Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-337/2021 31.05.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı X3 nümayəndəsi X1 və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iqtisadi işə məhkəmənin binasında, məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı X6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək 6057,70 manat borcun və 30 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 “Günəbaxan tumları və suxarik” istehsalat fabrikinə 10 dekabr 2014-cü il tarixində X7 gətirib.Onun Gədəbəy rayonunada anadan olduğunu və hal-hazırda yaşadığı, işlədiyini və Gədəbəy rayonunda kafe işlətdiyini söyləyib. Həmçinin xüsusi Fort maşını olduğunu və bu Fortla Gədəbəy rayonunda və onun kəndlərində müxtəlif ərzaq malları satdığını deyib. Eyni zamanda, X7 fabrikin satış müdiri idi. “Əla tum” günəbaxan tumlarının Azərbaycanın bütün rayonlarında satışını və reklamını təşkil edirmiş. Həmdə rayonlarda bu işlə məşğul olan kadrlarıda təyin edirmiş. Ona görədə Cavabdeh1 fabrikə Məmmədov Elşən gətirib. Cavabdeh1 öz yaşadığı rayonda “Əla tum ’ günəbaxan tumların satışını təşkil edə biləcəyini və bu işdə təcürbəsi olduğunu qeyd edib. Beləliklə, 10 dekabr 2014 -cü il tarixdən özü satmaq məqsədi ilə 100 qutu (40qr-50 və l00qr-50) “Əla tum” günəbaxan tumlarını fabrikdən götürüb. 11 yanvar 2015-ci il tarixində Cavabdeh1 Cavabdeh2 oğlunu fabrikə gətirib. Raminin onun qohumu olduğunu həm də dostu olduğunu və birlikdə işlədiklərini deyib. Birlikdə Onlar “Əla tum ” günəbaxan tumlarının reklamını və satışını Gədəbəy royununda təşkili onlar üçün çətin olmadığını deyib. Beləliklə, Cavabdeh2 və Cavabdeh1 fabrikdə istehsal olunan malları Gədəbəy rayonunda satmağa başlayıblar. 10 dekabr 2014-ci il tarixindən 21 avqust 2015ci il tarixinə kimi fabrikdən 1849 (40qr-1008, lOOqr-841) qutu məbləği -16606 (on min altı yüz altı) manat olmaqla “Əla tum” günəbaxan tumlarını Gədəbəy rayonunda satmaq məqsədi ilə götürdülər. Bundan 10274.80(on min iki yüz yetmiş dörd manat səksən qəpik) fabrikə pul ödəyiblər.6331.20 (altı min üç yüz otuz bir manat iyirmi qəpik) borcu qalıb. Müəyyən endirimlər və sonradan 200 manat pul ödəsələrdə hal-hazırda 6057.70 manat borcları qalıb. Gədəbəy Rayon Məhkəməsinin 18 noyabr 2016-cı il tarixli, 2(042)-1470/2016 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 6057,70 manat borcun və 30 manat dövlət rüsumunun əvəzi müştərək qaydada alınıb X4 ödənilməsi qət etilib. Gəncə Apelyasiya Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(104)-487/2021 nömrəli qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilərək, Gədəbəy rayon Məhkəməsinin 18 noyabr 2016-cı il 2(042)-1470/2016 nömrəli qətnaməsi ləğv edilərək,iş mahiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçı X3 nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etiyini bildirmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında izahat verərək iddia tələbini qəbul etmədiklərini bildirmiş və qeyd etmişlər ki, aldıqları məhsulları mağazalara paylamışlar. İddiaçı ilə aralarında olan razılaşmaya əsasən pulları iddiaçı həmin mağazalardan almalı idi. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbini iqtisadi iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: 21.08.2015-ci il tarixli faktura sənədindən göründüyü kimi malların satışı üzrə müştərinin 6357.7 manat qalıq borcu vardır. Həmin sənəd müştəri tərəfindən imzalanmışdır. Cavabdeh2 oğlu məhkəmə iclasında imzanın ona məxsus olmasını bildirmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, X6 мэ Cavabdeh2 oğlu fərdi sahibkar statusuna malik şəxsdirlər. Mübahisə malların alqı-satqısından yaranmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlu birlikdə fəaliyyət göstərməklə iddiaçıdan müxtəlif vaxtlarda nisyə olaraq 1849 qutu “Əla tum” günəbaxan tumları və 90 qutu suxarik almışlar.Cavabdehlər nisyə aldıqları malın dəyərinin bir hissəsini ödəmişlər və iddiaçıya qalan borcları 6057.70 manat təşkil etmişdir.Cavabdehlər tərəfindən geridə qalan borc məbləği indiyədək ödənilməmişdir.Həmçinin öhdəliyin üçüncü şəxslər tərəfindən icra olunması barədə hər hansı bir razılaşmanın olması təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlundan 6057,70 manat və 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq X4 ödənilməlidir. Həmin Məcəllənin 216.1-ci maddəsinə əsasən işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241-238, 244, 253.3 və 360-cı maddələrinə əsasən qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 6057,70 (altı min əlli yeddi manat yetmiş qəpik) manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu müştərək qaydada alınaraq X4 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2-2(115)-337/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-337/2021
31.05.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver