həyətyanı tikili və qurğular) Liter B : 1 mərtəbəli 166.4 kv.m tövlə, Liter C:1 mərtəbəli 232.2 kv.m tövlə, Liter Ç : 1 mərtəbəli 73 kv.m təs damı, cəmi 471.6 kv.m sahəsi 2015-ci il 24 avqust tarixli, 067-15B-01 №-li ipoteka müqaviləsi ilə yüklü edilmişdir. 2018-c il mayın 10-dək Cavabdeh1 İddiaçı BOKT ASC-yə 2014-cü il 19 dekabr tarixli, 524-14B №-li kredit müqaviləsi üzrə 3575.56 ABŞ dolları əsas, 3548.33 ABŞ dolları heablanmış faiz, 1430.22 ABŞ dolları dəbbə pulu, cəmi 8554.11 ABŞ dolları, 2015-ci il 24 avqust tarixli, 067-15 B №-li kredit müqaviləsi üzrə 15000 əsas, 10477.88 manat hesablanmış faiz, 17400 manat dəbbə pulu, cəmi 41877.88 manat borcu vardır. Cavabdehlər xəbərdar edilməsinə baxmayaraq borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdehlər bildirişə münasibət bildirmirlər. İddiaçı Bank Olmayan Kredit X22 Cəmiyyətinin nümayəndəsi X16 məhkəmə iclasında iddia tələbini müdafiə etdiyini bildirdi. Cavabdeh5 məhkəmə iclasında izahat verərək bildirdi ki, borcu 18908 manat hissədə qəbul edir. Güzəşt tətbiq edildiyindən borc azaldılmışdır. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirdi ki, 31870 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit restrukzasiya olunmuş və azaldılmış, lakin bank tərəfindən nəzərə alınmamışdır. Digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, cavabdehər məhkəmə iclasına gəlməmişlər, səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, tələb qismən təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2014-cü il tarixli, 524-14B saylı kredit müqaviləsindən görünür ki, borcverən – İddiaçı Bank Olmayan Kredit X22 Cəmiyyəti tərəfindən borcalan Cavabdeh1 31870 ABŞ dolları məbləğində illik 23 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan – Cavabdeh1 isə 36 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. xx.xx.2015-ci il tarixli, 067-15B saylı kredit müqaviləsindən görünür ki, borcverən – İddiaçı Bank Olmayan Kredit X22 Cəmiyyəti tərəfindən borcalan Cavabdeh1 15 000 manat məbləğində illik 6 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan – Cavabdeh1 isə 36 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. xx.xx.2015-ci il tarixli, 067-15B-01 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 3ində yerləşən 0.45 ha torpaq sahəsində yerləşən 67.8 kv.m yaşayış, 71.8 kv.m yardımçı, 139.6 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibi(həyətyanı tikili və qurğular) Liter B: 1 mərtəbəli 166.4 kv.m tövlə, Liter C: 1 mərtəbəli 232.2 kv.m tövlə, Liter Ç: 1 mərtəbəli 73 kv.m təs damı, cəmi 471.6 kv.m sahəsi ipoteka predmeti kimi yüklü edilmişdir. 14 avqust 2015-ci il tarixli daşınar əmlakın girov müqaviləsinin suərtindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evində olan ev əşyaları 17500 manat dəyərində qiymətləndirilmişdir. xx.xx.2015-ci il tarixli, 067-15B-02 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh4 tam mülkiyyətində olan ünvan 4 ünvanında olan binanın 2-ci mərtəbəsində olan, 32.6 kv.m yaşayış, 19.1 kv.m yardımçı, 51.7 kv.m ümumi sahədən ibarət 2 otaqlı, 3 nömrəli mənzil ipoteka predmeti kimi yüklü edilmişdir. xx.xx.2014-cü il tarixli, 524-14B/01 nömrəli ipoteka(girov) müqaviləsinin surətindən görünür ki, ünvan 4 ünvanında olan binanın 2-ci mərtəbəsində olan, 32.6 kv.m yaşayış, 19.1 kv.m yardımçı, 51.7 kv.m ümumi sahədən ibarət 2 otaqlı, 3 nömrəli mənzil 16 000 manat qiymətləndirilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqına daşınmaz əmlakın dövət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 3ində yerləşən 0.45 ha torpaq sahəsində yerləşən 67.8 kv.m yaşayış, 71.8 kv.m yardımçı, 139.6 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibi(həyətyanı tikili və qurğular) Liter B: 1 mərtəbəli 166.4 kv.m tövlə, Liter C: 1 mərtəbəli 232.2 kv.m tövlə, Liter Ç: 1 mərtəbəli 73 kv.m təs damı, cəmi 471.6 kv.m sahəsi İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh4 tam mülkiyyətində olan ünvan 4 ünvanında olan binanın 2-ci mərtəbəsində olan, 32.6 kv.m yaşayış, 19.1 kv.m yardımçı, 51.7 kv.m ümumi sahədən ibarət 2 otaqlı, 3 nömrəli mənzil İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə yüklü edilmişdir. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Böyük Göyüşlü kənd nümayəndəliyinin xx.xx.2015-ci il tarixli arayışından görünür ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 3ində yerləşən fərdi yaşayış evində Cavabdeh1, Cavabdeh3 oğlu və X11 qeydiyyatadırlar. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Böyük Göyüşlü kənd nümayəndəliyinin xx.xx.2015-ci il tarixli arayışından görünür ki, Cavabdeh4 mülkiyyətində olan Bərdə şəhəri, Nizami küçəsində yerləşən fərdi yaşayış evində Cavabdeh4 və X20 qeydiyyatdadırlar. “Problemli kreditlərin kompensasiyası” barədə əsas məlumatlardan görünür ki, xx.xx.2019-cu il tarixinə Cavabdeh1 İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-yə olan 15 000 manat kredit borcu 1536.71 manat azaldılaraq, qalıq borc 13463.29 manat, 6078.45 manat kredit borcu 622.72 manat azaldılaraq qalıq borc 5455.73 manat olmaqla cəmi borc 18919.02 manat təşkil etmişdir. Bərdə şəhəri, Heydər Əliyev prospekti, döngə 6-da yerləşən, 252.8 kv.m ümumi sahədən ibarət 9 nömrəli fərdi yaşayış evində X4, X21 və X12 qeydiyyatdadılar. xx.xx.2018-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı BOKT ASC-yə 2014-cü il 19 dekabr tarixli, 524-14B №-li kredit müqaviləsi üzrə 3575.56 ABŞ dolları əsas, 3548.33 ABŞ dolları heablanmış faiz, 1430.22 ABŞ dolları dəbbə pulu, cəmi 8554.11 ABŞ dolları, 2015-ci il 24 avqust tarixli, 067-15 B №-li kredit müqaviləsi üzrə 15000 əsas, 10477.88 manat hesablanmış faiz, 17400 manat dəbbə pulu, cəmi 41877.88 manat borcu vardır. İş üzrə təyin edilmiş əmlakın qiymətləndirilməsinə dair ekpertiza rəyində ipoteka ilə yüklü edilmiş “Məhkəmə Ekspertizası Mərkəzi” tərəfindən Cavabdeh1 mülkiyyətində olan Bərdə rayonu, Hacallı kəndində yerləşən 0.23 ha torpaq sahəsində yerləşən, 91.1 kv.m yaşayış, 69.8 kv.m köməkçi sahədən ibarət olmaqla ümumilikdə 160.9 kv.m, 1 mərtəbəli, 1 otaqlı fərdi yaşayış evinin bazar dəyəri 79 000 manat, likvid dəyəri isə 70 000 manat, Cavabdeh1, X7, X8, X5 və X1 ümumi birgə mülkiyyətlərində olan Bərdə şəhəri, Hacallı kəndində yerləşən 3.02 ha kəndə təsərrüfat təyinatlı torpaq sahəsinin bazar dəyəri 9000 manat, likvid dəyəri isə 7000 manat qeyd edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizalarına dair ekspertiza rəylərində “Məhkəmə Ekspertiza Mərkəzi” tərəfindən Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 524-14B saylı kredit müqaviləsi üzrə İddiaçı Bank Olmayan Kredit X22 Cəmiyyətinə əsas kredit borcu üzrə 5001.77 ABŞ dolları, faiz borcu üzrə 2587.42 ABŞ dolları, xx.xx.2015-ci il tarixli, 067-15B saylı kredit müqaviləsi üzrə isə xx.xx.2018-ci il tarixə 15000 əsas borc, 2170 manat faiz borcu, xx.xx.2019-cu il tarixinə 5000 manat əsas borc, 3042.50 manat faiz borcu qeyd edilmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir: bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin, 5.2-ci bəndinə əsasən bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin. Həmin Fərmanın 6.1-ci bəndinə əsasən Banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri tövsiyə edilsin. Həmin Fərmanın 7.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. Məhkəmə qeyd edir ki, qeyd edilən Fərman vətəndaşlara dəstək və onların maliyyə yükünün azaldılması məqsədilə qəbul olunmuş və dəstəyin həyata keçirilməsi üçün dövlət tərəfindən banklara və kredit təşkilatlarına kifayət qədər şərait yaradılmışdır. Dövlət tərəfindən hazırkı iş üzrə cavabdeh şəxsin borcu azaldılaraq cəmi borc 18919.02 manat müəyyən edildiyi halda, iddiaçının ondan artıq məbləği tələb etməsi Fərmanın tələblərinə uyğun olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (AR MM-in 449.1-ci maddəsi). Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər (AR MM-in 449.3-cü maddəsi). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (AR MM-in 465.2-ci maddəsi). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud, onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana tələbin ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki:

1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya

2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 18919 (on səkkiz min doqquz yüz on doqquz) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Borc tələbi likvid dəyəri 40 000 manat olan X13 tam mülkiyyətində olan ünvan 1 ünvanında olan binanın 2-ci mərtəbəsində olan, 32.6 kv.m yaşayış, 19.1 kv.m yardımçı, 51.7 kv.m ümumi sahədən ibarət 2 otaqlı, 3 nömrəli mənzil və likvid dəyəri 66 min manat olan ünvan 2i ünvanında Cavabdeh2 mülkiyyətində olan 0.45 ha torpaq sahəsində yerləşən 67.8 kv.m yaşayış, 71.8 kv.m yardımçı, 139.6 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibi (həyətyanı tikili və qurğular) Liter B:1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibi (həyətyanı tikili və qurğular) Liter B:1 mərtəbəli 166.4 kv.m tövlə, Liter C: 1 mərtəbəli 232.2 kv.m tövlə, Liter Ç:1 mərtəbəli 73 kv.m təs-damı, cəmi 471.6 kv.m sahəsinə yönəldilsin, fərdi yaşayış evi və mənzil açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsinə yönədilməlidir. İpoteka qoyulmuş, fərdi yaşayış evinə və məzilə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər çıxarılmaqla fərdi yaşayış evi və mənzil boşaldılmalıdır. Müqavilənin qüvvədə olma müddəti bitdiyindən iddia tələbinin müqaviləyə xitam verilməsi hissəsi üzrə iddia tələbinin obyekti mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi təmin edildiyindən, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

q ə t e t d i:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 18919 (on səkkiz min doqquz yüz on doqquz) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Borc tələbi likvid dəyəri 40 000 manat olan X13 tam mülkiyyətində olan ünvan 4 ünvanında olan binanın 2-ci mərtəbəsində olan, 32.6 kv.m yaşayış, 19.1 kv.m yardımçı, 51.7 kv.m ümumi sahədən ibarət 2 otaqlı, 3 nömrəli mənzil və likvid dəyəri 66 min manat olan ünvan 2i ünvanında Cavabdeh2 mülkiyyətində olan 0.45 ha torpaq sahəsində yerləşən 67.8 kv.m yaşayış, 71.8 kv.m yardımçı, 139.6 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibi (həyətyanı tikili və qurğular) Liter B:1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibi (həyətyanı tikili və qurğular) Liter B:1 mərtəbəli 166.4 kv.m tövlə, Liter C: 1 mərtəbəli 232.2 kv.m tövlə, Liter Ç:1 mərtəbəli 73 kv.m təs-damı, cəmi 471.6 kv.m sahəsinə yönəldilsin, fərdi yaşayış evi və mənzil açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsinə yönəldilsin. İpoteka qoyulmuş, fərdi yaşayış evinə və məzilə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər çıxarılmaqla fərdi yaşayış evi və mənzil boşaldılsın. İş üzrə 500 (beş yüz) manat ekspertiza xərcinin 250 (iki yüz əlli) manatı iddiaçı "xxxx" Bank Olmayan Kredit X22 Cəmiyyətindən, 250 (iki yüz əlli) manat isə Cavabdeh1 tutularaq “AB Consulting“ MMC, VÖEN: ********** „Azərbaycan Beynəlxalq Bankı“ ASC Abşeron filalı, VÖEN: **********, M/h: AZ03NABZ********************, Kod: 805539, S.W.İ.F.T BİC: İBAZAZ2X, H/h: AZ51İBAZ******************** saylı hesaba ödənilsin. İş üzrə 45 (qırx beş) manat ekspertiza xərci Cavabdeh1 tutlaraq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər.

Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar