Məhkəmə qərarları › İş №2-2(115)-472/2022

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-472/2022

11.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-472/2022 11.04.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh1 iştirakları ilə İddiaçı "xxxx" X13 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxslər X8, X11, X7, X4, Zeynalova (Səfərli) Ayşən Dilqəm qızı və X1) qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi üzrə iddia ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı "xxxx" X13 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxslər X8, X11, X7, X4, Zeynalova (Səfərli) Ayşən Dilqəm qızı və X1) qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı “Unibank" KB ASC-nin xeyrinə 10.05.2012-ci il tarixli 073m/12 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 08.02.2019-cu il tarixli 073m-l/19 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 32110,80 manat, faiz borcu üzrə 2.690,39 manat, cərimə borcu üzrə 3485.63 manat, cəmi 38286,82 manat borcun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 205 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə almmasma dair xidmət haqqı kimi ödənilmiş 40 manat məbləğində pulun müştərək qaydada tutulması, tələbin ipoteka predmeti olan Şəmkir şəhəri, Şəmkir-Gəncə yolunun 20-ci km-də, 0,75 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 4188,9 kv.m olan qeyri yaşayış binasına yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 08.02.2019cu il tarixli 073m-l/19 saylı əlavə kredit müqaviləsi üzrə 38286,82 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 205 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 220.000 (iki yüz iyirmi min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Şəmkir şəhəri, Şəmkir-Gəncə yolunun 20-ci km-də, 0,75 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 4188,9 kv.m olan qeyri yaşayış binasına tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin qeyri-yaşayış binasının boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəmkir rayon Məhkəməsinin 15.12.2021-ci il tarixli, 2(076)-3181/2021 saylı qərardadı ilə iddiaçı "xxxx" X13 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi X5 izahat verərək iddia tələbini müdafiə etdiyini və təmin edilməsini xahiş etdi. Onu da qeyd etdi ki, mübahisə ilə bağlı əvvəlcə Şəmkir rayon Məhkəməsinə müraciət edildiyindən mübahisənin mediasiya qaydasında həlli üçün müvafiq təşkilata müraciət edilməmişdir. Cavabdeh1 izahat verərək bildirdi ki, bank tərəfində müqavilə şərtləri pozulduğundan borcu qəbul etmir. Ona görə də ddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə qeyd edilən halları nəzərə alaraq hesab edir ki, iddia tələbi baxılmamış saxlanılmalıdır. Gəncə Kommersiya Məhkəməsinin 16.02.2021-ci il tarixli 2-2(115)-254/2021 saylı qərardadı ilə iddiaçı "xxxx" X13 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Göründüyü kimi iddiaçı hazırkı mübahisəni kommersiya mübahisəsi hesab edərək əvvəlcə düzgün olaraq Gəncə Kommersiya Məhkəməsində iddia qaldırmışdır. Lakin iddia Gəncə Kommersiya Məhkəməsinin 16.02.2021-ci il tarixli qərardad ilə baxılmamıış saxlanıldıqdan sonra eyni cavabdehə qarşı eyni tələb üzrə 19.11.2021-ci il tarixdə Şəmkir rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı aşkar olundu ki, iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl mübahisənin mediasiya qaydasında həlli üçün müvafiq təşkilata müraciət etməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə mediasiya tətbiq edilir. Həmin Qanunun 21.9-cu maddəsinə əsasən aşağıdakı tələblərin birinə əməl edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır: bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə, tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı halda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə, tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu halda bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlamış mediasiya prosesinə bu Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilmədikdə,bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hallarda tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə etmədikdə. Həmin Qanunun 29.7-ci maddəsinə əsasən bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Mülki Prosessual Məcəllənin 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinin tələblərinə əsasən isə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 259.0.7, 260, 266-268-ci maddələrinin tələblərinə əsasən məhkəmə q ə r a r a a l d ı: İddiaçı "xxxx" X13 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar