Məhkəmə qərarları › İş №2-2(115)-336/2022

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-336/2022

06.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-336/2022 06.10.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəlməsi tələbinə dair ərizəsinə məhkəmənin inzibаti binаsındа аçıq məhkəmə iclаsındа bаxаrаq, m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə Göygöl rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 10 788,32 manat əsas borc, 631,91 manat faiz borcu, 697,97 manat cərimə borcu, Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanan 841,49 manat faiz borcu, ümumilikdə, 12 959,69 manat məbləğində kredit borcu və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 31 manatın, 31 manat ipoteka qoyulmuş əmlakın qeydiyyatı ilə bağlı bildirişə görə ödənilmiş rüsumun tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi, ipoteka qoyulmuş xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan Göygöl rayonu, Toğana kəndində yerləşən fərdi yaşayış evinə 0,10 ha torpaq sahəsi ilə birlikdə yönəldilərək hərrac yolu ilə satılması, həmin ev satıldıqdan və mülkiyyətçisi dəyişdikdən sonra əmlakın bir ay ərzində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göygöl rayon Məhkəməsinin 2(066)-07/2021 saylı, 13 yanvar 2022-ci il tarixli qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş aiddiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 xx.xx.2022-ci il tarixində elektron qaydada məhkəməyə ərizə göndərərək, borcluya verilən kredit Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının tətbiqi dairəsinə aid olduğundan, cavabdeh ilə bank arasında əldə olunan razılaşmadan sonra yeni müqavilə bağlanmışdır. Odur ki, ərizənin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh tərəf məhkəməyə ərizə göndərərək işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Məhkəmə iddiaçının ərizəsinin və ona əlavə edilən sənədlərin geri qaytarılması barədə ərizəsinə hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinin tələblərinə əsasən isə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260, 266-268-ci maddələrinin tələblərinə əsasən məhkəmə q ə r a r a a l d ı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəlməsi tələbi barədə ərizəsi baxılmamış saxlanılsın. İş üzrə 400 (dörd yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq “AB Consulting“ MMC, VÖEN: **********„ Amrahbank“ ASC Əməliyyat filalı, VÖEN: **********, M/h: AZ89NABZ********************4, Kod: 503314, S.W.İ.F.T BİC: AMRAAZ22, H/h: AZ40AMRA******************** saylı hesaba ödənilsin. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar