Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-570/2021 17.08.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, iddiaçı X1, Cavabdeh1 Kərim oğlunun iştirakları ilə, İddiaçı X1 Cavabdeh1 qarşı pul tələbinə dair iqtisadi işə məhkəmənin binasında, məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı X1 Cavabdeh1 və Cavabdeh2 İsrafil oğluna qarşı iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 6247 manat əsas borc və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2958/2019 nömrəli, 23 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.Cavabdeh1 həmin qətnamədən apelyasiya şikayəti verilmişdir. Gəncə Apelyasiya Məhkəməsi 2(104)-1712/2020 nömrəli, 03 iyun 2020-ci il tarixli qətnaməsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin (043)-2958/2019 nömrəli, 23 oktyabr tarixli qətnaməsi ləğv edilərək, qətnamə qalan hissədə, yəni 1000 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. İddiaçı X3 tərəfindən həmin qətnamədən kassasiya şikayəti verilmişdir.Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5122/20 nömrəli, 03 noyabr 2020-ci il tarixli qərarı ilə kassasiya şikayətini qismən təmin edilmiş, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1712/2020 nömrəli, 03 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-1581/2021 nömrəli, 01 aprel 2021-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2958/2019 saylı qətnaməsi ləğv edilərək iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdı ki, iddiaçı əvvəllər Gəncə şəhər «Mərkəzi Kolxoz» bazarında yerləşən topdan satış mağazasında işləmişdir. Mağazada hər növ siqaret satışı ilə məşğul olmuşdur. O, Cavabdeh1 Kəpəz rayonunda “Pasyolka” adlanan ərazidə köşk mağazası işlətdiyinə görə tanımışdır. Cavabdeh1 köşkünü gah özü, gah da qohumu (yəni yeznəsi) Cavabdeh2 İsrafil oğlu işlətmişdir. Cavabdeh1 onun mağazasından siqaret mallarını nisyə alıb, öz mağazasında satmış və pulunu hissə-hissə ödəmişdir. Ondan malları gah Ruslan, gah da Anar götürmüşlər. Sonradan nisyə çox yığıldığından və bir müddət pul verilmədiyindən yəni 6247 manat borcun yarandığını görüb, o, cavabdehə mal verməmiş və nisyə verdiyi malların pulunu tələb etmişdir. Həmin vaxt Ruslan bildirmişdir ki, borcun yığıldığını bilir və tezliklə ödəyəcəkdir. Lakin bir müddətdən sonra Ruslan ona bildirmişdir ki, həmin məbləğdən 2147 manatı ona aiddir və qalan məbləğ Anara aiddir. Halbuki, Anar Ruslanın mağazasında satıcı işləmişdir və o, siqaretləri Ruslanın sifarişi ilə satıcısı Anara vermişdir. O, dəfələrlə Ruslandan ondan aldığı malların dəyərini tələb etdikdə hər dəfə müxtəlif bəhanələr edərək maşınını satıb onun pulunu qaytaracağını bildirmişdir. Lakin keçən müddət ərzində Cavabdeh1 ona borclu olduğu pulu qaytarmadığı üçün məcbur olub məhkəməyə müraciət etmişdir. İddiaçı X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdehin dükanına onun sifarişinə əsasən ayrı-ayrı vaxtlarda müxtəlif növdən olan siqaretlər vermişdir. Lakin cavabdeh aldığı malların pulunu ödəmədiyindən 6247 manat borcu qalmışdır. Odur ki, həmin pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddiaçı X2 1000 manat borcu olduğunu qəbul etmiş bundan başqa borcunun olmadığını bildirmişdir. Məhkəmə iş materiallarına, tərəflərin izahatını və məhkəmə iclasında tədqiq edilən sübutlara hərətəfli, tam, obyektiv və qərərsiz baxaraq ,işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, sübutetmə hüququnun prinsiplərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı iş üzrə iddiaçı cavabdehə müxtəlif vaxtlarda ümumilikdə 6247 manat məbləğində siqaretlərin satdığını bildirsə də, malların cavabdeh tərəfindən qəbul edilməsini və ya borcun mövcudluğunu təsdiq edən digər sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh 17 avqust 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında vermiş olduğu izahatında iddiaçıya 1000 manat borcunun olduğunu etiraf etdiyindən iddia tələbi yalnız həmin hissə üzrə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borcun qaytarılması ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş borcun qaytarılması məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutlmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir; Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 1000 (min manat) manat əsas borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı X1 xeyrinə ödənilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241-242, 244, 253.3 və 360-cı maddələrinə əsasən qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 1000 (min) manat pul və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı X1 xeyrinə verilsin. İddia qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2-2(115)-570/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-570/2021
17.08.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver