Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-59/2025 01.04.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 006L**********94 saylı uzunmüddətli kredit müqaviləsinin və xx.xx.2020-ci il tarixli 006R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh1, X3, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 006R********** saylı kredit razılaşması üzrə 20940,89 manat məbləğində kredit borcu, 2499,24 manat məbləğində faiz borcu və 4076,53 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 27516,66 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin X2 mülkiyyətində olan, Gəncə şəhəri, Şeyx Bahəyəddin küçəsində istifadədə olan 0,00495 ha torpaq sahəsində yerləşən 42,4 kv.m. ümumi sahədən ibarət 35A nömrəli qeyri-yaşayış binasına yönəldilməsi, həmin binanın satılması və tələb olunan pul vəsaitinin ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, X3, Cavabdeh2 və Cavabdeh3 ümumi müştərək qaydada tutulması, X2 mülkiyyətində olan Gəncə şəhəri, Şeyx Bahəyəddin küçəsində istifadədə olan 0,00495 ha torpaq sahəsində yerləşən 42,4 kv.m. ümumi sahədən ibarət 35A nömrəli qeyri-yaşayış binasına tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin qeyri-yaşayış sahəsinə X2 və Cavabdeh4 istifadə hüququnun itirilməsi, həmin əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 006L**********94 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə ******* (bir milyon) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli 006R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 22000 (iyirmi iki min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 1059.11 manat ödəmiş, onun 20940.89 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasmadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 206 gün üçün hesablanmış faiz borcu 2499.24 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5%-i məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə 206 gün üçün hesablanmış cərimə 4076.53 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında Öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdehipoteka qoyan X3, borclu Cavabdeh1 və Bank arasında bağlanılmış xx.xx.2019-cü il tarixli 006M**********01 ipoteka müqaviləsi (Gəncə şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusu X6 tərəfindən təsdiq edilib) əsasında Nizami Seyidova məxsus Gəncə şəhəri, Nizami rayonu, Şeyx Bahəyəddin küçəsində istifadədə olan 0.00495 ha torpaq sahəsində yerləşən 42.4 kv.m. ümumi sahədən ibarət 35A nömrəli qeyri-yaşayış binası iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 10 JNb-li reyestr kitabının 19 Jfs-li vərəqində qeydiyyata alınmış elektron çıxarışla Gəncə şəhəri, Nizami rayonu, Şeyx Bahəyəddin küçəsində istifadədə olan 0.00495 ha torpaq sahəsində yerləşən 42.4 kv.m. ümumi sahədən ibarət 35A nömrəli qeyri-yaşayış binası Cavabdeh1 kredit öhdəliyinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilərək qeydiyyata alınmışdır. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2543/2021 nömrəli, xx.xx.2021ci il tarixli qərardadı ilə mülki iş üzrə icraat, ipoteka qoyan-cavabdeh X3 vəfat etdiyindən onun hüquqi varisi müəyyən olunanadək dаyаndırılmışdır. Gəncə Şəhər Məhkəməsinin 2(125)-18/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş “prosessual hüquqi varisin işə cəlb edilməsi və dayandırılmış icraatın təzələnməsi” barədə vəsatət təmin edilmiş, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X3, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsinin və kredit razılaşmasının ləğv edilməsi, kredit razılaşması üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilərək satılması, qeyri-yaşayış sahəsinə istifadə hüququnun itirilməsi, əmlakın boşaldılıb təhvil verilməsi tələbinə dair mülki iş üzrə icraat təzələnmiş və Cavabdeh1 digər cavabdeh X2 prosessual hüquqi varisi qismində işə cəlb edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 10 iyul 2024-cü il tarixli 2(125)-18/2024 nömrəli qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh və digər cavabdeh X2 prosessual hüquqi varisi Cavabdeh1, digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsinin və kredit razılaşmasının ləğv edilməsi, kredit razılaşması üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilərək satılması, qeyri-yaşayış sahəsinə istifadə hüququnun itirilməsi, əmlakın boşaldılıb təhvil verilməsi tələbinə dair iddiası barədə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh1 məhkəmə iclasında izahatında bildirdi ki, bankla razılıq əldə olunması üçün vaxt verilməsini xahiş edir. İddiaçıya və digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasında iştirak etməmiş və etməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: uzunmüddətli kredit müqaviləsi, kredit razılaşması, kredit məbləğinin köçürülməsi barədə qəbz, zaminlik müqavilələri, maliyyə arayışı, ipoteka müqaviləsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 739.1-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya) borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 “AccessBank№ QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 006L**********94 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə ******* (bir milyon) manat məbləğində kredit xətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli 006R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 22000 (iyirmi iki min) manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklər iddiaçı tərəfindən tam icra edilmiş, kredit müqaviləsində qeyd olunan məbləğ cavabdehin müvafiq hesabına köçürülmüşdür. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, ödəniş planına əsasən aylıq ödənilməli kredit məbləğini vaxtı-vaxtında və tam həcmdə ödəməmişdir. İş materiallarında olan 07 iyun 2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra etməsi üçün zamin Cavabdeh2 və Cavabdeh3 bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdir. İddiaçı iddia ərizəsində cavabdehlərdən 20940,89 manat məbləğində kredit borcu, 2499,24 manat məbləğində faiz borcunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən təyin edilərək alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 dekabr 2024-cü il tarixli 9/9428 nömrəli rəyində göstərilmişdir ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixə əsas borcu 21136,20 manat, faiz borcu 1802,07 manat təşkil edir. Göründüyü kimi ekspert rəyi ilə müəyyən olunan cavabdehin əsas borcu iddia ərizəsində tələb olunan əsas borc məbləğindən artıq, faiz borcu isə iddia ərizəsində tələb olunan faiz borcundan azdır. Lakin iddiaçı əsas borca münasibətdə iddia tələbinin artırılması ilə bağlı ərizə verməmiş və öz tələbini dəyişməmişdir. MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Ekspert rəyi ilə müəyyən olunan cavabdehin əsas borcu iddia tələbində göstərilən borcdan artıq olsa da, məhkəmə iddiaçının iddia tələbindən kənara çıxmaqda haqlı deyil və verilmiş tələb üzrə qətnamə çıxarılmalıdır. Ona görə də 20940,89 manat əsas borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mötəbərliyi şübhə doğurmayan 20 dekabr 2024-cü il tarixli 9/9428 nömrəli ekspert rəyinə əsasən faiz borcu 1802,07 manat müəyyən olunduğundan, iddia tələbinin faiz borcuna dair qalan hissəsi təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş sübutlarla borc alan Cavabdeh1 20940,89 manat məbləğində kredit borcu, 1802,07 manat məbləğində faiz borcunun olduğu təsdiq edilir. Eyni zamanda zaminlər Cavabdeh2 və Cavabdeh3 borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürdüyündən və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıdığından iddiaçı həmin məbləğdə borcun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 006L**********94 saylı uzunmüddətli kredit müqaviləsinin ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Tərəflər arasında bağlanılmış xx.xx.2019-cu il tarixli uzunmüddətli kredit müqaviləsi əsasında cavabdehə ******* (bir milyon) manat məbləğində kredit xətti açılmışdır. Həmin uzunmüddətli kredit müqaviləsi əsasında cavabdehə xx.xx.2020-ci il tarixli kredit razılaşmasına əsasən 22000 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə üzrə öz öhdəliyini yerinə yetirməyərək ödəniş planına əsasən aylıq ödənilməli məbləği vaxtı-vaxtında iddiaçıya ödəyə bilməmiş və nəticədə müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Müqavilə şərtləri cavabdehdən tərəfindən əhəmiyyətli dərəcədə pozulduğundan iddiaçı xx.xx.2019-cu il tarixli 006L**********94 saylı uzunmüddətli kredit müqaviləsinin ləğv olunmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin 4076,53 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 1000 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Bundan başqa, məhkəmə iddia tələbinin tutmanın X2 mülkiyyətində olan, Gəncə şəhəri, Şeyx Bahəyəddin küçəsində istifadədə olan 0,00495 ha torpaq sahəsində yerləşən 42,4 kv.m. ümumi sahədən ibarət 35A nömrəli qeyri-yaşayış binasına yönəldilməsi hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.3-cü maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 07 iyun 2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə X2 mülkiyyətində olan, Gəncə şəhəri, Şeyx Bahəyəddin küçəsində istifadədə olan 0,00495 ha torpaq sahəsində yerləşən 42,4 kv.m. ümumi sahədən ibarət 35A nömrəli qeyri-yaşayış binası banka ipotekaya qoyulmuşdur. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, X2 mülkiyyətində olan, Gəncə şəhəri, Şeyx Bahəyəddin küçəsində istifadədə olan 0,00495 ha torpaq sahəsində yerləşən 42,4 kv.m. ümumi sahədən ibarət 35A nömrəli qeyri-yaşayış binasın ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. xx.xx.2021-ci il tarixli bildirişlərdən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ipotekaqoyana kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, əsas borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmış və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Bundan başqa ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş rəyə əsasən ipoteka predmeti olan X2 mülkiyyətində olan, Gəncə şəhəri, Şeyx Bahəyəddin küçəsində istifadədə olan 0,00495 ha torpaq sahəsində yerləşən 42,4 kv.m. ümumi sahədən ibarət 35A nömrəli qeyri-yaşayış binasının bazar dəyəri 112500 manat, likvid dəyəri 90000 manat təşkil edir. Bu səbəbdən də məhkəmə hesab edir ki, tələb üzrə tutma X2 mülkiyyətində olan, Gəncə şəhəri, Şeyx Bahəyəddin küçəsində istifadədə olan 0,00495 ha torpaq sahəsində yerləşən 42,4 kv.m. ümumi sahədən ibarət 35A nömrəli qeyri-yaşayış binasına yönəldilməli, mənzilin ilkin satış (likvid) qiyməti 90000 manat həddində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 006R********** saylı kredit razılaşmasının ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli kredit razılaşmasından görünür ki, Cavabdeh1 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 22000 (iyirmi iki min) manat məbləğində kredit götürmüşdür. Göründüyü kimi razılaşma 18 ay müddətinə bağlanmış və müqavilənin müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli kredit razılaşmasının müddəti bitdiyindən iddia tələbi həmin razılaşmanın ləğv olunması hissəsində rədd edilməlidir. Məhkəmə iddia tələbinin X2 mülkiyyətində olan, Gəncə şəhəri, Şeyx Bahəyəddin küçəsində istifadədə olan 0,00495 ha torpaq sahəsində yerləşən 42,4 kv.m. ümumi sahədən ibarət 35A nömrəli qeyri-yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin qeyri-yaşayış sahəsinə Cavabdeh1 və Cavabdeh4 istifadə hüququnun itirilməsi, həmin əmlakın boşaldılması və alıcıya təhvil verilməsi hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, həmin tələbi irəli sürmək üçün iddiaçı subyektiv hüquqa malik deyildir. Belə ki, bu hüquq mülkiyyətçiyə məxsus olan hüquqdur ki, iddiaçı ipoteka predmetinin hazırki vəziyyətdə mülkiyyətçisi deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən 30 manat dövlət rüsumu cavabdehlərdədən tutularaq iddiaçıya ödənilməli, "xxxx" MMC tərəfindən aparılmış tədqiqatın dəyəri 300 manat təşkil etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən təyin edilərək alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 dekabr 2024-cü il tarixli 9/9428 nömrəli rəyinin tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 300 manat məbləğində ekspertiza xərci tutularaq "xxxx" MMC-nin hesabına, 100 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Bundan başqa, Cavabdeh4 mənzildən istifadə hüququna xitam verilməsi barədə iddia tələbi hazırki mərhələdə təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 006L**********94 saylı uzunmüddətli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada krеdit razılaşması üzrə 20940,89 manat məbləğində kredit borcu, 1802,07 manat məbləğində faiz borcu və 1000 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 23742,93 manat məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb üzrə tutma X2 mülkiyyətində olan, Gəncə şəhəri, Şeyx Bahəyəddin küçəsində istifadədə olan 0,00495 ha torpaq sahəsində yerləşən 42,4 kv.m. ümumi sahədən ibarət 35A nömrəli qeyri-yaşayış binasına yönəldilsin. İpoteka predmetinin ilkin satış (likvid) qiyməti 90000 manat həddində müəyyən edilsin. Həmin ipoteka predmeti açıq hərraclar vasitəsilə satılsın. İpoteka predmeti satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılsın. İpoteka predmetinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 300 manat məbləğində ekspertiza xərci tutularaq "xxxx" MMC-nin hesabına, 100 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №2-2(115)-59/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-59/2025
01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver