Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-50/2022 16.02.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əhməd Nicat Ramiz oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 006R********** saylı kredit razılaşması üzrə 123414 manat 32 qəpik kredit borcu, 12447 manat 72 qəpik faiz borcu və 41956 manat 72 qəpik cərimə borcu olmaqla, ümumilikdə cəmi 177818 manat 76 qəpik borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 30 manat rüsum və 60 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh3 məxsus Şəmkir rayonu Keçili kəndində yerləşən 4.4060 ha torpaq sahəsinə və Şəmkir şəhərində yerləşən 0.30 ha torpaq sahəsinə, həmçinin X1 məxsus Şəmkir şəhəri 20 Yanvar küçəsində yerləşən 127 nömrəli qeyri yaşayış binası mağazaya (0.01373 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 177818 manat 76 qəpik borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 30 manat rüsumun və 60 manat xidmət haqqının bankın xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması rayonu Keçili kəndində yerləşən 4.4060 ha torpaq sahəsinə, Şəmkir şəhərində 0.30 ha torpaq sahəsinə və Şəmkir şəhəri 20 Yanvar küçəsində yerləşən 127 nömrəli yaşayış binası mağazaya (0.01373 ha torpaq sahəsi ilə birlikdə) tutma yönəldildikdən və onlar satıldıqdan 1 ay sonra əmlakların boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 27.08.2018-ci il tarixli 006L**********57 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 10000000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 04.09.2018-ci il tarixli 006R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 230000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 30.08.2019-cu il tarixli 006R**********S saylı, 20.05.2020-ci il tarixli 006R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 04.09.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 106585 manat 68 qəpik ödəmiş, onun 123414 manat 32 qəpik məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirirlər ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 23.04.2021-ci il tarixə 231 gün üçün hesablanmış faiz borcu 12447 manat 72 qəpik təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 23.04.2021-ci il tarixə 231 gün üçün hesablanmış cərimə 41956 manat 72 qəpik təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 "AccessBank” QSC ilə bağladığı 03.09.2018-ci il tarixli 3M-450 reyestr nömrəli ipoteka müqaviləsi əsasında Şəmkir rayonu Keçili kəndində yerləşən 4.4060 ha torpaq sahəsini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 176 №-li reyestr kitabının 32 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Şəmkir rayonu Keçili kəndində yerləşən 4.4060 ha torpaq sahəsi Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə poteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh3 ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 04.03.2021-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinə təqdim olunmuş və 10.03.2021-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 sayh Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Şəmkir rayonu Keçili kəndində yerləşən 4.4060 ha torpaq sahəsi İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilərkən ipoteka qoyanın həyat yoldaşı X4 notariat kontoruna ərizə təqdim edərək əmlakın ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş, əmlaka tutma yönəldildikdə və o satıldıqda əmlakı qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. Bundan başqa uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 "AccessBank” QSC ilə bağladığı 03.09.2018-ci il tarixli 3M-449 reyestr nömrəli ipoteka müqaviləsi əsasında Şəmkir şəhərində yerləşən 0.30 ha torpaq sahəsini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 5 №-li reyestr kitabının 180 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Şəmkir şəhərində yerləşən 0.30 ha torpaq sahəsi Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh3 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci -əndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 04.03.2021-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinə təqdim olunmuş və 10.03.2021-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Şəmkir şəhərində yerləşən 0.30 ha torpaq sahəsi İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilərkən ipoteka qoyanın həyat yoldaşı X4 notariat kontoruna ərizə təqdim edərək əmlakın ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş, əmlaka tutma yönəldildikdə və o satıldıqda əmlakı qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. Bundan başqa uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə X3 "AccessBank” QSC ilə bağladığı 03.09.2018-ci il tarixli 3M-448 reyestr nömrəli ipoteka müqaviləsi əsasında Şəmkir şəhəri 20 Yanvar küçəsində yerləşən 127 nömrəli qeyri yaşayış binası mağaza (0.01373 ha torpaq sahəsi ilə birlikdə) İddiaçı QSCnin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 2 №-li reyestr kitabının 43 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Şəmkir şəhəri 20 Yanvar küçəsində yerləşən 127 nömrəli qeyri yaşayış binası mağaza (0.01373 ha torpaq sahəsi ilə birlikdə) Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh3 ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 04.03.2021-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinə təqdim olunmuş və 10.03.2021-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Şəmkir şəhəri 20 Yanvar küçəsində yerləşən 127 nömrəli qeyri yaşayış binası mağaza 0.01373 ha torpaq sahəsi ilə birlikdə) AccessBank QSC qarşısında ipoteka ilə yüklü edilərkən Məmmədov Məzahir Əli oğlu notariat kontoruna ərizə təqdim edərək əmlakın ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş, əmlaka tutma yönəldildikdə və o satıldıqda əmlakı qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. Şəmkir Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2(076)-1674/2021 saylı qərardadı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit borcunun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, borcdan heç bir ödəniş edilməmişdir. Ekspert rəyi ilə razıdır. Cərimə ilə bağlı məsələni isə məhkəmənin mülahizəsinə verir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 27.08.2018-ci il tarixli 006L**********57 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, İddiaçı QSC-nin Gəncə filialı tərəfindən Cavabdeh1 120 ay müddətinə 10000000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan 27.08.2018-ci il tarixli uzunmüddətli kredit müqaviləsi üzrə 04.09.2018-ci il tarixli 006R********** nömrəli kredit razılaşmasından görünür ki, Cavabdeh1 İddiaçı QSC-dən 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 230000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 30.08.2019-cu il tarixli 006R**********S saylı və 20.05.2020ci il tarixli 006R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh1 06.05.2021-ci il tarixə 123414 manat 32 qəpik əsas borcu, 12447 manat 72 qəpik faiz borcu, 41956 manat 72 qəpik cərimə borcu, cəmi 177818 manat 76 qəpik məbləğində borcun olması göstərilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 19 yanvar 2022-ci il tarixli 9/229 nömrəli rəyindən görünür ki, Cavabdeh1 23.04.2021-ci il tarixinə İddiaçı QSC-yə 123414 manat 32 qəpik əsas borc, 12447 manat 72 qəpik faiz, cəmi 135862 manat 04 qəpik məbləğində borcunun olması müəyyən edilmişdir. Tədqiqatın dəyəri 150 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 iddiaçıdan kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. 04.09.2018-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh3 və Cavabdeh2 kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 03 sentyabr 2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh2 mülkiyyətində olan Şəmkir şəhəri 20 Yanvar küçəsində yerləşən 0.01373 ha torpaq sahəsi ilə birlikdə 127 nömrəli qeyri yaşayış binasını banka ipotekaya qoymuşdur. 03 sentyabr 2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh3 mülkiyyətində olan Şəmkir rayonu, Keçili kəndində olan 4.4060 ha torpaq sahəsini banka ipotekaya qoymuşdur. 03 sentyabr 2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh3 mülkiyyətində olan Şəmkir şəhərində olan 0.30 ha torpaq sahəsini banka ipotekaya qoymuşdur. "xxxx" MMC-in 28.10.2021-ci il tarixli 401/AB/21 nömrəli rəyindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının real dəyəri 150000 manat, likvid qiyməti 135000 manat təşkil edir. Tədqiqatın dəyəri 300 manat təşkil etmişdir. "xxxx" MMC-in 28.10.2021-ci il tarixli 402/AB/21 nömrəli rəyindən görünür ki, Cavabdeh3 mülkiyyətində olan Şəmkir rayonu, Keçili kəndində yerləşən 4.4060 ha torpaq sahəsinin real dəyəri 55000 manat, likvid qiyməti 40000 manat təşkil edir. Tədqiqatın dəyəri 250 manat təşkil etmişdir. "xxxx" MMC-in 28.10.2021-ci il tarixli 403/AB/21 nömrəli rəyindən görünür ki, Cavabdeh3 mülkiyyətində olan Şəmkir şəhərində yerləşən Cavabdeh3 məxsus 0.30 ha torpaq sahəsinin real dəyəri 95000 manat, likvid qiyməti 75000 manat təşkil edir. Tədqiqatın dəyəri 250 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bildiriş məktublarından görünür ki, İddiaçı QSC əsas cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə ona - ipoteka qoyana xəbərdarlıq etmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan İddiaçı QSC ipoteka ilə yüklü edilmiş qeyri-yaşayış binasını və torpaq sahələrini açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 123414 manat 32 qəpik əsas borc, 12447 manat 72 qəpik məbləğində faiz borcu, 2000 manat cərimə borcu olmaqla, cəmi 137862 manat 04 qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Tələb üzrə tutma cavabdehlər Cavabdeh3 məxsus Şəmkir rayonu, Keçili kəndində yerləşən 4.4060 hektar torpaq sahəsinə və Şəmkir şəhərində yerləşən 0.30 hektar torpaq sahəsinə, həmçinin Cavabdeh2 məxsus Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən 0.01373 hektar torpaq sahəsi ilə birgə 127 nömrəli qeyri yaşayış binasına yönəldilməlidir. Həmin torpaq sahələri və qeyri yaşayış binası açıq hərracdan satılmalıdır. Şəmkir rayonu, Keçili kəndində yerləşən 4.4060 hektar torpaq sahəsinin ilkin satış qiyməti 40000 manat, Şəmkir şəhərində yerləşən 0.30 hektar torpaq sahəsinin ilkin satış qiyməti 75000 manat, Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən 0.01373 hektar torpaq sahəsi ilə birgə 127 nömrəli qeyri yaşayış binasının ilkin satış qiyməti 135000 həddində müəyyən edilməlidir. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı QSC-yə ödənilməlidir. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qaytarılmalıdır. Torpaq sahələri və qeyri yaşayış binasının satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Açıq hərrac keçirildikdən 1 ay sonra torpaq sahələri və qeyri yaşayış binası boşaldılmalıdır. Cavabdeh3 150 manat məbləğində ekspertiza xərci tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, 500 manat məbləğində qiymətləndirmə haqqı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Cavabdeh2 300 manat məbləğində qiymətləndirmə haqqı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, dəbbə puluna dair hissədə məhkəmə qeyd edir ki, bank dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 2000 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borc və faizin tutulması ilə yanaşı 2000 manat məbləğində dəbbə pulunun tutulması banka dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 123414 manat 32 qəpik əsas borc, 12447 manat 72 qəpik məbləğində faiz borcu, 2000 manat cərimə borcu olmaqla, cəmi 137862 manat 04 qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq İddiaçı QSC-yə ödənilsin. Tələb üzrə tutma cavabdehlər Cavabdeh3 məxsus Şəmkir rayonu, Keçili kəndində yerləşən 4.4060 hektar torpaq sahəsinə və Şəmkir şəhərində yerləşən 0.30 hektar torpaq sahəsinə, həmçinin Cavabdeh2 məxsus Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən 0.01373 hektar torpaq sahəsi ilə birgə 127 nömrəli qeyri yaşayış binasına yönəldilsin. Həmin torpaq sahələri və qeyri yaşayış binası açıq hərracdan satılsın. Şəmkir rayonu, Keçili kəndində yerləşən 4.4060 hektar torpaq sahəsinin ilkin satış qiyməti 40000 manat, Şəmkir şəhərində yerləşən 0.30 hektar torpaq sahəsinin ilkin satış qiyməti 75000 manat, Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən 0.01373 hektar torpaq sahəsi ilə birgə 127 nömrəli qeyri yaşayış binasının ilkin satış qiyməti 135000 həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı QSC-yə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qaytarılsın. Torpaq sahələri və qeyri yaşayış binasının satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq İddiaçı QSC-yə ödənilsin. Açıq hərrac keçirildikdən 1 ay sonra torpaq sahələri və qeyri yaşayış binası boşaldılsın. Cavabdeh3 150 manat məbləğində ekspertiza xərci tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, 500 manat məbləğində qiymətləndirmə haqqı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Cavabdeh2 300 manat məbləğində qiymətləndirmə haqqı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2-2(115)-50/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-50/2022
16.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver