Məhkəmə qərarları › İş №2-2(115)-443/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-443/2021

21.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-443/2021 21.06.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Ağdam rayon Məhkəməsinə müraciət edərək cavabdehdən vurulmuş 3313 manat ziyanın və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 3343 manat pulun alınaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağdam rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(013)-488/2021 nömrəli qərardadı ilə mülki iş baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Ağdam rayonu, Şükürağalı kəndində 1,20 ha pay torpaq sahəsi vardır, həmin torpaq shaəsi əkib becərir. 202-ci ilin iyun ayında buğda yerinə qarğıdalı toxumu səpmək üçün Ağdam rayonunun Şükürağalı kəndində yerləşən toxumçuluq mağazasından Kənd Təsərrüfatı Nazirliyi X4 Mərkəzinin nümayəndəsi hazırki iş üzrə Cavabdeh 13 manat dəyərində 25 kiloqram qarğıdalı toxumu alıb dənlik qarğıdalı əkmişdir. Bütün aqrotexniki qaydalara riayət edilsə də əkdiyi qarğıdalı yararsız vəziyyətdə olmuş, toxumu aldığı mağazanın sahibi Cavabdeh satdığı toxumun yararsız olduğunu bildirmiş, ancaq heç bir nəticəsi olmamışdır. İddiaçı məhkəmə iclasında izahat verərək iddia tələbini bildirmişdir. Cavabdeh “Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq iclasda iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, tələb təmin edilməlidir. İş materiallarında olan: 09 sentyabr 2020-ci il tarixli aktdan görünür ki, Ağdam rayon DAİM-nin direktor müavini X1, Ağdam DAİM-in bitkiçilik sektorunun müdiri X2, Ağdam RİHB-nın Çəmənli İƏD üzrə nümayəndəsi X3, İddiaçı iştirakı ilə akt tərtib edilərək sonuncuya aid 1,20 ha torpaq sahəsində əkilmiş qarğadalının aqrotexniki qaydalara uyğun qulluq edilməsinə baxmayaraq qarğıdalıların normal inkişaf etməmiş, üzərində olan qıça yox dərəcəsində olmuş, toxumun yararsız vəziyyətdə olması qənaətinə gəlinmişdir. İş üzrə təqdim edilən Bərdə rayon Kooperativ Cəmiyyətinin iqtisadçı rəyində 1.20 ha torpaq sahəsindən 3300 manat dəyərində qarğıdalı məhsulu götürülməli olduğu qeyd edilmişdir, habelə 13 manat toxuma verilən pul məbləği ilə birgə 3313 manat zərər edildiyi qeyd edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflərin arasında şifahi formada razılıq əsasında toxumların alınması ilə bağlı əqd bağlanmış və alıcı qismində hazırki iş üzrə iddiaçı, satıcı qismində isə cavabdeh çıxış etmişdir. Satıcı üzərinə düşən keyfiyyətli malın istehlakçıya satılmasını həyata keçirtməmişdir. Alıcının kənd təsərrüfatı məhsullarının əkilməsi-becərilməsi sahəsində təcrübəsini, habelə toxuma aqrotexniki qaydalara uyğun qulluğu nəzərə alınaraq məhkəmə hesab edir ki, satılan toxum məhsulun keyfiyyətsizliyi özü özlüyündə ziyanla səbəbli-əlaqədədir. Odur ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf ona qarşı sürülən iddianı nə etiraf, nə də təkzib etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddia tələbinə heç bir münasibət bildirməməsi faktiki halın mübahisələndirmək istəyində olmaması kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 3313 (üç min üç yüz on üç) manat məbləğində ziyan tutularaq iddiaçı İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi təmin edildiyindən, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 3313 (üç min üç yüz on üç) manat məbləğində ziyanın və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçıunun xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar