Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-33/2024 16.01.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 1586 manat əsas borc, 59,56 manat faiz borcu, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 270,68 manat faiz borcu olmaqla, cəmi 1916,24 manat məbləğində pulun, 31 manat dövlət rüsumunun, 31 manat daşınmaz əmlakın dövlət reyestrinə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydiyyata alınması üçün ödənilən rüsumun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan girovqoyan Cavabdeh məxsus olan Gədəbəy rayonu, Miskinli kəndində yerləşən fərdi yaşayış evi, həmin evin yerləşdiyi 0,38 ha torpaq sahəsinə yönəldilərək, hərrac yolu ilə satılması, fərdi yaşayış evi və torpaq sahəsi satıldıqdan və mülkiyyətçi dəyişdikdən sonra əmlakın bir ay ərzində boşaldılması tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə ərizə verərək, Cavabdeh vəfat etdiyindən onun vərəsələri olan övladı X3 və arvadı X1 cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(042)-4/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)- 1455/2023 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(042)-4/2023 saylı qətnaməsi ləğv edilmiş və iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(115)-1132/2023 saylı qərardadı ilə ərizə baxılmamış saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə iddia qaldırılmamışdan əvvəl borcalan Cavabdeh vəfat etdiyindən, iddiaçı Fond ilk növbədə həmin şəxsin vərəsələrini müəyyən edərək borclunun vərəsələri ilə mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində qaydaya əməl etməli və sonra vərəsələrə qarşı iddia ilə məhkəməyə müraciət etməli idi. İddiaçı Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(115)- 1132/2023 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(115)-1132/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işin materialları ilə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(104)-229/2023 saylı qərardadı ilə şikayət qismən təmin edilərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(115)-1132/2023 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş, iş iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kollegiyanın belə qənaətə gəlmişdir ki, borclu Cavabdeh xx.xx.2013-cü ildə ölmüş, iddiaçı isə hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2019-cu il tarixdə, yəni borclunun ölümündən 5 ildən çox vaxt keçdikdən sonra müraciət etmiş, işə baxmış birinci instansiya məhkəməsi isə həmin halları nəzərə almamış, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina etməli olduğu halda və ya da iddia ərizəsini icraata qəbul etmişsə, işin məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verməli olduğu halda iddia ərizəsini icraata qəbul edərək işə mahiyyəti üzrə baxmışdır. İş materiallarından göründüyü kimi iddiaçı hazırkı iddia ərizəsi ilə Cavabdeh qarşı müraciət etmiş, Cavabdeh isə iddiaçı həmin iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən 5 il 8 ay əvvəl ölmüşdür, yəni iddiaçı hazırkı iddianı ölmüş şəxsə qarşı qaldırmışdır. Bu isə yaranmış borc barədə borclunu xəbərdar etməni, habelə tələbin ipoteka predmetinə yönəldilməsi ilə bağlı ipoteka qoyana bildiriş göndərilməsini istisna edir. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 izahat verərək bildirdi ki, faktiki olaraq Cavabdeh vəfat etmişdir, lakin onun övladları sağdır və ölən şəxsin əmlakında faktiki olaraq yaşayırlar. Qeyd edilənləri təsdiq edən arayış əldə edilmişdir. Cavabdeh övladlarının vərəsə kimi işə cəlb edilməsini və borcun onlardan tutulmasını istəyirlər. Məhkəmə iddia ərizəsi və işdə olan sənədlərə hüquqi qiymət verərək belə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı ASC-nin Şəmkir filialı ilə Cavabdeh arasında bağlanmış 11 iyul 2013-cü il tarixli 029 saylı kredit müqaviləsindən görünür ki, ona heyvandarlığın inkişafı məqsədilə illik faiz dərəcəsi 6% olmaqla 36 ay müddətinə 18 aylıq güzəştlə 10000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2013-cü il tarixli 029i saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh məxsus Gədəbəy rayonu, Miskinli kəndində yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0.38 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. İpoteka qoyulmuş əmlak 15000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Gədəbəy rayonu, Miskinli kəndində yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0.38 ha torpaq sahəsinə Cavabdeh mülkiyyət hüququ qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Cavabdeh mülkiyyətində olan Gədəbəy rayonu, Miskinli kəndində yerləşən fərdi yaşayış evi 0.38 ha torpaq sahəsi ilə birlikdə xx.xx.2013-cü il tarixindən xx.xx.2016-cı il tarixinədək (36 ay müddətinə) xx.xx.2013cü il tarixli K/M№029 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-nin Şəmkir filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə olunmuş bildiriş məktubundan görünür ki, məktubda iddiaçı Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan 0.38 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq ediləcəyi qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli **********467 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixli 029 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə banka olan borcu 1586 manat əsas, 59,56 manat faiz, kredit müqaviləsi bitəndən sonra hesablanmış faiz borcu 270,68 manat olmaqla, cəmi 1916,24 manat təşkil edir. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli **********254 saylı və xx.xx.2019-cu il tarixli **********17 saylı xəbərdarlıq məktublarının surətlərindən görünür ki, məktublarda borclu Cavabdeh yaranmış borc ilə bağlı məlumat verilməsi, məsuliyyəti barədə xəbərdarlıq edilməsi qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş ölüm haqqında AZ-İ № 847050 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixdə Gədəbəy rayonu Miskinli kəndində ölmüşdür. İş materiallarına əlavə olunmuş vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, Cavabdeh vergi orqanında qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.9-cu maddəsinə əsasən məhkəməyə müraciət etmiş maraqlı şəxs mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qoyulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilmişsə iş üzrə icraata xitam verilir. Məhkəmə qeyd edir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə Cavabdeh qarşı müraciət etmiş, Cavabdeh isə iddiaçı həmin iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən 5 il 8 ay əvvəl ölmüşdür, yəni iddiaçı hazırkı iddianı ölmüş şəxsə qarşı qaldırmışdır. Bu isə yaranmış borc barədə borclunu xəbərdar etməni, habelə tələbin ipoteka predmetinə yönəldilməsi ilə bağlı ipoteka qoyana bildiriş göndərilməsini istisna edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.9, 262, 266-268-ci maddələrinin tələblərinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №2-2(115)-33/2024
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-33/2024
16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver