Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-475/2020 01.07.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlu, iddiaçı x1 cavabdeh Göygöl rayon İcra qrupuna qarşı qeyri-yaşayış binasının və torpaq sahəsinin yenidən qiymətləndirilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı x2 iddia ərizəsi ilə Gəncə Kommersiya məhkəməsinə cavabdeh Göygöl rayon İcra qrupuna (maraqlı şəxs “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC) qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək ona məxsus olan əmlak kompleksi olan qeyri-yaşayış binasının və torpaq sahələrinin yenidən qiymətləndirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, mübahisəyə kommersiya mübahisəsi kimi baxılmalı olmadığından ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, ərizənin məzmunundan görünür ki, başa çatmış icraat mövcuddur və bu barədə Gəncə Apellyasiya Məhkəməsi tərəfindən icra sənədi verilmişdir. İddiaçı hazırda həmin icra sənədinin icrası ilə bağlı əmlakın qiymətləndirilməsindən narazılığını bildirir. Göründüyü kimi mübahisə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrası ilə bağlı məsələlərlə əlaqədardır. Ona görə də bu məsələyə ayrıca iddia icraatı qaydasında mahiyyəti üzrə baxılmalı deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərhinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında təsbit edilmişdir ki, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. Həmin qərarda Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir.” -“Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.” -“Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir.” Qeyd edilən normanın şərhinə əsasən hesab edirəm ki, cavabdehin mübahisə edilən hərəkəti (qərarı) icra sənədinin icrası ilə bağlı olmuş, ona görə də iddiaçı sözügedən hərəkətin qanuniliyini icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət verməklə mübahisələndirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-cü maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə iddia ərizəsinin icraata qəbul edilməsindən imtian edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı x1 cavabdeh Göygöl rayon İcra qrupuna qarşı qeyri-yaşayış binasının və torpaq sahəsinin yenidən qiymətləndirilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2-2(115)-475/2020
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-475/2020
01.07.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver