Məhkəmə qərarları › İş №2-2(115)-538/2021

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-538/2021

31.05.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-538/2021 31.05.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidmətinin X3 Təsərrüfatı Mərkəzinin cavabdeh X1 qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehin fəaliyyətinə xitam verilməsi, meşə fondu torpağını cavabdehin hesabına boşaldılıb əvvəlki vəziyyətə qaytarılması, ərazidən çıxarılma tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidmətinin X3 Təsərrüfatı Mərkəzi cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək icarə müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehin fəaliyyətinə xitam verilməsi, meşə fondu torpağını cavabdehin hesabına boşaldılıb əvvəlki vəziyyətə qaytarılması, ərazidən çıxarılma tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidmətinin X3 Təsərrüfatı Mərkəzi tərəfindən məhkəməyə ərizə göndərilərək ərizənin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsinin və ona əlavə edilən sənədlərin geri qaytarılması barədə ərizəsinə hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 266-268-ci maddələrinin tələblərinə əsasən məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidmətinin X3 Təsərrüfatı Mərkəzinin cavabdeh X1 qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehin fəaliyyətinə xitam verilməsi, meşə fondu torpağını cavabdehin hesabına boşaldılıb əvvəlki vəziyyətə qaytarılması, ərazidən çıxarılma tələbinə tələbi barədə ərizəsi geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar