Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-458/2021 09.07.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi,İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: Cavabdeh MMC iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək aramızda bağlanmış HGC GD 002\18 saylı, 03 yanvar 2018-ci il tarixli müqavilə üzrə iddiaçıya 467.289,28 manat borcun ödənilməsinə dair iddia qaldırmışdır. Sonradan İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı qarşılıqlı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh MMC dən 337.062,29 manat qalıq borcun, həmin borcun gecikdirilməsinə görə 8.5 faiz yəni 50.896,40 manat və 30 manat dövlət rüsumü olmaqla cəmi 387.988,69 manat məbləğində pulun cavabdehdən tutularaq İddiaçı-yə ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçı tərəfindən iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək cavabdehdən 307 965,51 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə araşdırması nəticəsində tələblərə bir yerdə baxılması və qətnamə çıxarılması mümkün hesab edilmədiyindən ayrıca icrata ayrılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, müəssisələr arasında mövcud olan bir neçə müqavilə üzrə Cavabdeh MMC-nin İddiaçı-yə üst-üstə 337.062,29 manat 01.01.2019-cu il tarixinə borcu mövcud olduğu təqdirdə həmin borcun ödənilməsini və ya qarşılıqlı əvəzləşməsini etməkdən imtina edərək əsassız olaraq İddiaçı-dən 467.289,28 manat tələb edir. Belə ki, Cavabdeh MMC ilə İddiaçı arasında imzalanmış 01.05.2017-ci il tarixli QSZX 64\0517 saylı “Xidmət müqaviləsi”nə və 21.04.2017 ci il tarixli QSZP 58X0417 saylı “Podoratmüqaviləsi”nə əsasən 01.01.2019-cu il tarixinə tərəflərin tərtib etdiyi üzləşmə aktına əsasən mövcud qalıq borcu 173.753,82 manat təşkil edir ki, buna dair də Cavabdeh MMCnin direktoru Süleymanov Vüqar və o zamanki maliyyə şöbəsinin rəisi Süleymanov Ruslan üzləşmə aktına imza edərək borcu təsdiq etmişlər. Bununla yanaşı Cavabdeh MMC ilə İddiaçı arasında imzalanmış HGC GD 002X18 saylı 03 yanvar 2018-ci il tarixli müqaviləsinin 5.5 yarım bəndinə əsasən “Distribüter”, yəni İddiaçı, il ərzində 1 (bir) milyon manatdan artıq satış reallaşdırarsa, məhsulların dəyərinin 5% (beş faiz) məbləği bonus kimi istehsalçı tərəfindən hesablanaraq növbəti ilin birinci ayında “Distribüter”ə geri ödənilməlidir. 2018-ci il dövründə İddiaçı 3.245.269,36 manat məbləğində zavodun məhsullarını satmış və bunun müqabilində 162.263,47 manat miqdarında bonus məbləği 31 yanvar 2019-cu il tarixə qədər İddiaçı-nin hesabına ödənilməli idi. Eyni zamanda 2018-ci il dövründə zavod uduş kartları sistemi tətbiq etməklə kisələrin içərisindən çıxmış uduş kartlarım qəbul etməklə həmin vəsaiti “Distribüter”-in hesabına ödənilməsini təmin etməli idi. 2018-ci il üzrə İddiaçı tərəfindən həyata keçirilmiş satışlardan 1045,00 manatlıq uduş kartları toplanaraq qarşı tərəfə təqdim edilməsinə baxmayaraq, cavabdeh toplanmış 1045 manatlıq kartı qəbul etməkdən imtina etmişdir. Ümumiyyətlə qarşı tərəfə, mövcud olan borcların əvəzləşdirilməsinə dair dəfələrlə təklif irəli sürülsə də hər hansı bir dəlil gətirilmədən əvəzləşdirilmələrin aparılmasından imtina edilərək 2020-ci ilin avqust ayında iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi və əvəzləşdirmə aparmadan məbləğin tələb edilməsi müəmmalıdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizənin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, tərəflər arasında 21 aprel 2017-ci il tarixli və 01 may 2017-ci il tarixli müqavilələr olmuşdur. Lakin həmin müqavilələr üzrə öhdəliklər icra olunmuşdur. Borc qalmamışdır. Lakin, 03 yanvar 2018-ci il tarixli müqaviləyə % saylı əlavə olmamışdır. Elə bir sənəd mövcud deyildir. Böyük ehtimala görə müqaviləyə əlavə Şahid adlı şəxsin "xxxx" MMC-nin rəhbərliyindən getdikdən sonra imzalamış və özündə saxladığı möhürlə təsdiq etmişdir. Çünki həmin dövrlərdə təsdiq olunmuş sənədlərə vurulmuş möhürlərlə 5 saylı əavə kimi təqdim edilən sənədə vurulan möhürün ingilis dilində olan yazıları fərqlidir. Odur ki. iddia tələbi tamamilə əsassızdır. 09 iyul 2021-ci il tarixli məhkəmə iclasında şahid qismində ifadə verən Şahid ifadə verərək bildirmişdir ki, müqavilə bağlanan vaxt "xxxx" MMC-nin rəhbəri olmuş, müqavilə Qazax rayonunda bağlanılıb, həmin dörvdə üç ədəd möhür olmuş, həmin möhürdən biri onda olmuş, müqaviləni şəxsən özü imzalayıb, möhürü isə köməkçisi vurmuşdur, möhürün oxunuşundakı fərqi görməmişdir. Bakı şəhərində bağlandığı göstərilən müqavilənin həmin gün deyil, bir neçə gün sonra Qazaxda imzalamışdır. Möhürlər arasında fərq olmuş olsa belə o, möhürdəki xırda hərfləri yaxın məsafədən və ya xüsusi cihazla oxumağa borclu deyildir. Sonradan özündə olan möhürü Bakıya gətirmiş, təhvil-təslim aktı əsasında təhvil vermişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, şahid ifadəsini nəzərə alaraq, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, tərəfin izahatını dinləyərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin olunmalıdır. İşə əlavə olunmuş: 03 yanvar 2018-ci il tarixli “Malların satışı üzrə distribüter hüquqların verilməsinə dair” HGC GD 002/2018 nömrəli müqavilənin surətindən görünür ki, istehsalçı "xxxx" MMC (Cavabdeh MMC) özünün istehsal etdiyi və müqavilənin ayrılmış tərkib hissəsi olan Əlavə 1də göstərilən sement məhsullarını satmaq hüququnu distribüterə verməyi, distribüter İddiaçı isə istehsalçının istehsal etdiyi malların satışını (bu malların ticarət nişanı və markasını tətbiq etməklə) təşkil etməyi və istehsalçıdan təchiz edilən malların müqavilənin müvafiq şərtlərinə əsasən ödənişini istehsalçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə Əlavə kimi təqdim olunan 02 avqust 2018-ci il tarixli, “Malların satışı üzrə distribüter hüquqların verilməsinə dair” 03 yanvar 2018-ci il tarixli müqaviləyə Əlavənin sürətindən görünür ki, müqavilənin 5-ci bəndinə əlavə edilmiş 5.5-ci yarımbəndə görə “distributer il ərzində 1 (bir) milyon manatdan artıq satış reallaşdırsa, satılmış məhsulların dəyərinin 5 faiz məbləği bonus kimi “istehsalçı” tərəfindən hesablanaraq növbəti ilin birinci ayında distribüterə geri ödənilir.Həmin Əlavənin 2-ci bəndinə əsasən, bu əlavə 03 yanvar 2018-ci il tarixdən qüvvəyə minir. 21 aprel 2017-ci il tarixli, QSZP 58/0417 nömrəli podrat müqaviləsindən görünür ki, bir tərəfdən sifarişçi olaraq "xxxx" MMC ilə digər tərəfdən podratçı adlandırılacaq "xxxx" MMC arasında bağlanmış podrat müqaviləsinə əsasən podratçı müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-də göstərilən işləri yerinə yetirməyi, başa çatdırmağı, sifarişçiyə tam hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə podratçının gördüyü işlərin müqabilində razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürür. Həmin xidmətlər kimi: istehsal olunan kisə sementin yük avtomobillərinə və vaqonlara yüklənməsi, istehsal olunan açıq sementin yük avtomobillərinə və vaqonlara yüklənilməsi, yüklənmə sahəsinin yük vurmadan əvvəl və sonra təmizlənməsi, paletləmə işinin həyata keçirilməsi, palet-taxta sexində sıradan çıxmış paddonların təmiribərpa işləridir.müqavilənin 4-cü bəndində sifarişçinin öhdəlikkləri kimi podratçının iş günü ərzində işçilərini yeməklə təmin etməyi, podratçının işçilərini inşaat sahəsində lazim olan lazimi geyim forması və fərdi mühafizə vasitələri ilə təmin etməsi, podratçını işlərin yerinə yetirildiyi zaqman əl alətləri və bütün zəruri ləvazimatlarla təmin edilməsi aiddir, 4.2.3-cü bəndə əsasən bu müqavilənin 1.1-ci bəndində göstərilən işlərin yerinə yetirilməsi, işlərdə aşkar edilmiş qüsurların və çatışmazlıqların aradan qaldırılması üçün bütün resursları, işçi qüvvəsini, alətləri, avadanlıqları, materialları, texnikaları və sairə ehtiyac və təlabatları öz hesabına vaxtlı-vaxtında təmin edir. 01 may 2017-ci il tarixli, QSZX 64/0517 nömrəli xidmət müqaviləsindən görünür ki, bir tərəfdən sifarişçi olaraq "xxxx" MMC ilə digər tərəfdən icraçı adlandırılacaq "xxxx" MMC arasında bağlanmış xidmət müqaviləsinə əsasən icraçı sifarişçinin tapşırığı əsasında bütün işçilərini, qonaqlarını hər iş günü sifarişçi ilə əvvəlcədən razılaşdırılmış qaydada, menyu çərçivəsində, vaxtda və keyfiyyətdə kompleks səhər, nahar və şam yeməyi ilə təmin etməyi, sifarişçi bu xidmətlər müqabilində icraçıya müvafiq haqq ödəməyi öhdəsinə götürür. 17 aprel 2019-cu il tarixli üzləşmə aktında "xxxx" MMC-nin İddiaçı-yə 173 753,82 manat qalıq borcu qeyd edilmişdir. Beləliklə, tərəflər arasında 21 aprel 2017-ci il tarixli və 01 may 2017-ci il tarixli müqavilələr üzrə, həmçinin cavabdehin üzləşmə aktı ilə etiraf etdiyi 173 753,82 manat borcun olması təsdiqini tapır. Odur ki, məhkəmə iddia tələbinin qalıq borc qismində olan 173 753,82 manat hissəsində əsaslı hesab edir. Məhkəmə iddia tələbinin satılmış məhsulların dəyərinin 5%-nin, yəni 90594.60 manat vəsaitin istehsalçı tərəfindən distribüterə geri qaytarılması hissəsini əsaslı saymır. ilə əlaqəli hissəsinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçının tələbinin sözügedən hissəsini əsaslandırdığı 03 yanvar 2018-ci il tarixli müqaviləyə olan 02 avqust 2018-ci il tarixli 5 saylı Əlavəyə münasibət olaraq bildirir ki, bu razılaşmanın tarixi 02 avqust 2018-ci il göstərilməsinə baxmayaraq 03 yanvar 2018-ci il tarixdən qüvvəyə minməsi qeyd edilmişdir. Göründüyü kimi Onun qüvvəsi geriyə şamil edilmişdir.Bu isə mülki qanunvericiliyə ziddir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 390.1-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər bu məcəlləyə zidd olmayan müqavilələr bağlaya bilərlər. Həmin əlavəyə qədər icra olunanların tələb edilməsi əsassızdır. Belə ki, Mülki Məcəllənin 424.4-cü maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Bundan başqa, müqaviləyə əlavənin Qazax rayonunda bağlandığı göstərilir. Bununla belə, iş materillarında olan korporativ tarif müqaviləsindən göründüyü kimi Cavabdeh MMC və “X4 Company” MMC arasında 02 avqust 2018-ci il tarixində müqavilə bağlanmışdır. Hər iki sənəd Cavabdeh MMC-ni təmsil edən şəxs kimi Şahid tərəfindən imzalanmışdır. Göründüyü kimi eyni gündə həm Bakı şəhərində, həm də Qazax rayonunda bir şəxs tərəfindən iki sənədin imzalandığı aşkara çıxır. Lakin, sənədlərdəki möhürlərin ingilis dilində olan yazılışları fərqlidir. Şahid məhkəmə iclasında şahid kimi ifadə verərkən bu məsələni belə izah etmişdir ki, Bakı şəhərində bağlandığı göstərilən müqavilənin həmin gün deyil, bir neçə gün sonra Qazaxda imzalamışdır. Lakin, 5 saylı əlavə Qazax rayonunda imzalanmışdır. Möhürlər arasında fərq olmuş olsa belə o, möhürdəki xırda hərfləri yaxın məsafədən və ya xüsusi cihazla oxumağa borclu deyildir. Ancaq möhürlərdəki yazı fərqlərini görməmişdir. Məhkəmə şahid ifadəsini tam dolğun və inandırıcı olmayan hesab edir. Məhkəmə onu da qeyd edir ki, müqaviləyə 5 saylı Əlavəyə vurulmuş möhürün hazırda mövcud olmaması və möhürün əvəz edilməsi ilə bağlı hər hansı sənəd təqdim olunmaması həmin möhürlə təsdiq olunmuş sənədin sübut kimi mötəbərliyini azaldır. Qeyd olunanlara əsasən məhkəmə iddia tələbinin 03 yanvar 2018-ci il tarixli müqaviləyə 02 avqust 2018-ci il tarixli 5 saylı Əlavayə əsasən təqdim edilmiş hissəsinin əsaslı hesab etmir. Məhkəmə iddia tələbinin gecikmə faizləri üzrə hesablanmış 43.617.45 manat hissəsi üzrə onu qeyd edir ki, bu tələb əsas tələbə olan əlavə tələbdir. Əsas tələbin 90594.60 manat hissəsi əsassız sayıldığından əlavə tələb əsaslı sayıla bilməz. Bundan başqa Bank uçot dərəcəsinə uyğun əlavə faizlərin ödənilməli olması barədə müddəaya müqavilədə rast gəlinmir. İddiaçı 43.617.45 manatın müddət baxımından hesablanmaqla yaranma mənbəyi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 424.4-cü maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 216.1-ci maddəsinə əsasən işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5, 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdehndən 173.753,46 manat pul tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apelyasiya şikayəti verilə bilər Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2-2(115)-458/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-458/2021
09.07.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver