Məhkəmə qərarları › İş №2-2(115)-354/2020

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-354/2020

22.09.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-354/2020 22.09.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iqtisadi işə məhkəmənin binasında, məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 4320 manat borcun və 30 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(043)-751/2020 saylı qərardadı ilə mülki iş baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanan 2019-cu il 31 oktyabr tarixli borcun etirafı haqqında müqaviləyə əsasən Cavabdeh İddiaçı 4320 manat borcunun olduğunu etiraf etmiş, həmin borcun xx xxxxxx 2019-cu il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Lakin borcun qaytarılması üçün razılaşdırılmış müddətdən keçsə də öhdəlik icra edilməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsi gəlməmiş və səbəbləri barədə məhkəmyə heç bir məlumat verməmişdir. İddiaçı tərəf məhkəməyə teleqram göndərərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddia tələbini iqtisadi iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: Borcun etirafı haqqında xx xxxxxxx 2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh 4320 manat borcu olduğunu etiraf etmiş, borcu xx.xx.2019-cu il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış xx xxxxxxx 2019-cu il tarixli borcun etirafı haqqında müqavilə notarial qaydada təsdiq edilməmişdir. Bundan başqa orada borcluya aid kimi göstərilən iki fərqli imza vardır. Bunlar onun sübut kimi dəyərini azldır. Borcun olmasını təsdiq edən başqa sübut məhkəməyə təqdim edilməmişdir. Mülki Məcəllənin 882-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Göründüyü kimi forma və məzmuna əməl edilmədən bağlanan və mübahisə doğura bilən borc etirafı müqaviləsi hüquqi qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241-242, 244, 253.3 və 360-cı maddələrinə əsasən qət etdi: İddiaçı Cavabdeh qarşı cavabdehdən 4320 (dörd min üç yüz iyirmi) manat borcun və 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar