Məhkəmə qərarları › İş №2-2(115)-474/2020

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-474/2020

16.10.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-474/2020 16.10.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X13, Cavabdeh, Müstəqil tələb irəli sürən üçüncü şəxs «xxxxxxxxxx» X3 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı daşınmaz əmlak üzərində sahiblik, istifadə hüquqlarına qarşı edilən müdaxiləyə son qoyulması və daşınmaz əmlak üzərində sahiblik və istifadə hüquqlarının təmin edilməsi tələbinə dair iddiası və müstəqil tələb irəli sürən üçüncü şəxs «xxxxxxxxxx» X3 cavabdeh İddiaçı qarşı müqavilələrin etibarsız hesab olunması və qanunsuz istifadəyə görə ödənilməmiş pul məbləğinin ödənilməsi tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı daşınmaz əmlak üzərində sahiblik, istifadə hüquqlarına qarşı edilən müdaxiləyə son qoyulması və daşınmaz əmlak üzərində sahiblik və istifadə hüquqlarının təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən onun xxxxxxxxxx müəssisəsi ilə bağladığı xx xxxxx 2011-ci il tarixli müqaviləyə əsasən özünün şəxsi vəsaiti hesabına inşa etdirdiyi, Gəncə şəhəri, Tağı Arani küçəsi ilə M.Bağırov küçəsinin kəsişməsində yerləşən ölçüsü ümumilikdə 130.0 kv.m olan daşdan inşa tikilmiş mağazasının fəaliyyətinin bərpa edilməsi, cavabdeh tərəfindən mağazanın fəaliyyətinə etdiyi müdaxiləyə son qoymasına və əmlakı üzərində sahiblik, istifadə və sərəncamverici hüquqlarının müdafiəsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu, M.Bağırov küçəsi ilə Tağı Arani küçəsinin kəsişdiyi sahənin aşağı hissəsində «xxxxxxxxxx» X4 özünün şəxsi vəsaiti hesabına sahəsi uzunluğu 16.4 metr, eni 8.0 metr ölçüdə 130.kv.m olan mağaza tikdirmişdir. Həmin mağazanın yerləşdiyi torpaq sahəsi üzərində isə istifadə hüququ vardır. Buna dair mağazanın torpaq sahəsinə aid olan «xxxxxxxxxx» X14-direktoru X18 ilə aramızda müddətsiz olaraq xx xxxxx 2011-ci il tarixdə müqavilə bağlanmışdır. Hazırda iddia ərizəsinə əlavə etdiyi müəssisənin nizamnaməsindən də görünür ki, müəssisənin təsisçisi X9r. Lakin Cavabdeh onun öz şəxsi vəsaiti hesabına tikdirdiyi mağazanın üzərində sahiblik, istifadə və sərəncamverici hüquqularının həyata keçirilməsinə müdaxilə etməklə mağazasının faliyyət göstərməsinə imkan verməmişdir. Belə ki, mağazanın icarəyə verilməsi və onun başqa şəxslərlə istifadə etməsinə müdaxilə edərək onun boşaldılmasını tələb edir və hazırda mağazanın qapısını bağlamış və fəaliyyətini həyata keçirməyə müdaxilə etmişdir. Cavabdehin onun xxxxxxxxxx müəssisəsi ilə bağladığı müqaviləyə əsasən heç bir səlahiyyəti yoxdur və hüquqi şəxsin təsis edilməsində və fəaliyyətini təmin edərək idarə edilməsinə hüquqi və qanuni əsasları mövcud deyil. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, sahibliyində olan mağaza üzərində sahiblik və istifadə hüququnun bərpa edilərək, mağazaya dair müdaxiləyə son qoyulmaqla mağazanın fəaliyyətinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-2(043)- 2009/2019 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilərək, Gəncə şəhəri, Tağı Arani küçəsi ilə M.Bağırov küçəsinin kəsişməsində yerləşən ölçüsü ümumilikdə 130 kv.m olan daşdan tikilmiş mağaza üzərində İddiaçı xx xxxxx 2011-ci il tarixli icarə müqaviləsindən irəli gələn sahiblik və istifadə hüquqlarının bərpa edilməsi, həmin hüquqların həyata keçirilməsinə maneələrin yaradılmasının Cavabdeh qadağan edilməsi, mağazanın fəaliyyətinin bərpa edilməsi qət edilmişdir. Cavabdeh xx xxxxxxx 2019-cu il tarixdə məhkəməyə ərizə verərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-2(043)-2009/2019 saylı qiyabi qətnaməsinin ləğv edilməsi barədə qərardad qəbul edilməsini və mülki iş üzrə icraatı təzələyərək işə mahiyyəti üzrə onun iştirakı ilə baxılmasını xahiş etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(043)- 2009/2019 saylı qərardadı ilə Cavabdeh ərizəsi təmin edilərək, İddiaçı Cavabdeh qarşı “əmlak üzərində sahiblik və istifadə hüquqlarının bərpa edilməsi və əmlaka müdaxiləyə son qoyulması” tələbinə dair mülki iş üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-2(043)-2009/2019 saylı qiyabi qətnaməsi ləğv edilərək, mülki işin mahiyyəti üzrə baxılması təzələnmişdir. Daha sonra iddiaçı tərəfin ərizəsinə əsasən iş üzrə Cavabdeh əsl cavabdeh “xxxxxxxxxx” MMC ilə əvəz edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(043)- 2009/2019 saylı qərardadı ilə İddiaçı cavabdeh “xxxxxxxxxx” MMC-yə qarşı “əmlak üzərində sahiblik və istifadə hüquqlarının bərpa edilməsi və əmlaka dair müdaxiləyə son qoyulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(043)- 2009/2019 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili X19 şikayət verərək, qərardadın ləğv edilməsini, iddia ərizəsinin mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün məhkəmə baxışına təyin edilməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(043)- 2009/2019 saylı qərardadı ilə şikayət təmin edilməyərək, mülki iş şikayətlə birlikdə baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(104)-1413/2020 saylı qərardadı ilə şikayət təmin edilərək, iş üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(043)-2009/2019 saylı qərardadı və onun əsasında verilmiş xx xxxxxx 2020-ci il tarixli, 2(043)-2009/2019 saylı qərardadı ləğv edilmiş, iddia ərizəsinə baxılması üçün mülki iş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə qaytarılmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(043)- 1809/2020 saylı qərardadı ilə İddiaçı cavabdeh “xxxxxxxxxx” MMC-yə qarşı “əmlak üzərində sahiblik, istifadə və sərəncamverici hüquqlarına qarşı edilən müdaxiləyə son qoyulması və müdafiəsi” tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Daha sonra İddiaçı iddia tələbi üzrə iddianın predmetinin, əsasının dəqiqləşdirilməsi və cavabdehin dairəsinin müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən onun “xxxxxxxxxx” müəssisəsi ilə bağladığı xx xxxxx 2011-ci il tarixli müqaviləyə əsasən özünün şəxsi vəsaiti hesabına inşa etdirdiyi, Gəncə şəhəri, Tağı Arani küçəsi ilə M.Bağırov küçəsinin kəsişməsində yerləşən ölçüsü ümumilikdə 130.0 kv.m olan daşdan inşa tikilmiş mağaza üzərində sahiblik və istifadə hüquqularına qarşı edilən müdaxiləyə son qoyularaq, mağaza üzərində sahiblik və istifadə hüquqlarının təmin edilməsi ilə mağazanın fəaliyyətinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs “xxxxxxxxxx” X14 cavabdeh İddiaçı qarşı «icarə müqaviləsinin etibarsız hesab olunması və qanunsuz istifadəyə görə ödənilməmiş pul məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia ərizəsi üzrə iddiaçı, üçüncü şəxsin iddia ərizəsi üzrə cavabdeh İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2011-ci il tarixli saxta icarə müqaviləsinin etibarsız hesab edilməsi və xx.xx.2011-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi xxxxxxxxxx İTM-nə məxsus mağazanı qanunsuz istifadə edərək heç bir haqq ödəmədiyinə görə Cəmiyyətə borclu olduğu 23280 manat pulun cavabdehdən iddiaçı “xxxxxxxxxx” İTM-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra müstəqil tələb irəli sürən üçüncü şəxs “xxxxxxxxxx” X14 iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, ilkin iddia ərizəsi üzrə iddiaçı, üçüncü şəxsin iddia ərizəsi üzrə cavabdeh İddiaçı tərəfindən təqdim edilmiş saxta xx.xx.2011-ci il tarixli icarə müqaviləsinin və xx.xx.2011-ci il tarixli 6 nömrəli müqavilənin etibarsız hesab edilməsi və xx.xx.2011-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi xxxxxxxxxx İTM-nə məxsus mağazanı qanunsuz istifadə edərək heç bir haqq ödəmədiyinə görə Cəmiyyətə borclu olduğu 23280 manat pulun cavabdehdən iddiaçı “xxxxxxxxxx” İTM-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs “xxxxxxxxxx” X14 iddia ərizəsini onunla əsaslandırmışdır ki, onların, yəni “xxxxxxxxxx” X2raq belə bir icarə müqaviləsindən xəbərləri yoxdur. Bu müqavilədən onların yalnız xx.xx.2019-cu il tarixdə xəbərləri olmuşdur. Belə ki, hazırki mülki iş üzrə 2(043)-2009/2019 saylı xx.xx.2019-cu il tarixli Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qiyabi qətnaməsini alarkən onlara bu hal məlum olmuş, bundan sonra qiyabi qətnamənin ləğv edilməsi barədə ərizə ilə Kəpəz Rayon Məhkəməsinə müraciət etmişlər. İcarə müqaviləsinin surətinə nəzər yetirdikdə onlara aydın oldu ki, onlara məlum olmayan şəxslər tərəfindən və onlara məlum olmayan şəraitdə saxta icarə müqaviləsi hazırlanmış və məhkəməyə təqdim edilmişdir. Necə ola bilər ki, xx.xx.2011-ci ildə icarə müqaviləsi bağlamış İddiaçı Seriya Aze N ******** Gəncə şəhəri, Kəpəz RPİ tərəfindən xx.xx.2016-cı il tarixdə aldığı şəxsiyyət vəsiqəsini necə təqdim edə bilərdi. Həmin icarə müqaviəsinin əslinin məhkəməyə təqdim edilməməsi də elə bir müqavilənin mövcud olmamasını bildirir. Bundan başqa, ilkin iddia ərizəsi üzrə İddiaçı özü etiraf etmişdir ki, xx.xx.2011-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi istifadə etmişdir. Ona görə də 97 ay X 240.00 manat = 23280 manat qanunsuz istifadəyə görə pul tutulub iddiaçı “xxxxxxxxxx” X14 MMC-yə ödənilməlidir. Çünki İddiaçı qanunsuz istifadəsinə görə heç bir məbləğdə pul ödəməsi halı sübut olunmur, ilkin iddia ərizəsi üzrə iddiaçının bu halı öz iddia ərizəsində göstərməyi onu həmin faktiki halı sübutetmə vəzifəsindən azad edir. Buradan belə bir nəticəyə gəlinir ki, əslində bu qədər müddətdə İddiaçı ona məxsus mağazanı qanunsuz istifadə etməklə bəhrələnmiş və xxxxxxxxxx İTMnə heç bir məbləğdə pul ödəməmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddia tələbini müdafiə edərək, üçüncü şəxsin iddia tələbini qəbul etməyib iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq izahatında bildirmişdir ki, sözügedən mağaza öz hesabına tikilmişdir. Daha sonra ticarət mərkəzinin direktoru xxxxx Eyyubovla icarə və istifadə müqavilələri bağlanmışdır. Həmin müqavilələr məhz xx xxxxx 2011-ci il tarixdə bağlanmışdır. İcarə haqqı olaraq aylıq 240 manat müəyyən edilmişdir. O, icarə haqqını hər ay bazarın işçilərinə ödəmişdir. Lakin, ödəniş qəbzlərini məhkəməyə təqdim edə bilmir. xx xxxxx 2011-ci il tarixli müqavilələrdə ona 2016-cı il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarının qeyd edilməsini texniki səhvlə izah edir. Müqavilələr 2016-cı ildə yeni şəxsiyyət vəsiqəsi alınandan sonra deyil, məhz xx xxxxx 2011-ci il tarixdə imzalanmışdır. 2011-ci il aprel ayından başlayaraq mağazadan qanuni əsasla istifadə etsə də, 2019-cu ilin əvvələrində bazarın rəhbərliyinə Cavabdeh gəldikdən sonra ona qarşı maneələr etmişdir. Cavabdeh onu yanına çağıraraq, mağazanı necə işlətdiyini soruşmuşdur. O, mağazanı öz hesabına tikdiyini Cavabdeh bildirmişdir. Xərclədiyi pulun məbləğini soruşduqda, kompyuterə baxıb deyəcəyini bildirmişdir. Sonra baxmış və ona zəng edib 35000 manat xərclədiyini bildirmişdir. Aylıq ödənişləri Cavabdeh vermiş, lakin o qəbul etməmişdir. Mübariz adlı şəxs ona mağaza bağışlamamış, mağazanı öz vəsaiti hesabına tikdirmişdir. 2010-2011-ci illərdə Mübarizə 130 m2 yerə görə 35000 manat məbləğində pul vermiş və bu barədə heç bir sənəd almamışdır. Mübarizin bazarda nə işlə məşğul olmasını bilməmişdir. xxxxx Eyyubovun tapşırığı əsasında Mübariz işləri görmüş, pul isə ticarət mərkəzinə ödənilmişdir. İddiaçı nümayəndəsi və vəkili X19 məhkəmə iclasında ilkin iddianı müdafiə edərək, müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiasını qəbul etmədi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, xx xxxxx 2011-ci il tarixli müqaviləyə əsasən mağazanı iddiaçı öz hesabına tikmiş və həmin ərazini icarəyə götürmüşdür. Daha sonra Cavabdeh həmin istifadə hüququnun həyata keçirilməsinə maneçilik törətmişdir. İddiaçıya qarşı Cavabdeh faktiki olaraq maneçilik etdiyinə görə cavabdeh qismində onu göstərmişlər. Bununla bağlı Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət olunmuşdur. 2011-ci ildən İddiaçı mağazanı istifadə edir, lakin Cavabdeh tərəfindən buna qanunsuz müdaxilə etmişdir. Müqavilədən görünür ki, mağaza İddiaçı tərəfindən tikilmiş, torpaq sahəsi icarəyə götürülmüş və aylıq 240 manat məbləğində icarə haqqı ödəmişdir. İcarə haqqlarını hər ay bazarın işçilərinə vermişdir. İddiaçı xx xxxxx 2011-ci ildən ödənişlər etmiş lakin, ödəniş qəbzlərini özündə saxlamamışdır. Müqavilənin müddətsiz bağlanılması qanunvericiliyin tələblərinə zidd deyil, tərəflər özləri müqavilənin şərtlərini müəyyən etməkdə sərbəstdirlər. Eyni vaxta həm mağazanın tikilməsi, həm də icarəyə verilməsi tərəflərin iradə ifadəsinin nəticəsidir. Gündəlik haqqa uyğun olaraq hər ay icarə haqqı 240 manat müyyən edilmişdir. xx xxxxx 2011-ci il tarixli müqavilədə heç bir saxtakarlıq yoxdur. İddiaçı icarə müqaviləsinin əslini Kəpəz Rayon Məhkəməsinə təqdim etmişdir. İddiaçı öz yerindən çıxarılmışdır. İddiaçı Cavabdeh müraciət etmiş, lakin ona öz yeri verilməmişdir. xx xxxxx 2011-ci il tarixdə bağlanılmış müqavilədə 2016-cı ildə verilmiş şəxsiyyət vəsiqəsinin seriya nömrəsinin olması mexaniki səhvdir. Bu əsas vermir ki, müqavilə etibarsız sayılsın. 2011-ci ildən bu vaxta qədər Eyyubov xxxxx tərəfindən əqdlərin etibarsızlığı mübahisələndirilməmişdir. Təsisçi dəyişdiyindən mübahisələndirilir. Müstəqil tələb irəli sürən üçüncü şəxs hazırki iddia tələbini irəli sürərkən iddia müddətini ötürmüşdür. Kəsici iddia müddəti tətbiq edilməlidir. Məhkəmədən ilkin iddianın təmin edilməsi, üçüncü şəxsin iddiasının isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında ilkin iddianı qəbul etmədi və izahatında bildirdi ki, o bazara direktor gələndən sonra bilmişdir ki, Mübariz adlı şəxs bazarda çox adamı aldatmışdır. Mübariz kirvəsi Kərəmə demişdir ki, mağazanı tikib ona hədiyyə verəcəkdir. Kərəm də mağazanı qəbul edib icarəyə vermiş, hər ay pul almışdır. Əslində o iddiaçını məhkəməyə verməlidir. O İddiaçı heç bir qanunsuz hərəkət etməmişdir, o sadəcə olaraq sənəd tələb etmişdir. İddiaçı müqaviləni təqdim etməsini 3 ay gözləmiş, lakin o müqaviləni verməmişdir. Daha sonra içkili vəziyyətdə onun yanına gəlmişdir. İddiaçı əvvəlcə ona demişdir ki, mağazaya görə 15000 manat, daha sonra 20000 manat pul ödəmişdir. İddiaçı 4 aydan sonra 15 nəfər kişi ilə onun üstünə gəlmişdir. İddiaçı başa salmışdır ki, o bu mağazanın pulunu mənimsəmiş, ona görə də ona mağaza verməyəcəkdir. Ona görə də, məhkəmədən ilkin iddianın rədd edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürən üçüncü şəxs «xxxxxxxxxx» X3 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, hər iki icarə müqaviləsi saxtadır. Pəri xanım 2018-ci ildə Gəncə şəhərinə gəlmiş, 2019-cu ildən bazarın idarə olunması ona həvalə olunmuşdur. Bütün mağazaların sənədləşməsi aparılmışdır. Bütün icarəyə götürənlər müqavilələrini Cavabdeh təqdim etmişlər. Onlar bildirmişdilər ki, mağazaların tikilməsi üçün pul vermişlər. Daha sonra onlar Mübariz adlı şəxsə müraciət etmişlər. 2019-cu ilin əvvəlində İddiaçı çağırmış və mağazanı hansı əsasla işlətdiyini soruşmuşdur. O da həmin müqaviləni təqdim edəcəyini bildirmişdir. Hər iki icarə müqaviləsi iş məhkəmənin icraatında olan zaman hazırlanmışdır. Bu müqavilələr «xxxxxxxxxx» X7 təqdim edilməmişdir. xx xxxxx 2011-ci ildən xx xxxxx 2019-cu ilədək İddiaçı mağazadan istifadə etmişdir. Bazarın layihəsində Kərəmin istifadə etdiyi obyekt iş otağı kimi nəzərdə tutulmuşdur. Mübariz adlı şəxs həmin obyekti heç bir rəsmi sənəd olmadan Kərəmə vermişdir. Mübariz bazarın rəsmi işçisi olmamış, qeyri-rəsmi oranı tikmişdir. Müqavilələri ona göstərəndən sonra 2019-cu ilin əvvəlində Cavabdeh qarşı iddia qaldırmışdır. Kəpəz Rayon Məhkəməsində Cavabdeh bildiriş göndərilmədən xx xxxxxx 2019-cu il tarixində qiyabi qətnamə çıxarılmışdır. İcra məmuru bazara gələn zaman bilmişlər ki, qətnamə icraya yönəldilmişdir. O müqavilə bağlayaraq qətnamədən şikayət vermişdir. Onları cavabdeh kimi işə cəlb etmədikdə üçüncü şəxs qismində işə qoşulmuşlar. İddiaçı 35000 manat məbləğində pul ödəmişsə belə, həmin məbləğ «xxxxxxxxxx» X7 mədaxil edilməmişdir. Subyektiv hüquqları imkan verir ki, istifadə edilmiş müddət ərzində icarə haqqlarını tələb etsinlər. Əmlakın mülkiyyətçisi yoxdur. 2011-ci il tarixdə imzalanan müqavilədə 2016-cı il tarixində verilmiş şəxsiyyət vəsiqəsinin olması absurddur. Təqdim edilmiş icarə müqavilələrinin surətləri arasında ziddiyyət vardır. Verilmiş sorğuya cavabdan da görünür ki, heç bir müqavilə olmamışdır. Müqavilələr saxtadır. İddiaçı bildirmişdir ki, o həmin mağazaya 25000 manat pul vermişdir. İddiaçı 2018-ci ilə kimi həmin mağazanı işlətmiş və heç bir ödəniş etməmişdir. Onlar Kərəmlə heç bir müqavilə imzalamamışlar. İddiaçı özü də bunu etiraf edir ki, bu mağazanı illərdir ki, işlədir. Qanunsuz istifadə ilə bağlı pulu tələb edirlər. Cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın preyudisiallığının əhəmiyyəti yoxdur. İddiaçı pulu ödəsə belə həmin pulu Mübarizdən istəməlidir. «xxxxxxxxxx» X3 hesabına ödənilməmişdir. Bu səbəbdən, ilkin iddianın rədd edilməsini, üçüncü şəxsin iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası təmin edilməməli, müstəqil tələb irəli sürən üçüncü şəxs «xxxxxxxxxx» X3 iddiası qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirdi ki, “xxxxx” MMC-də mühasib işləyir. 2016-2019 illərdə «xxxxxxxxxx» X4 həm əmək haqqı, həm də materiallar üzrə mühasib işləmişdir. Müdriyyətdə dəyişiklik olduğu üçün bazardan çıxmışdır. Pəri xanım Rəbiyyənin mühasib olmasını bildirmiş, o da bütün sənədləri Rəbiyyə xanıma vermişdir. Mübariz rəsmi işçi olmamışdır. Mübarizin işə hansı şəxs qismində cəlb edilməsini bilmir, ancaq tikintinin icraçısının Mübariz olduğunu bilmişdir. Həmin müqavilələri tərtib etmiş, vermişdir. Müqavilələr hazılandıqdan sonra xxxxx müəllim imzalamışdır. Bazarda İddiaçı mağazasının olduğunu bilmişdir. İddiaçı pulu veribverməməsi barədə də bir söz deyə bilməz.Hər gün yer haqqı yığılmış, ümumi olaraq bir ədəd mədaxil qəbzi yazılmışdır. İddiaçı müqaviləsinin nə vaxt tərtib edildiyini xatırlamır. Lakin, həmin müqavilə onun öz xətti ilə yazılmaqla, müqaviləni şəxsən tərtib etmişdir. Müqaviləni tərtib edərkən mövcud sənədlərə baxıb müqaviləni yazmışdır. Müqavilənin əvvəlcə imzalanıb, daha sonra məlumatların doldurulması halı ola bilməz. İddiaçı müqavilələrində heç bir səhv yoxdur. Müqavilədəki seriya nömrələrinin fərqli olması ona indi məlum oldu. Ola bilər ki, İddiaçı əvvəlki müqaviləsi itmişdir, daha sonra 2016-cı ildə yenidən yazılmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, seriya nömrəsi AZE ******** olan şəxsiyyət vəsiqəsi xx.xx.2016-cı il tarixdə Gəncə şəhəri Kəpəz RPİ tərəfindən verilmişdir. İş materiallarına əlavə olunmuş “xxxxxxxxxx” X11 direktoru X18 ilə İddiaçı arasında bağlanmış xx xxxxx 2011-ci il tarixli icarə müqaviləsindən görünür ki, “xxxxxxxxxx” X17 tərəfindən 26 nömrəli mağaza sahibi İddiaçı aid olan uzunluğu 16,4 metr, eni 8,0 metr olan mağaza icarə haqqı hər ay üçün 240 manat müəyyən olunmaqla icarəçi İddiaçı müddətsiz icarəyə verilmişdir. Müqavilədə İddiaçı aid xx.xx.2016-cı il tarixdə Gəncə şəhəri Kəpəz RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin məlumatları öz əksini tapmışdır. İş materiallarına əlavə edilmiş “xxxxxxxxxx” X11 direktoru X18 ilə İddiaçı arasında bağlanmış xx xxxxx 2011-ci il tarixli 6 nömrəli müqavilənin surətindən görünür ki, “xxxxxxxxxx” X12 26 nömrəli, uzunluğu 16,4 metr, eni 8,0 metr olan mağaza sahibi İddiaçı öz şəxsi vəsaiti hesabına tikilmiş, ona görə də, mağazanın istismar səlahiyyəti sahibkarın özünə verilir. Müqavilədə İddiaçı aid xx.xx.2016-cı il tarixdə Gəncə şəhəri Kəpəz RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin məlumatları öz əksini tapmışdır. İş materiallarına əlavə olunmuş vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surətindən görünür ki, “xxxxxxxxxx” X17 xx.xx.2005-ci il tarixindən vergi ödəyicisidir. xx.xx.2019-cu il tarixdə verilmiş Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışının surətindən “xxxxxxxxxx” X11 hazırki qanuni təmsilçisi Cavabdehdır, əvvəlki qanuni təmsilçi X18 olmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin məlumatın təqdim olunması barədə məktubundan görünür ki, “xxxxxxxxxx” X11 direktoru X18 ilə İddiaçı arasında bağlandığı qeyd edilən xx xxxxx 2011-ci il tarixli müqavilələr vergi orqanında qeydiyyata alınmamış və müəssisə tərəfindən təqdim edilmiş bəyannamədəki gəlirlərin məbləğinə həmin icarə haqqının aid edilib-edilməməsi barədə məlumatın aşkar edilməsi mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Gəncə şəhər Baş Polis İdarəsi İstintaq və X8 Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X6 cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, X10 Mərkəzinin direktoru Cavabdeh ərizə və izahatında göstərmiş olduğu X10 Mərkəzinin hazırda yerləşdiyi ərazidə inşa edilməsi, 2003-cü ildən 2019-cu ilədək olan müddətdə icarə haqlarının yığılması zamanı tikintiyə və icarə haqlarına nəzarət funksiyalarını həyata keçirmiş X1 və Mövsümov Şahin Riza oğlunun ümumilikdə 12500000 manat pulun X10 Mərkəzinin xəzinədarlğına daxil edilməyərək dələduzluq yolu ilə ələ keçirmələri, eyni zamanda həmin şəxslərin onu öldürməklə hədələmələri xüsusatları öz təsdiqini tapmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanması cinayət hadisəsinin olmaması əsasına görə rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 700-cü maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Mülki Məcəllənin 337.3-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. İşin faktiki hallarından görünür ki, məhkəməyə təqdim edilmiş “xxxxxxxxxx” X11 direktoru X18 və İddiaçı arasında imzalanmış xx xxxxx 2011-ci il tarixli müqavilələrdə müqavilənin tərəfi olan İddiaçı aid məlumatlarda xx xxxxxx 2016-cı il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsi tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin məlumatları öz əksini tapmışdır. xx xxxxxx 2016-cı il tarixdə alınmış şəxsiyyət vəsiqəsindən istifadə etməklə xx xxxxx 2011-ci il tarixdə müqavilə bağlamaq isə mümkün deyil. Göründüyü kimi, “xxxxxxxxxx” X11 direktoru X18 ilə İddiaçı arasında bağlanmış xx xxxxx 2011-ci il tarixli müqavilələr ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan görünüş üçün bağlandığından uydurma əqd kimi etibarsız hesab edilməlidir. Məhkəmə hesab edir ki, “xxxxxxxxxx” X11 direktoru X18 ilə İddiaçı arasında bağlanmış xx xxxxx 2011-ci il tarixli icarə müqaviləsi, həmçinin həmin tarixli 6 nömrəli müqavilə hüquqi nəticələr yaratmadığı üçün bu müqavilələrə istinad etməklə irəli sürülmüş İddiaçı iddia tələbi təmin edilə bilməz. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı daşınmaz əmlak üzərində sahiblik, istifadə hüquqlarına qarşı edilən müdaxiləyə son qoyulması və daşınmaz əmlak üzərində sahiblik və istifadə hüquqlarının təmin edilməsi tələbinə dair iddiası təmin edilməməli, müstəqil tələb irəli sürən üçüncü şəxs «xxxxxxxxxx» X3 cavabdeh İddiaçı qarşı müqavilələrin etibarsız hesab olunması və qanunsuz istifadəyə görə ödənilməmiş pul məbləğinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilməli, «xxxxxxxxxx» X3 direktoru X18 ilə İddiaçı arasında bağlanmış xx xxxxx 2011-ci il tarixli icarə müqaviləsi və xx xxxxx 2011-ci il tarixli 6 saylı müqavilə etibarsız hesab edilməlidir. Müstəqil tələb irəli sürən üçün şəxsin iddiasının qalan hissəsi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, müstəqil tələb irəli sürən üçüncü şəxs mağazanın ona məxsus olduğunu və İddiaçı həmin mağazadan qanunsuz olaraq istifadə edib bəhər əldə etdiyini iddia etsə də, buna dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı daşınmaz əmlak üzərində sahiblik, istifadə hüquqlarına qarşı edilən müdaxiləyə son qoyulması və daşınmaz əmlak üzərində sahiblik və istifadə hüquqlarının təmin edilməsi tələbinə dair iddiası təmin edilməsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs «xxxxxxxxxx» X3 cavabdeh İddiaçı qarşı müqavilələrin etibarsız hesab olunması və qanunsuz istifadəyə görə ödənilməmiş pul məbləğinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. «xxxxxxxxxx» X3 direktoru X18 ilə İddiaçı arasında bağlanmış xx xxxxx 2011-ci il tarixli icarə müqaviləsi və xx xxxxx 2011-ci il tarixli 6 saylı müqavilə etibarsız hesab edilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim RəşadMəmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar