Məhkəmə qərarları › İş №2-2(115)-45/2020

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-45/2020

11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-45/2020 11.03.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hömrət Uğurlu oğlunun katibliyi,iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: İddiaçı “Azərtoxum” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, 442 800 manat əsas borcun, 322 358,40 manat faiz borcunun, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 15% dərəcəsi olmaqla 66 420 manat, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə uyğun olaraq 15% dərəcəsi ilə 199 260 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın, ümumilikdə 1 030 868,40 manat pulun və ya 6 872 456 kq 1-ci repdroduksiyalı toxumluq buğda Cavabdeh alınaraq iddiaçı “xxxx” MMCyə ödənilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəmkir rayon Məhkəməsinin 2(076)-1582/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2014-cü il tarixli, AT-BE-004 saylı birgə əməkdaşlıq haqqında müqaviləsi üzrə 31 000 manat əsas borc və 2000 manat dəbbə pulu olmaqla ümumilikdə 33 000 manat pul və 25 manat dövlət rüsumu alınıb iddiaçı “xxxx” MMC-yə ödənilməsi qət edilmişdir. Bundan sonra qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-454/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəmkir rayon Məhkəməsinin 2(076)-1582/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş,iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair iddiası təmin edilməmişdir. Bundan sonra Gəncə Apellyasiya Məhkəməsinin2(104)-454/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı “xxxx” MMC-nin vəkili tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4951/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə kassasiya şikayəti təmin olunmuş, mülki iş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 3680/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə Cavabdeh şikayəti qismən təmin edilmiş, Şəmkir rayon Məhkəməsinin 2(076)-1582/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh “Cavabdeh 31 500 manat alınaraq iddiaçı “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx xxxxxxx 2014-cü il tarixdə AT-BE-004 saylı birgə əməkdaşlıq müqaviləsi bağlanmışdır. Mübahisə olunan Müqavilənin 1.1 -ci maddəsinə əsasən - Bu Müqaviləyə əsasən tərəflər arasında əvvəlcədən razılığa gəlinmiş və Böyükkişiyev Elsəvər Əli oğlunun istifadəsində olan Şəmkir rayonu Qılışbəy kəndi ərazisində yerləşən 108 (bir yüz səkkiz) ha olan Şəmkir rayonu Şiştəpə kəndi ərazisində yerləşən 150 (bir yüz əlli) ha və olan Şəmkir rayonu Günəşli kəndi ərazisində yerləşən 70 (yetmiş) ha torpaq sahəsində “xxxx” MMC ilə birgə kənd təsərrüfatı məhsullarının əkilib becərilməsi üçün lazım olan bütün işlərin görülməsi məqsədi ilə bu müqavilə bağlanır. Qeyd olunan Müqavilənin 1.2 - ci maddəsinə əsasən - Tərəflərin razılığına əsasən 1014-2015 - ci il təsərrüfat ilində yığılmış məhsul yalnız “xxxx” MMC - yə əvvəlcədən razılığa gəlinmiş qiymətə satılır. Həmən dövürdə buğdanın sahədən satışı 0,13-0,15 manat olmuşdur. “xxxx” MMC müqavilənin 2.1 - ci maddəsinə əsasən öz öhdəliyini yerinə yetirərək cavabdehə aşağıda qeyd olunan qaimə fakturalar əsasında elit növlü toxumluq buğda vermişdir.xx xxxxxxx 2014-ci il tarixli, 138154 saylı qaiməyə əsasən cavabdehə 1 kq -nın qiyməti 0.45 manat olmaqla 20 000 kq elit növlü toxumluq buğda verilmişdir.xx xxxxxx 2014-ci il tarixli 138357 saylı qaiməyə əsasən cavabdehə 1 kq -nın qiyməti 0.45 manat olmaqla 20 000 kq elit növlü toxumluq buğda verilmişdir. xx xxxxxx 2014-ci il tarixli, 138390 saylı qaiməyə əsasən cavabdehə 1 kq -nın qiyməti 0.45 manat olmaqla 20 000 kq elit növlü toxumluq buğda verilmişdir. x xxxxxx 2014ci il tarixli 000276 saylı qaiməyə əsasən cavabdehə 1 kq -nın qiyməti 0.45 manat olmaqla 10 000 kq elit növlü toxumluq buğda verilmişdir. Ümumilkidə, cavabdehə (20 000 kq + 20 000 kq + 20 000 kq + 10 000 kq = 70 000 kq) 70 000 (yetmin kq) (70 ton) Elit növlü toxumluq buğda verilmişdir.9 000 man+ 9 000 man + 9000 man + 4 500 man = 31 500 manat).Qeyd olunan müqavilənin 2.2-ci maddəsinə əsasən - “İkinci Tərəf, yəni cavabdeh götürdüyü taxıl toxumundan əldə etdiyi bütün məhsulu “xxxx” MMC - yə verməyi öhdəsinə götürmüşdir. Qeyd olunan müqavilənin 2.2-ci maddəsinə əsasən - “İkinci Tərəf, yəni cavabdeh götürdüyü taxıl toxumundan əldə etdiyi bütün məhsulu “xxxx” MMC - yə verməyi öhdəsinə götürmüşdir. xx xxxxxxx 2014-ci il tarixində AT-BE-004 saylı Birgə əməkdaşlıq müqaviləsinin 2.4-cü addəsinə əsasən- Bütün işlər üzrə aqrotexniki qaydalara riayət olunması və məhsulun qorunması bütünlüklə fiziki şəxsin (Böyükkişiyev Elsever Əli oğlu) üzərində qalır. Əgər bu "səbəbdən son nəticədə heç bir gəlir əldə olunmazsa bütün məsuliyyət fiziki şəxsin üstündə qalır və “xxxx” MMC birmənalı şəkildə çəkdiyi bütün xərci qeyri-şərtsiz olaraq ilk növbədə götürmək hüququna malikdir. Bundan əlavə x xxxxxxx 2014ci il tarixində AT-BE-004 saylı Birgə əməkdaşlıq müqaviləsinin 2.5-ci maddəsinə əsasən - Fiziki şəxs “xxxx” MMC-nin icazəsi olmadan əkilmiş sahələrdə heç bir iş apara bilməz. Sahələr ancaq “xxxx” MMC-nin icazəsi ilə biçilə bilər. “xxxx” MMC sahələrdən biçilmiş məhsul üzərində tam səlahiyyətə malikdir və bu məhsul heç bir səbəblə 3-cü tərəfə onun icazəsi olmadan nə satıla nə də verilə bilər. Yuxarıda da göründüyü kimi cavabdeh Böyükkişiyev Elsever Əli oğlu xx xxxxxxx 2014-ci il tarixində AT-BE-004 saylı Birgə əməkdaşlıq müqaviləsinin şərtlərinə əsasən birmənalı şəkildə sahələrdən əldə edilmiş bütün məhsulları bazar qiymətinə uyğun olaraq xxxx” MMC - yə verilməli idi. Lakin cavabdeh heç bir məhsulu “xxxx” MMC - yə verməmişdir. Qeyd olunan müqavilənin 2.2-ci maddəsinə əsasən - “İkinci Tərəf, yəni cavabdeh götürdüyü taxıl toxumundan əldə etdiyi bütün məhsulu “xxxx” MMC - yə verməyi öhdəsinə götürmüşdir. xx xxxxxxx 2014-ci il tarixində AT-BE-004 saylı Birgə əməkdaşlıq müqaviləsinin 2.4-cü addəsinə əsasən- Bütün işlər üzrə aqrotexniki qaydalara riayət olunması və məhsulun» qorunması bütünlüklə fiziki şəxsin (Böyükkişiyev Elsever Əli oğlu) üzərində qalır. Əgər bu "səbəbdən son nəticədə heç bir gəlir əldə olunmazsa bütün məsuliyyət fiziki şəxsin üstündə qalır və “xxxx” MMC birmənalı şəkildə çəkdiyi bütün xərci qeyri-şərtsiz olaraq ilk növbədə götürmək hüququna malikdir. Bundan əlavə x xxxxxxx 2014-ci il tarixində AT-BE-004 saylı Birgə əməkdaşlıq müqaviləsinin 2.5-ci maddəsinə əsasən - Fiziki şəxs “xxxx” MMC-nin icazəsi olmadan əkilmiş sahələrdə heç bir iş apara bilməz. Sahələr ancaq “xxxx” MMC-nin icazəsi ilə biçilə bilər. “xxxx” MMC sahələrdən biçilmiş məhsul üzərində tam səlahiyyətə malikdir və bu məhsul heç bir səbəblə 3-cü tərəfə onun icazəsi olmadan nə satıla nə də verilə bilər. Yuxarıda da göründüyü kimi cavabdeh Böyükkişiyev Elsever Əli oğlu xx xxxxxxx 2014-ci il tarixində AT-BE-004 saylı Birgə əməkdaşlıq müqaviləsinin şərtlərinə əsasən birmənalı şəkildə sahələrdən əldə edilmiş bütün məhsulları bazar qiymətinə uyğun olaraq xxxx” MMC - yə verilməli idi. Lakin cavabdeh heç bir məhsulu “xxxx” MMC - yə verməmişdir. xx xxxxxxx 2014-ci il tarixində AT-BE-004 saylı Birgə əməkdaşlıq müqaviləsində əkiləcək torpaqların ölçüsü 328 (üç yüz iyrimi səkkiz) hektar olmuşdur. Qeyd etməliyik ki, 2014-2015-ci təsərrüfat ilində Şəmkir ərazisində biçin 30-40 sentner olmuşdu. Bunu həmən ilin Şəmkir rayonu üzrə verilmiş hesabatlardan da görmək olar. Belə olan təqdirdə cavabdeh 328 hektardan ən az 30 sentnerdən götürəcəyi təqdirdə “xxxx” MMC - yə 984 000 (doqquz səksən dörd min) kq İreproduksiyalı toxumluq buğda verməli idi. Həmən ili buğdanın bazar qiyməti 0,13 - 0,15 manat olmuşdur. Belə olan təqdirdə 984 000 (doqquz səksən dörd min) kq-ı 0,15 manatdan cavabdehdən almalı, yəni 147 600 (bir yüz qırx yeddi min altı yüz) manat. Bundan əlavə xx xxxxxxx 2014ci il tarixində AT-BE-004 saylı Birgə əməkdaşlıq müqaviləsinin 3.4-cü maddəsinə əsasən - Əgər hər hansı bir səbəbdən məhsul əldə alınmazsa cavabdeh Böyükkişiyev Elsever Əli oğlu öhdəsinə götürdüyü məbləği ödəməlidir. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmişdir. Cavabdeh məhkəmə baxış iclasında izahat verərək bildirmişdir ki, birgə əməkdaşlıq müqaviləsinə əsasən iddiaçı ona buğda vermiş, onun texnikası və vəsaiti hesabına torpaq sahəsi əkinə hazır vəziyyətə gətirilmiş, buğda əkilmiş və biçilmişdir. Yığım zamanı məhsul iddiaçı tərəfindən aparılmışdır. Odur ki, iddia tələbini əsassız hesab edir və təmin edilməməsini xahiş edir. xx xxxxxx 2020-ci il tarixli məhkəmə baxışı iclasında şahid qismində dindirilən X2 və X1 ayrı-ayrılıqda ifadə verərək bildirmişlər ki, 2015-ci ildə Cavabdeh əkin sahəsində “xxxx” MMC tərəfindən göndərilmiş toxumun səpini zamanı, həmçinin biçimi zamanı iştirak etmişlər, biçilmiş taxılı “xxxx” MMC-yə məxsus yük maşınları sahədən daşımışlar. xx xxxxxx 2020-ci il tarixli məhkəmə baxış iclasında şahid qismində şahid X6 ifadə verərək bildirmişdir ki, 2015-ci ilin taxıl biçimi dövründə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə mexanik işləmişdir. Cəmiyyətin direktorunun göstərişi ilə həmin ərazidə olmuş və texnikaların işləməsinə, eləcədə biçilmiş taxılın anbarlara daşınmasına nəzarət etmişdir. Biçilmiş taxıl “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus yük maşınları vasitəsilə cəmiyyətin anbarına daşınırmışdır. Məhkəmə iş materiallarını və məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərərsiz baxaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Satıcı- “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru X8 və alıcı- Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli “AT-BE-004” nömrəli alqı-satqı müqaviləsinin təsdiqlənmiş surətindən görünür ki, alıcının istifadəsində olan Şəmkir rayonu, Şiştəpə kəndi ərazisində yerləşən 150 ha və Şəmkir rayonu, Günəşli kəndi ərazisində yerləşən 70 ha torpaq sahəsində satıcı ilə birgə kənd təsərrüfatı məhsullarının əkilib becərilməsi üçün lazım olan bütün işlərin görülməsi məqsədilə bağlanmışdır, müqavilə predmetinə əsasən satıcı alıcıya 57 ton miqdarında buğda toxumu dəyəri 0,45 manat olmaqla, ümumi məbləği 25 650 manat və 15 ton miqdarında arpa dəyəri 0,45 manat olmaqla məbləği 6750 manat olan mal-material verməyi öhdəsinə götürüb. xx xxxxxxx 2014-ci il tarixli, 138154 saylı qaimədən görünür ki, cavabdehə 1 kq -nın qiyməti 0.45 manat olmaqla 20 000 kq elit növlü toxumluq buğda verilmişdir. xx xxxxxx 2014-ci il tarixli, 138357 saylı qaimədən görünür ki, cavabdehə 1 kq -nın qiyməti 0.45 manat olmaqla 20 000 kq elit növlü toxumluq buğda verilmişdir. xx xxxxxx 2014-ci il tarixli, 138390 saylı qaimədən görünür ki, cavabdehə 1 kq -nın qiyməti 0.45 manat olmaqla 20 000 kq elit növlü toxumluq buğda verilmişdir. x xxxxxx 2014-ci il tarixli, 000276 saylı qaimədən görünür ki, cavabdehə 1 kq -nın qiyməti 0.45 manat olmaqla 10 000 kq elit növlü toxumluq buğda verilmişdir. Beləliklə, iş üzrə müəyyən edilmiş hallardan və tədqiq edilmiş sənədlərdən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2014cü il tarixli müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə toxumluq buğda verilmişdir. xx xxxxxxx 2014-ci il tarixli, 138154 saylı qaiməyə əsasən cavabdehə 1 kq -nın qiyməti 0.45 manat olmaqla 20 000 kq elit növlü toxumluq buğda verilmişdir. xx xxxxxx 2014-ci il tarixli 138357 saylı qaiməyə əsasən cavabdehə 1 kq -nın qiyməti 0.45 manat olmaqla 20 000 kq elit növlü toxumluq buğda verilmişdir. xx xxxxxx 2014-ci il tarixli, 138390 saylı qaiməyə əsasən cavabdehə 1 kq -nın qiyməti 0.45 manat olmaqla 20 000 kq elit növlü toxumluq buğda verilmişdir. x xxxxxx 2014-ci il tarixli 000276 saylı qaiməyə əsasən cavabdehə 1 kq nın qiyməti 0.45 manat olmaqla 10 000 kq elit növlü toxumluq buğda verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1 -ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər, onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığm tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.4-cü maddəsinin müddəalarından görünür ki, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. İşin hallarından göründüyü kimi, hazırkı mübahisə üzrə taxıl biçini Şəmkir rayonunda aparılmış, “xxxx” MMC-nin anbarları isə Yevlax rayonunda yerləşir. Tərəflər arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli, AT-BE-004 saylı birgə əməkdaşlıq müqaviləsinin 2.2 və 3.2.1-ci bəndlərinin şərtlərinə görə Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən almış olduğu toxumdan əldə etdiyi bütün məhsulu həmin cəmiyyətə verməyi öhdəsinə götürmüşdür. Məhkəmə qeyd edir ki, müqavilənin şərtlərindən göründüyü kimi, E. Böyükkişiyev toxumdan əldə etdiyi bütün məhsulu cəmiyyətə çatdırılmasını deyil, verilməsini öhdəsinə götürmüşdür. Müqavilədə malı çatdırmaq vəzifəsi cavabdehin üzərinə qoyulmamışdır. Çatdırılma və ya verilmə fərqli anlayışlardır. Çatdırılma dedikdə əşyanın olduğu yerdə deyil, nəzərdə tutulmuş başqa bir yerdə təhvil verilməsi başa düşülür. Əşya olduğu yerdə də verilə bilər ki, bu çatdırılma sayılmır. Bundan başqa, həmin müqavilənin 2.5-ci maddəsinə əsasən “xxxx” MMC sahələrdən biçilmiş məhsul üzərində tam səlahiyyətə malikdir. Göründüyü kimi sahələrdən biçilmiş məhsul üzərində bütün səlahiyyətlər müqaviləyə əsasən “xxxx” MMC-yə verilmişdir. Belə olan vəziyyətdə “xxxx” MMC-nin səlahiyyətli şəxsləri taxıl biçilən ərazidə olmaqla müqavilə əsasında onlara verilmiş vəzifələri yerinə yetirmək imkanına malik olmuşlar. Əgər tərəf müqavilə əsasında öz üzərinə götürdüyü vəzifəni lazımınca icra etməmişdirsə, bu hal digər tərəfin ziyanına təfsir edilə bilməz. Məhsulun verilməsinin lazımı qaydada sənədləşdirilməməsinə gəldikdə isə, məhkəmə qeyd edir ki, bu məsələ tək müqavilənin ikinci tərəfin iradəsindən asılı olan məsələ deyildir. Çöl və tarla şəraitində məhsulun alınıb verilməsi yalnız hər iki tərəfin səlahiyyətli nümayəndələrinin imzası ilə təsdiq olunmuş sadə yazılı sənədlə təsdiqini tapa bilər. Belə bir sənədin tərtib olunması hər iki tərəfin təşəbbüs göstərdiyi halda reallaşa bilərdi. Çöl və tarla şəraitində Cavabdeh məhsulun verilməsini digər qaydada sənədləşdirmək imkanına malik olmamışdır. Hər iki tərəfin təşəbbüsü ilə rəsmiləşə biləcək bir sənədin mövcud olmamasını digər tərəfin vəziyyətinin pisləşməsinə gətirib çıxarmamalıdır. Yuxarıda qeyd edildiyi kimi, tərəflər arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli, AT-BE-004 saylı birgə əməkdaşlıq müqaviləsinin 2.5-ci maddəsinə əsasən “xxxx” MMC sahələrdən biçilmiş məhsul üzərində tam səlahiyyətə malik olmuşdur. Cavabdeh biçilmiş məhsulu özündə saxlmaq və birinci tərəfə verməkdən imtina etmək kimi səlahiyyəti olmamışdır. Məhsulun biçilib götürülməsi işin mübahisəsiz halıdır. Biçilmiş taxılın Cavabdeh özündə saxlaması və ya digər şəxslərə verməsi sübutlarla təsdiqini tapmamışdır. Lakin “xxxx” MMC-nin səlahiyyətli əməkdaşlarının iştirakı ilə həmin cəmiyyətə məxsus yük avtomobillərinə yüklənməsi şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Yuxarıda qeyd olunanlara əsasən məhsul Cavabdeh tərəfindən “xxxx” MMC-yə verilmiş sayılır. Ona görə də iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 570-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda,əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. Alqı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241-242, 244, 253.3 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı 31 500 manat pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar