Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-429/2020 24.09.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçıNümayəndə cavabdeh X4 qarşı pul tələbinədairiddiaərizəsiiləməhkəməyəmüraciətedərək, cavabdehdən Gəncə şəhərində ona məxsus olan texnika ilə təzə bazar və filarmoniyada gördüyü işin haqqı kimi 33.600 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Nümayəndə iddia ərizəsini onunla əsaslandırılmışdır ki, ona məxsus olan traktor, kran, avtokar, vişka, yükləyici və səbəti olan maşının Gəncə şəhərində Təzə bazarın və filarmoniyanın tikilişində istifadə edilmişdir. Onun maşınlarının istifadəsi ilə bağlı görülən işlərin pulu cavabdeh Gəncə şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma şöbəsinin işçisi kimi cavabdeh tərəfindən ödənilməli idi. Cavabdeh hər gün də olmasa, hərdən maşınlara yanacaq tökmək üçün 100-130 manat pul vermişdir. O, görəcəkləri işin pulunu ümumi hesablaşmada verəcəyini bildirmişdir. Ona məxsus texnikanın gördüyü işin həcmi gündəlik 450-500 manat həcmindədir. Cavabdeh bu günə kimi gördükləri işin pulunu ödəməmişdir. Cavabdeh hal-hazırda məlum Memarlıq və Şəhərsalma Söbəsindən çıxarılmışdır. Ona görə də, cavabdehdən gördüyü işin pulunu məhkəmə qaydasında tələb etmək məcburiyətindədir. Daha sonra iddiaçı Nümayəndə ərizələrinə əsasən cavabdeh X8 əsl Cavabdeh MMC ilə əvəz edilmişdir. Daha sonra iddiaçı Nümayəndə məhkəməyə ərizə verərək, cavabdehdən cəmi 65420 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-2(043)- 993/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh MMC-dən 65420 manat pulun alınaraq Nümayəndə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh MMC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(104)- 3745/2019 saylı qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(043)-993/2019 saylı qətnaməsi tamamilə ləğv edilmiş və işin aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(104)-3745/2019 saylı qərardadından iddiaçı Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020ci il tarixli qərarı ilə təmin edilməyərək, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra iddiaçı Nümayəndə əsl İddiaçı ilə əvəz edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin arıtırlması barədə ərizə təqdim edərək, cavabdehdən keçən müddət ərzində əldən çıxan fayda kimi iddia tələbindan əlavə olaraq 40000 manat pul alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, o, dəfələrlə şəhərin tikinti işlərində iştirak etmişdir. Baş memar Əli müəllim ona zəng vurmuşdur ki, bazar tikilməlidir və onu bu tikintiyə dəvət etmişdir. Əli müəllim onlara yanacağın pulunu vermişdir. X10 şəhərinə səfərindən sonra Əli müəllim onu çağırmışdır ki, borcu birtəhər verəcəkdir. Daha sonra Ramin müəllim ona zəng vurub demişdir ki, texnikaları işləməyə gətirsin. Həmin günün axşamı Ramin müəllimlə görüşmüşlər və Ramin Abbasov ona demişdir ki, pulu çatacaqdır. Mart ayından etibarən borc yığılaraq qalmışdır. Ramin və Əli müəllim onu öz qapılarında işlətməmişlər. Gördüyü işin nəticəsində Cavabdeh MMC faydalandığından, pulun ödənilməsini bazar rəhbərliyindən tələb etmişdir. Bazar rəhbərinin yanına getmiş, o isə bu işlərə Əli və Ramin müəllimin cavabdeh olduqlarını bildirmişdir. Bazırın tikilməsində texnikaları və tikinti materialları istifadə edilsə də, ona ödənilməli olan pul bu günə kimi ödənilməmiş qalmışdır. Dəfələrlə 2018-ci ilin avqust ayından Vahid müəllimə müraciət etmişdir. O isə ona gözlə demişdir. Vahid müəllim özü də borcu etiraf etmişdir. Onun gördüyü işlərlə bağlı heç bir sənədləşmə aparılmışdır. Belə ki, ümumiyyətlə bazarın tikintisində iştirak edən heç bir şəxslə görülmüş işlərə dair sənədləşmə aparılmamış və heç bir müqavilə bağlanmamışdır. Ona sadəcə olaraq Gəncə şəhərinin sabiq rəhbəri Elmar Vəliyev demişdir ki, işçiləri ona müraciət edəndə onlara köməklik etsin və pulunu alsın. Gördüyü işləri Ramin və Əli Rüstəmli ilə razılaşmışdır. O, əvvəlcə Əli və Ramini cavabdeh qismində qoymuşdur, daha sonra isə Cavabdeh MMC-ni cavabdeh kimi cəlb etmişdir. Cavabdeh MMC ilə şifahi razılaşma olmamış, razılaşma Elmar Vəliyevlə olmuşdur. Bazarın sahibi Elmar Vəliyev olmuş, ona görə də işləmişlər. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı tərəfə tapşırığı birbaşa Ramin və Əli müəllim vermişdir. Kim bu işlərin görülməsini ona tapşırmışdırsa, işlərin haqqı da həmin şəxslərdən tələb edilməlidir. Cavabdeh MMC ilə iddiaçı arasında hər hansı bir müqavilə yoxdur. Bundan başqa, cavabdeh iddiaçıya heç bir iş tapşırmamış, ondan iş qəbul etməmiş, ona işin dəyərini ödəməmişdir. Cavabdeh MMC cəmiyyətin öz hesabına tikilmişdir. Bazarın tikilməsində iddiaçının heç bir iştirakı olmamış və onunla müqavilə bağlanmamışdır. Ona görə də, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində bildirdi ki, şəhər bazarının tikilməsinə nəzarət etmişdir. 2014-cü ildən bazar tikiləndən Nümayəndə texnikaları orada işləmişdir. Nümayəndə 32-33 min manat pul verilməli imiş, lakin sonra yaranmış vəziyyətlə əlaqədar pul ödənilməmişdir. Axırıncı dəfə Xəzərlə uçot aparmışdır. Pulu bazardan almışdır. Bazarda olan adamlardan pulu almış və bazarın adından vermişdir. Ona sadəcə olaraq deyilmişdir ki, Əli Rüstəmlinin vaxtı yoxdur deyə, o bu işlərlə məşğul olsun. O işlədiyi adamlara olan borcu yazmış, Ceyhun və Vüsala vermişdir. Ona pul verilən zaman elə olmuşdur ki, pulu verməmiş bu məbləğ 1200 manat olmuş, qalan məbləğ tam verilmişdir. Xəzər ona zəng etdikcə o da onlara zəng etmiş, onlar da bu gün sabah deyib yola vermişlər. Əli Rüstəmlidən nə qədər borc qadığını bilmir. O, 2014-cü ildən 2018-ci ilin iyun-iyul aylarına kimi Nümayəndə texnikalarını bazarda görmüşdür. Bazarda işlər görülən zaman başqa texnikalar işə cəlb edilmişdir. O, 2017-ci il avqust ayının 1-dən, 2018-ci il oktyabr ayına qədər Gəncə şəhər İcra Hakimiyyətində müfəttiş işləmişdir. Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin şifahi göstərişi əsasında Nümayəndə texnikaları bazarın tikintisində işləmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirdi ki, bazar tikilən zaman bazarın layihəsini o hazırlamış, iş icraçısı olmuş, lakin qeyri-rəsmi işləmişdir. Elmar Vəliyev ona tapşırıqlar vermiş, o da işləmişdir. Xəzər müəllimin də kran, avtokar və s. texnikaları burada işləmişdir. Xəzərin texnikalarından başqa əlavə çatışmayan texnika olduqda dəvət etmişlər. Bazarın tikintisi başlayandan qurtarana qədər Xəzərin texnikaları həmin bazarda işləmişdir. Heç bir işçinin müqaviləsi olmamışdır. Daimi olaraq 5 texnika işləmişdir, digər texnikalar da lazım olduqca gətirilmişdir. 2013-cü ilin yanvar ayından iki il bundan əvvələ kimi texnikalar bazarda işləmişdir. Layihəni o hazırlamışdır, ancaq imza edən Lətif müəllim olmuşdur. Bazarın ərazisi 20 ha təşkil edir. Əli Rüstəmli və Ramin Abbasov ona işləri görməyi tapşırmışlar. Bazarın direktoru İsmayıl müəllim ona görülən işlərə nəzarət etməklə bağlı tapşırıqlar vermişdir. İsmayıl müəllim ona pul verməmiş, onun pulunu Elmar Vəliyev vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində bildirdi ki, 2016-cı ilin axırından bazarda işləmişdir. Xəzər müəllim onu bazara işləməyə göndərmişdir. 2018-ci ilin mart ayına kimi kranı idarə etmişdir. Pulu Rövşəndən almışdır. Xəzər müəllim onlara yanacaq pulu vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində bildirdi ki, o sürücü işləmişdir. Xəzər müəllim iş olduqca onu çağırmışdır.Yük maşını ilə armaturları daşımışdır. Əvəlllər pulu bazardan almış, daha sonra Xəzər müəllim pulu vermişdir. Bəli, Xəzərin texnikaları bazarda işləmişdir. Xəzərdən qabaq pulu Şahindən almışdır. Şahinin kim olduğunu bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində bildirdi ki, 2017-2018-ci illərdə bazarın dam örtüklərinin qurulmasında iştirak etmişdir. X15 işləyərkən tanımışlar. Onlara Əli müəllim tapşırıq vermiş və İsmayıl müəllim nəzarət etmişdir. Aralarında hansısa müqavilə olmamışdır. Pul məsələsini Əli və Məharət müəllimlə danışmış və pullarını tam olaraq almışdır. 1 il 8 ay orada işləmişdir. Xəzərin texnikaları onlar orada olduğu müddətdə daim işləmişdir. Lazım olduqca Xəzər boruları gətirmişdir. Onlara texnikalar lazım olduqda Qəşəm müəllim Əli Rüstəmliyə demişdir. X18 təhvil verilmişdir. Hər hansı qeydiyyat aparılmamışdır. Xəzərin texnikaları onlar orada olduğu müddətdə daim işləmişdir. Xəzər texnikanı ona və Qəşəm müəllimə təhvil vermişdir. Lazım olduqca Xəzər boruları və digər tikinti materiallarını gətirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Əliyev Rövşən Yusif oğlu ifadəsində bildirdi ki, Nümayəndə tanıyır. 2017-ci ilin yanvar ayından bazarda işləmişdir. Bazarda kran, səbət və traktor işlənmişdir. Əvvəlcə əmək haqqını Əli müəllim vermişdir. Əli müəllim pulunu gecikdirdikdə Xəzər müəllim vermişdir. Xəzər müəllim pulunu həmişə vermişdir. Təsdiq edir ki, Nümayəndə texnikaları bazarın tikilməsində istifadə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində bildirdi ki, o bazarın tikintisində işləmişdir. Bazarda müqaviləsiz işləmişdir. Xəzərin texnikaları orada işləmişdir. O əsas olaraq yük avtomobillərinin sürücülərinə göstəriş vermişdir. Maşınların harada dayanmasını göstərmişdir. Öz dəftərində qeydiyyat aparmış, sürücülərin pulunu isə Ramin müəllim vermişdir. Yük avtomobillərinin sürücülərinə pul verilmədiyinə görə iş dayanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində bildirdi ki, Xəzəri Cavabdeh MMC-dən tanıyır. 2013-2019-cu illər ərzində Cavabdeh MMC-də rəsmi direktor işləmişdir. İşçiləri iş icraçısı Şahin dəvət etmişdir. O pul ilə bağlı işlərə qarışmamışdır. Xəzər müəllimin texnikaları təxminən 3-4 il orada işləmişdir. İşləri Şahin və Əli qəbul etmişdir. O, tikinti işlərinə qarışmamışdır. Onun hansısa şirkətlə müqavilə bağlaması yadında deyil. O müştərilərə bazarda yer vermiş və yerlərin icarə müqaviləsini imzalamışdır. Texnikaları iş icraçıları Şahin və digərləri çağırmışdır. Onunla razılaşma olmamışdır. O Xəzərə pul verməmişdir. Onun mühasib, katibə və digər işçiləri olmuşdur. İşçilərə pulu Əli Rüstəmli vermişdir. İşə əlavə olunmuş üzərində “mart ayı”, “aprel ayı”, “may ayı”, “iyun ayı”, iyul ayı” “avqust ayı” yazısı qeyd edilmiş vərəqlərin surətində müxtəlif texnikalar üçün görülən işlərin qiymətləri, verilən pullar və qalan borclar qeyd edilmişdir. İşə əlavə olunmuş üzərində “Oktyabr 2017 və Noyabr 2017” yazısı qeyd edilmiş vərəqlərdə müxtəlif texnikalar üçün görülən işlərin həcmi və dəyəri qeyd edilmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı iddia tələblərinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İşin faktiki hallarından görünür ki, iddiaçı tərəf uzun müddət ərzində vergi ödəyicisi olaraq sahibkarıq fəaliyyəti ilə məşğul olsa da, bağladığı əqdləri rəsmiləşdirməyərək, heç bir sənədləşmə aparmadan, faktiki olaraq yazılı sübutlara istinad etmədən məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sübutlarla iddiaçıya məxsus texnikaların və tikinti materiallarının cavabdehin və ya onun işçilərinin tapşırığı ilə işlədildiyi, cavabdehin işçiləri tərəfindən işlərin görülməsi barədə tapşırıq verildiyi və cavabdehin işçiləri tərəfindən görülən işlərin qəbul edildiyi təsdiq olunmur. Belə olan halda, yalnız şahid ifadələrinə istinad etməklə iddianı əsaslı hesab etmək mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası təmin edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim RəşadMəmmədov
Məhkəmə qərarları › İş №2-2(115)-429/2020
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-429/2020
24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver