Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-456/2021 09.07.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Vəliyev Kənan Hafiz oğlunun sədrliyi,Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi,İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi üzrə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında, məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 12.207,35 manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq «İddiaçı MMC»-nin xeyrinə ödənilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-4654/2018 nömrəli,17 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-3328/2019 nömrəli,28 avqust 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-4654/2018 nömrəli,17 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4669/20 nömrəli,20 oktyabr 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-3328/2019 nömrəli,28 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-1197/2021 nömrəli,17 fevral 2021-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-4654/2018 nömrəli,17 dekabr 2018-ci il tarixli qətnaməsi təmamilə ləğv edilərək iş baxılması üçün aiddiyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 28.07.2017-ci il tarixdə İddiaçı ilə alğı-satqı müqaviləsi bağlamışdır. Müqavilənin şərtərinə görə alıcının sifarişi əsasında təhvil aldığı şirniyyat məmulatlarının pulunu 30 təqvim günü müddətində satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə cavabdehin ticarət nümayəndəsi X1 verdiyi sifariş əsasında şirniyyat və qənnadı məhsullarını Cavabdeh qəbul etmişdir. Bu qayda ilə müəyyən müddət işlədikdən sonra Cavabdeh hesabında qalan 12.207,35 manat məbləğində pulu ödəməmişdir.Cavabdeh həmin məbləğin ödəyəcəyini bildirsə də bu günə kimi ödəməkdən yayınır. Beləliklə də, Cavabdeh MMC-yə 12.207,35 manat məbləgində ziyan vurmuşdur. Ona görə də, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi haqqında məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia tələbini iqtisadi iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Tərəflər arasında bağlanmış 28.07.2017-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, alıcı Cavabdeh sifarişi əsasında satıcı İddiaçı MMC-dən aldığı şirniyyat məmulatlarının pulunu 30 təqvim günü müddətində satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında imzalanmış 21.04.2018-ci il tarixli təhvil-təslim aktı və 07.06.2018ci il tarixli üzləşdirmə aktından görünür ki, Cavabdeh borc qalığı 12.207,35 manat təşkil etmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında 28.07.2017-ci il tarixində alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndində göstərilir ki, satıcı bütün çeşidlərdə özünə məxsus olan şirniyyat məmulatlarını lazımi çeşiddə, çəkidə, keyfiyyətdə, qiymətdə və qablaşdırılmış vəziyyətdə sifariş əsasında alıcıya verməyi, alıcı isə həmin malları qəbul edib müqavilənin şərtlərinə uyğun olaraq aldığı malların pulunu ödəməyi öhdəsinə götürmüşdür. Lakin məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən üzləşdirmə və təhvil-təslim aktı ilə müəyyən olunur ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və nəticədə onun 12.207,35 manat borcu qalmışdır. Cavabdeh iddia tələbinə qarşı etirazını məhkəməyə təqdim etməmişdir. Öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Odur ki, məhkəmə qeyd olunanları yekunlaşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı və Cavabdeh İddiaçı MMC-nin xeyrinə 12.207,35 manat pul tutulmalıdır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə 30 manat dövlət rüsumunun da cavabdehdən tutularaq iddiaçıya ödənilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun da müştərək qaydada cavabdehlərdən tutulmasını əsaslı hesab edir. nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 400, 241-400, 244, 253.3 və 360-cı maddələrinə əsasən qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 12 207,35 (on iki min iki yüz yeddi manat otuz beş qəpik) manat pul vəsaiti və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2-2(115)-456/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-456/2021
09.07.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver