Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-389/2021 01.07.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X2 iştirakları ilə İddiaçılar İddiaçı1,İddiaçı2 cavabdehlər “xxxx” ASC-yə və “xxxx” ASC-nin Şəmkir rayon Elektrik Şəbəkəsinə qarşı borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1,İddiaçı2 iddia ərizəsi ilə Şəmkir rayon Məhkəməsinə müraciət edərək cavabdehlər “xxxx” Açıq Səhmdar Cəmiyyəti və “xxxx” ASC-nin Şəmkir rayon Elektrik Şəbəkəsinə qarşı “xxxx” ASC-nin 05 oktyabr 2020-ci il tarixli, 035024 nömrəli aktına əsasən iddiaçı barədə hesablanmış 597,40 manat borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən 05.10.2020-ci il tarixdə evdə heç kəsin olmadığı zaman yoxlama aparılaraq, guya, ona məxsus sayğacdan kənar xəttin mövcud olmasını aşkarlanaraq qanunsuz akt tərtib etmişlər. Bundan sonra həmin akt əsasında cavabdeh təşkilatın əməkdaşları tərəfindən xəyali hesablama aparmaqla 597.40 manat məbləğində borc hesablanmışdır.Bir istehlakçı kimi sərf etdiyi elektrik enerjisinin məbləğini tam olaraq vaxtlı-vaxtında ödədiyini bildirmişdir.Ona məxsus Məhəmmədqulu firması ay ərzində dörd gün işləyir.Əriziyə əlavə edilən ödəniş cədvəlində görünür ki, o ay ərzində nə qədər elektrik enerjisi sərf edib və nə qədər ödəniş edib.Cavabdeh idarənin əməkdaşları akt tərtib edərkən Məhəmmədqulu firması işçilərindən heç kimi dəvət etməmişlər. Halbuki onun yaşadığı evlə sayğac arasında 30 metr məsafə var. Belə olan halda sual yaranır ki evdə heç kəs olmasa belə, nə üçün qonşuluqda yaşayan şəxslərdən heç kəs aktda qeyd olunanların doğruluğu barədə imza etməsi üçün həmin yerə dəvət edilməmişdir.Halbuki sahə nəzarətçisi X3 burada iştirak edib, lakin onu adı aktda qeyd olunmayıb. Bu da onu göstərir ki, cavabdeh idarənin əməkdaşlarının aktda göstərdikləri tam əsassızdır və tərtib edilmiş akt qanunsuzdur. Əgər o sayğacdan kənar uzun müddət elektrik enerjisi sərf etsəydim bu barədə ay ərzində bir dəfə sayğacın üzərini yazan nəzarətçi tərəfindən məlumat olardı.“xxxx“ ASC-nin əməkdaşlarından həmin borcun qanunsuz olaraq yazıldığını bildirərək borcun silinməsini tələb etmişəm, lakin tələbimin heç bir nəticəsi olmamışdır. Ona görə də hazır ki iddia ilə məhkəməyə müraciət edərək “xxxx” ASC-nin 05 oktyabr 2020-ci il tarixli, 035024 nömrəli aktının etibarsız hesab edilib qanunsuz hesablanmış 597,40 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İddiaçı2 məhkəmə iclasında izahat verərək bildirdi ki, həmin obyektə aid borcların onun adına yazılması əsassızdır. Onun həmin obyektlə heç bir bağlılığı yoxdur. İddiaçı İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, ona məxsus obyektə yazılan 597 manat borc tamamilə əsassızdır. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək iddia tələbini qəbul etmədiyini, yoxlama zamanı aşkar edilən qüsur ilə əlaqədar borc hesablandığını bildirmişdir. Məhkəmə işin hallarını, iddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: 05 oktyabr 2020-ci il tarixli, 035024 nömrəli aktın surətindən görünür ki, İddiaçı2 məxsus obyektdə olan sayğaca baxış keçirən zaman qüsur kimi kənar xəttdən istifadə edildiyi qeyd olunmuşdur. Həmin akt əsasında verilmiş 05 oktyabr 2020-ci il tarixli texniki sahə üzrə tələblərə dair icra vərəqəsinin qərar hissəsindən görünür ki, sərfiyyat olaraq (1.5 kvt x 12 saat x 365 gün)= 6570 kvts qeyd edilmiş və tarif 0.09 manat olmaqla 591,30 manat borc hesablanmışdır. **********61015 abunə nömrəli abunə haqqında saldodan göründüyü kimi İddiaçı2 tərəfindən aylar üzrə sərfiyyata uyğun olaraq ödənişlər edilmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı tələb üzrə iddiaçılar cavabdehin 05 oktyabr 2020-ci il tarixli yoxlama aktından yaranan borcu mübahisələndirir. Həmin aktın Şəmkir rayonu Təzəkənd kəndində yerləşən sahibkarlıq subyekti olan kiçik bazar barəsində tərtib olunduğu göstərilmişdir. Həmin bazar “Məhəmmədqulu” firmasına məxsus olmaqla İddiaçı1 tərəfindən idarə olunur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununun 4.2.1-ci maddəsinə əsasən qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq yoxlamaların məqsəd və prinsipləridir. Həmin Qanunun 3.2-ci maddəsində göstərilmişdir ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Cavabdeh tərəfindən yoxlama həyata keçirilən zaman qanunvericiliyin bu prinsiplərinə əməl edilməmişdir. Mübahisənin qanuni həlli üçün ən mühüm məsələlərdən biri də odur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı 02.02.2005-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «X1 Qaydalarının» 8.34-cü maddəsinə əsasən, enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər. Məhkəmə onu da qeyd edir ki, pozuntu əsası ilə hesablanmış borc məbləği İddiaçı2 adına yazılmışdır. Lakin, tərəflərin izahatlarından göründüyü kimi, obyekt başqa şəxsə məxsusdur. Borc məbləğləri X1 edən şəxsə yönəlməli olduğu halda, ondan istifadə etməyən şəxsin adına yazılmışdır. Bundan başqa enerjitəchizatı müəssisəsi ilə nə İddiaçı1 ilə, nə də ki İddiaçı2 arasında müqavilə bağlanmamışdır. X1yə dair qarşılıqlı münasibətlər müqavilə ilə tənzimlənməmişdir. Qeyd olunanlardan əlavə “xxxx” ASC-nin əməkdaşları 05 oktyabr 2020-ci il tarixli, 035024 nömrəli aktı tərtib edərkən istehlakçının iştirakını təmin etməli olduqları halda etməmişlər. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh orqanının 05.10.2020-ci il tarixdə həyata keçirdiyi hərəkətlər mövcud qaydalara, norma və prinsiplərə zidd olaraq aparıldığından onun nəticələri qanuni sayılmır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, iddiaçı tərəfindən iddia edilən 597,40 manat məbləğində borcun “xxxx” ASC tərəfindən 05 oktyabr 2020-ci il tarixli 035024 nömrəli akta əsasən hesablanmış 591 manat hissəsi abonentin hesabından silinməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 36.9-cu maddəsinə əsasən, istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “xxxx” ASC-nin əməkdaşları tərəfindən akt əsasında hesablanmış 591 (beş yüz doxsan bir) manat borc İddiaçı2 abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2-2(115)-389/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-389/2021
01.07.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver