Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-367/2022 04.02.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Məmmədov Rəşad Seylan oğlu, İddiaçı BOKT ASC-nin cavabdehlər X4, X9, X5, X10 və X6 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iş materiallarını nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 İddiaçı BOKT ASC-nin xeyrinə 2011-ci il 07 dekabr tarixli 728B nömrəli kredit müqaviləsi üzrə 885 manat 21 qəpik əsas, 1432 manat 97 qəpik hesablanmış faiz, 230 manat 15 qəpik dəbbə pulu, cəmi 2548 manat 33 qəpik; 24.04.2014-cü il tarixli 304-14B-PK nömrəli kredit müqaviləsi üzrə 5 998 manat 09 qəpik əsas, 10 357 manat 54 qəpik faiz, cəmi 16 355 manat 63 qəpik ; 04.05.2015-ci il tarixli 033-15B nömrəli kredit müqaviləsi üzrə 3 952 ABŞ dolları 87 sent əsas, 4 174 ABŞ dolları 23 sent faiz, 1 027 ABŞ dolları 75 sent dəbbə pulu olmaqla, cəmi 9 154 ABŞ dolları 85 sent , hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi 500 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulmasını, X1 İddiaçı BOKT ASC-nin xeyrinə 2015-ci il 02 oktyabr tarixli 091-15B-01 nömrəlli kredit müqaviləsi üzrə 11419 manat 24 qəpik əsas, 9 692 manat 18 qəpik hesablanmış faiz, 2 877 manat 65 qəpik dəbbə pulu, cəmi 23 989 manat 07 qəpik borcu olduğunu, X7 İddiaçı BOKT ASC-nin xeyrinə 2015-ci il 02 oktyabr tarixli 091-15B-02 nömrəli kredit müqaviləsi üzrə 11431 manat 46 qəpik əsas, 9 707 manat 23 qəpik hesablanmış faiz, 2 880 manat 73 qəpik dəbbə pulu, cəmi 24 019 manat 42 qəpik borcu olduğunu, X2 İddiaçı BOKT ASC-nin xeyrinə 2015-ci il 02 oktyabr tarixli 091-15B-03 nömrəli kredit müqaviləsi üzrə 13 598 manat 89 qəpik əsas, 11 436 manat hesablanmış faiz, 3 426 manat 92 qəpik dəbbə pulu, cəmi 28 461 manat 81 qəpik borcu olduğunu, X8 İddiaçı BOKT ASC-nin xeyrinə 2015-ci il 02 oktyabr tarixli 091-15B-04 nömrəli kredit müqaviləsi üzrə 11 431 manat 46 qəpik əsas, 9 707 manat 23 qəpik hesablanmış faiz, 2 880 manat 73 qəpik dəbbə pulu, cəmi 24 019 manat 42 qəpik borcu olduğunu, X3 İddiaçı BOKT ASC-nin xeyrinə 2015-ci il 02 oktyabr tarixli 091-15B-03 nömrəli kredit müqaviləsi üzrə 11 431 manat 46 qəpik əsas, 9 707 manat 23 qəpik hesablanmış faiz, 2 880 manat 73 qəpik dəbbə pulu, cəmi 24 019 manat 42 qəpik borcu olduğunu, İpoteka predmeti 100 000 manat qiymətləndirilməsini və borcun əvəzi bu qiymətlə Cavabdeh2 mülkiyyətindəki Bərdə şəhəri Nizami küçəsi 0.02616 ha torpaq sahəsi, torpaq sahəsində yerləşən 1 girişli, 453.8 kv.m ümumi, 453.8 kv.m əsas sahədən ibarət 2 mərtəbəli, Qeyri yaşayış binası (mağaza) tam olaraq açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsini, Cavabdeh2 mülkiyyətindəki Bərdə şəhəri Nizami küçəsi 0.02616 ha torpaq sahəsi, torpaq sahəsində yerləşən 1 girişli, 453.8 kv.m ümumi, 453.8 kv.m əsas sahədən ibarət 2 mərtəbəli, Qeyri yaşayış binasının (mağazanın) tam olaraq boşaldılmasını , əgər hərracdan əldə olunan məbləğ borc öhdəlini tam ödəmədikdə yerdə qalan məbləğ cavabdehdən ümumi qayda da tutulmasını öz ərizəsində qeyd etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-2857/2021 saylı 16 noyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4, X9, X5, X10, X6 qarşı kredit borcunun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə cavabdehlər X4, X9, X5, X10, X6 münasibətdə icraat ayrılaraq aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmə tərəfindən icraata götürülərək baxıla bilməz və ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən isə, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Bu halda, Bərdə Rayon Məhkəməsinin 2(021)-2857/2021 saylı 16 noyabr 2021-ci il tarixli qərardadı ilə cavabdehlər X4, X9, X5, X10, X6 münasibətdə ayrılmış icraat üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmiş işdə iddiaçı öz ərizəsində qeyd olunan cavabdehlərin soyadı, adı, atasının adını, şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatları, yaşayış yeri və ya olduğu yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvanı, o cümlədən mobil telefon nömrələrini, elektron poçt ünvanını göstərməmişdir. Həmçinin cavabdehlərə qarşı yönəldilən iddianın predmeti və qiyməti, iddiaçının tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı aşkar deyildir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Ərizəyə əlavə olunmuş sənədlərdən göründüyü kimi, iddiaçı cavabdehlər tərəfindən iddia ərizəsinin alınması barədə sənədi iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə müvafiq olaraq iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən hesab edirəm ki, İddiaçıBOKT ASC-nin cavabdehlər X4, X9, X5, X10, X6 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı BOKT ASC-nin cavabdehlər X4, X9, X5, X10, X6 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2-2(115)-367/2022
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-367/2022
04.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver