Məhkəmə qərarları › İş №2-2(115)-55/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-55/2022

13.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-55/2022 13.06.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X7, Cavabdeh1 iştirakı ilə İddiaçı Bank Olmayan Kredit X13 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X2, X8, X5 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1, X2, X8, X5 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 İddiaçı BOKT ASC-nin xeyrinə 14199 manat 71 qəpik əsas borc, 14277 manat 07 qəpik hesablanmış faiz, 34569 manat 83 qəpik hesablanmış dəbbə, cəmi 63046 manat 61 qəpik kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına, 02.02.2015-ci il tarixli, 25/15 saylı kredit müqaviləsi üzrə tələbin Cavabdeh1 özünə məxsus olan Şəmkir şəhərində olan 0.9536 ha və 0.6817 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, 4 otaqlı, 79.6 kv.m yaşayış, 163.2 kv.m yardımçı sahədən ibarət 242.8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evini köməkçi sahələri ilə birlikdə fərdi yaşayış evinə və Şəmkir şəhərində olan 1.9861 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsi, 0.9536 ha və 0.6817 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin dəyərinin 18063 manat, fərdi yaşayış evinin dəyərinin 51000 manat və 1.9861 ha torpaq sahəsinin dəyərinin 21937 manat qiymətlə hərrac çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməsi, fərdi yaşayış evində yaşayanların - Cavabdeh1, X1, X6, X4 və Cavabdeh2 fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılması, mənzilin məcburi boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə əvvəlki "xxxx" ASC arasında 02.02.2015-ci il tarixli, 25/15 saylı kredit müqaviləsi imzalanmışdır. Müvafiq olaraq 02.02.2015-ci il tarixli, 25/15 saylı kredit müqaviləsi üzrə 60 ay müddətinə, 7 faiz olmaqla, 24 ay güzəşt müddəti olmaqla 60000 manat məbləğində kredit verilmişdir. 02.02.2015-ci il tarixli, 25/15 saylı kredit müqaviləsinin təminatı kimi 02.02.2015-ci il tarixli, 25/15 saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 özünə məxsus olan Şəmkir şəhərində xüsusi mülkiyyətdə olan 0.9536 ha və 0.6817 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrini ipoteka ilə yüklü etmişdir. Eyni zamanda 10.02.2011ci il tarixli 52/11 saylı ipoteka müqaviləsinə 02.02.2015-ci il tarixli 2 nömrəli əlavə ilə Cavabdeh1 özünə məxsus olan ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, 4 otaqlı, 79.6 kv.m yaşayış, 163.2 kv.m yardımçı sahədən ibarət 242.8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evini köməkçi sahələri ilə birlikdə ipoteka ilə yüklü etmişdir. Həmçinin 21.11.2012ci il tarixli, 866/12 saylı ipoteka müqaviləsinə 02.02.2015-ci il tarixli 2 saylı əlavə ilə Cavabdeh1 özünə məxsus olan 1.9861 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini ipoteka ilə yüklü etmişdir. İpoteka müqavilələri notariusda təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Kredit müqavilələrinin 2.9-cu bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin qalıq məbləğinin 0.2 faiz həcmində dəbbə pulu tələb edir; 5.5-ci bəndinə əsasən isə müqavilədə nəzərdə tutulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə aid edildikdə faizləri ikiqat hesablayıb borcludan tələb edir. 02.02.2015-ci il tarixli, 25/15 saylı kredit müqavilələrinə əsasən Cavabdeh1 BOKT-a 14199 manat 71 qəpik əsas borc, 14277 manat 07 qəpik hesablanmış faiz, 34569 manat 83 qəpik hesablanmış dəbbə, cəmi 63046 manat 61 qəpik borcu vardır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdehlər bildirişə münasibət bildirməmişlər. Cavabdehlər kredit müqavilələrindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun və xərclərin əvəzinin ödənilməsinə yönəldilməlidir. 02.02.2015-ci il tarixli, 25/15 saylı ipoteka müqaviləsinə əsasən 0.6817 ha və 0.9536 ha hər iki lərpaq sahəsi 18063 manat, fərdi yaşayış evi 51000 manat, 1.9861 ha torpaq sahəsi isə 21937 manat dəyərində qiymətləndirilmişdir. Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən verilən forma 2 arayışından da göründüyü kimi fərdi yaşayış evində cavabdehin ailə üzvləri, X3, X11, X9 və Cavabdeh2 yaşayırlar. Şəmkir Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 2(076)-1528/2021 saylı qərardadına əsasən İddiaçı Bank Olmayan Kredit X13 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X2, X8, X5 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə verərək Cavabdeh1 İddiaçı BOKT ASC-nin xeyrinə 14199 manat 71 qəpik əsas borc, 14277 manat 07 qəpik hesablanmış faiz, 34569 manat 83 qəpik hesablanmış dəbbə, cəmi 63046 manat 61 qəpik kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına, 02.02.2015-ci il tarixli, 25/15 saylı kredit müqaviləsi üzrə tələbin Cavabdeh1 özünə məxsus olanı Şəmkir şəhərində olan 0.9536 ha və 0.6817 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, 4 otaqlı, 79.6 kv.m yaşayış, 163.2 kv.m yardımçı sahədən ibarət 242.8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evini köməkçi sahələri ilə birlikdə fərdi yaşayış evinə və Şəmkir şəhərində olan, 0.9536 ha və 0.6817 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin dəyərinin 18063 manat, fərdi yaşayış evinin dəyərinin 51000 manat qiymətlə hərrac çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməsi, fərdi yaşayış evində yaşayanların - Cavabdeh1, X1, X6, X4 və Cavabdeh2 fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılması, mənzilin məcburi boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X12 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehin ipoteka predmeti olan 1.9861 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bankın yüklülüyündən azad olunub və bununla bağlı hissədə iddia tələbini müdafiə etmirlər. İddia tələbinin həcminin azaldılması barədə ərizəni nəzərə alaraq, iddianın təmin edilməsini məhkmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, cərimə və faiz borcu çox hesablanıb, bundan ötrü cərimə və faizin azaldılmasını xahiş etdi. Cavabdehlər X2, X8, X5 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər X3, X11, X9 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə işə cavabdehlər X1, X6, X4 və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 02 fevral 2015-ci il tarixli 25/15 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC (hazırki adı İddiaçı BOKT ASC) tərəfindən Cavabdeh1 heyvandarlığın inkişafı məqsədilə illik 7 faiz kreditdən istifadəyə görə haqq ödəmək şərtilə, 24 aylıq güzəştlə, 60 ay müddətinə 60000 manat məbləğində kredit verilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh1 02 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 14199 manat 71 qəpik əsas borcu, 14277 manat 07 qəpik hesablanmış faiz borcu, 34569 manat 83 qəpik hesablanmış dəbbə pulu olmaqla, cəmi 63046 manat 61 qəpik məbləğində borcunun olması göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 iddiaçıdan kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. 02 fevral 2015-ci il tarixli 25/15 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 məxsus olan Şəmkir şəhərində yerləşən 0.9536 ha və 0.6817 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri banka ipotekaya qoyulmuşdur. 10 fevral 2011-ci il tarixli 52/11 nömrəli ipoteka müqaviləsinə 02.02.2015-ci tarixli 2 nömrəli əlavədən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, 4 otaqlı, 79.6 kv.m yaşayış, 163.2 kv.m yardımçı sahədən ibarət 242.8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi köməkçi sahələri ilə birlikdə banka ipotekaya qoyulmuşdur. 21.11.2012-ci il tarixli 866/12 nömrəli ipoteka müqaviləsinə 02.02.2015-ci tarixli 2 nömrəli əlavədən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 məxsus olan Şəmkir şəhərində olan 1.9861 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi banka ipotekaya qoyulmuşdur. 02 fevral 2015-ci il tarixli 25/15 saylı daşınar əmlakın girov müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 məxsus olan 3900 manat dəyərində ev əşyaları banka girova qoyulmuşdur. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, Cavabdeh1 məxsus olan Şəmkir şəhərində yerləşən 0.9536 ha və 0.6817 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin, ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, 4 otaqlı, 79.6 kv.m yaşayış, 163.2 kv.m yardımçı sahədən ibarət 242.8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin köməkçi sahələri ilə birlikdə və Şəmkir şəhərində olan 1.9861 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. Məhkəmənin qərardadına əsasən təyin edilərək alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 29.04.2022-ci il tarixli 9/1705 nömrəli rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 02 fevral 2015-ci il tarixli 25/15 saylı kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq Cavabdeh1 müqavilə müddəti üçün və müqavilə müddəti bitən tarixdən sonrakı ödənişləri nəzərə alınmaqla İddiaçı BOKT ASC-yə olan borcu müqavilənin bitmə tarixinə, yəni 02.02.2020-ci il tarixə əsas borc üzrə 18397 manat 73 qəpik, faiz borcu üzrə 82 manat 28 qəpik, maliyyə arayışının tarixinə 19.02.2021-ci il tarixə illik 5 faiz hesablamaqla əsas borc üzrə 11975 manat 11 qəpik, faiz borcu üzrə 479 manat müəyyən olunmuşdur. Tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. Məhkəmənin qərardadına əsasən təyin edilərək alınmış 30.11.2021-ci il tarixli 450/PB/21 saylı əmlakın qiymətləndirilməsi üzrə ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, 4 otaqlı, 79.6 kv.m yaşayış, 163.2 kv.m yardımçı sahədən ibarət 242.8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin bazar dəyəri 60000 manat, likvid dəyəri 55000 manat təşkil etmişdir.Tədqiqatın dəyəri 350 manat təşkil etmişdir. Məhkəmənin qərardadına əsasən təyin edilərək alınmış 30.11.2021-ci il tarixli 449/PB/21 saylı əmlakın qiymətləndirilməsi üzrə ekspert rəyindən görünür ki, Cavabdeh1 məxsus olan Şəmkir şəhərində olan 0.6817 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bazar dəyəri 10000 manat, likvid dəyəri 9000 manat təşkil etmişdir.Tədqiqatın dəyəri 200 manat təşkil etmişdir. Məhkəmənin qərardadına əsasən təyin edilərək alınmış 30.11.2021-ci il tarixli 447/PB/21 saylı əmlakın qiymətləndirilməsi üzrə ekspert rəyindən görünür ki, Cavabdeh1 məxsus olan Şəmkir şəhərində olan 1.9861 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bazar dəyəri 25000 manat, likvid dəyəri 22000 manat təşkil etmişdir.Tədqiqatın dəyəri 200 manat təşkil etmişdir. Məhkəmənin qərardadına əsasən təyin edilərək alınmış 30.11.2021-ci il tarixli 448/PB/21 saylı əmlakın qiymətləndirilməsi üzrə ekspert rəyindən görünür ki, Cavabdeh1 məxsus olan Şəmkir şəhərində olan 0.9536 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bazar dəyəri 14000 manat, likvid dəyəri 12000 manat təşkil etmişdir.Tədqiqatın dəyəri 200 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bildiriş məktublarından görünür ki, İddiaçı BOKT ASC cavabdehlərə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə onlara- ipoteka qoyanlara xəbərdarlıq etmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan İddiaçı BOKT ASC ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evini açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 11975 manat 11 qəpik əsas borc, 82 manat 28 qəpik faiz borcu, 700 manat cərimə borcu olmaqla, cəmi 12757 manat 39 qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı Bank Olmayan Kredit X13 Cəmiyyətinə ödənilməli, tələb üzrə tutma Cavabdeh1 məxsus Şəmkir şəhərində yerləşən 0.9536 ha və 0.6817 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə və Şəmkir şəhəri, Rahib Məmmədov küçəsində yerləşən 20 saylı fərdi yaşayış evinə yönəldilməli, həmin torpaq sahələri və fərdi yaşayış evi açıq hərracdan satılmalı, Şəmkir şəhərində yerləşən 0.9536 ha torpaq sahəsinin ilkin satış qiyməti 12000 manat, 0.6817 hektar torpaq sahəsinin ilkin satış qiyməti 9000 manat, Şəmkir şəhəri, Rahib Məmmədov küçəsində yerləşən 20 saylı fərdi yaşayış evin ilkin satış qiyməti 55000 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı Bank Olmayan Kredit X13 Cəmiyyətinə ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılmalı, torpaq sahələrinin və fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh1 tutularaq İddiaçı Bank Olmayan Kredit X13 Cəmiyyətinə ödənilməli, açıq hərrac keçirildikdən 1 ay sonra cavabdehlər Cavabdeh1, X3, X11, X9 və Cavabdeh2 fərdi yaşayış evindən çıxarılsın və fərdi yaşayış evi boşaldılmalı, Cavabdeh1 100 manat məbləğində ekspertiza xərci tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin, 750 manat məbləğində qiymətləndirmə haqqı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, mötəbərliyi şübhə doğurmayan məhkəmə-mühasibatlıq ekspertizasının 29.04.2022-ci il tarixli 9/1705 nömrəli rəyinə əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə əsas borcu 11975 manat 11 qəpik, faiz borcu isə 82 manat 28 qəpik müəyyən olunduğundan, iddia tələbinin əsas və faiz borcuna dair qalan hissəsi təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edirki, 700 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Bundan başqa, cavabdehlər Cavabdeh1, X1, X6, X4 və Cavabdeh2 mənzildən istifadə hüququna xitam verilməsi barədə iddia tələbi hazırki mərhələdə təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 11975 manat 11 qəpik əsas borc, 82 manat 28 qəpik faiz borcu, 700 manat cərimə borcu olmaqla, cəmi 12757 manat 39 qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı Bank Olmayan Kredit X13 Cəmiyyətinə ödənilsin. Tələb üzrə tutma Cavabdeh1 məxsus Şəmkir şəhərində yerləşən 0.9536 ha və 0.6817 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə və Şəmkir şəhəri, Rahib Məmmədov küçəsində yerləşən 20 saylı fərdi yaşayış evinə yönəldilsin. Həmin torpaq sahələri və fərdi yaşayış evi açıq hərracdan satılsın. Şəmkir şəhərində yerləşən 0.9536 ha torpaq sahəsinin ilkin satış qiyməti 12000 manat, 0.6817 hektar torpaq sahəsinin ilkin satış qiyməti 9000 manat, Şəmkir şəhəri, Rahib Məmmədov küçəsində yerləşən 20 saylı fərdi yaşayış evin ilkin satış qiyməti 55000 manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı Bank Olmayan Kredit X13 Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılsın. Torpaq sahələrinin və fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh1 tutularaq İddiaçı Bank Olmayan Kredit X13 Cəmiyyətinə ödənilsin. Açıq hərrac keçirildikdən 1 ay sonra cavabdehlər Cavabdeh1, X3, X11, X9 və Cavabdeh2 fərdi yaşayış evindən çıxarılsın və fərdi yaşayış evi boşaldılsın. Cavabdeh1 100 manat məbləğində ekspertiza xərci tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin, 750 manat məbləğində qiymətləndirmə haqqı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar