Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-603/2022 08.09.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə 14 iyul 2021-ci il tarixdə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada “Yelo Bank" ASC-nin xeyrinə 17 oktyabr 2018-ci il tarixli kredit xətti müqaviləsi üzrə 29693 manat 15 qəpik əsas, 7975 manat 35 qəpik faiz və 275 manat 37 qəpik cərimə borcu olmaqla ümumilikdə cəmi 37943 manat 87 qəpik borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçüıı ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsini, tutmanın Cavabdeh2 mülkiyyətindəki Tovuz rayonu, Əyyublu kəndində yerləşən 3 otaqlı, 194.7 kv.m ümumi, 62.2 kv.m yaşayış, 132.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.11 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Tovuz rayonu, Əyyublu kəndində yerləşən 3 otaqlı, 194.7 kv.m ümumi. 62.2 kv.m yaşayış, 132.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0.11 ha torpaq sahəsi ilə birlikdə hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 məxsus olan Tovuz rayonu, Əyyublu kəndində yerləşən 3 otaqlı, 194.7 kv.m ümumi. 62.2 kv.m yaşayış. 132.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.11 ha torpaq sahəsi ilə birlikdə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Tovuz rayonu Əyyublu kəndində yerləşən 3 otaqlı, 194.7 kv.m ümumi, 62.2 kv.m yaşayış, 132.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.11 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2, Cavabdeh1. Cavabdeh3 və Cavabdeh4 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh2 ilə "xxxx" İKB ASC arasında bağlanmış 16 oktyabr 2018-ci il tarixli baş kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2018-ci il 16 oktyabr tarixli baş kredit müqaviləsinə əsasən Cavabdeh2 "xxxx" İKB ASC-dən illik 36%-dən 120 ay müddətinə 100 000 manat məbləğində kredit limiti ayrılmışdır. 2018-ci il 17 oktyabr kredit xətti verilməsinə dair razılaşmaya əsasən Cavabdeh2 illik 21 %-lə 48 ay müddətinə 45000 AZN məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 mülkiyyətindəki Tovuz rayonu, Əyyublu kəndində yerləşən 3 otaqlı, 194.7 kv.m ümumi, 62.2 kv.m yaşayış, 132.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.11 ha torpaq sahəsi 2018-ci il 16 oktyabr tarixli ipoteka müqaviləsilə yüklü edilmişdilər. Cavabdeh1 ilə 2018-ci il 17 oktyabr tarixli zaminlik müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2021 -ci il iyunun 11-dək Cavabdeh2 2018-ci il 17 oktyabr tarixli kredit xətti müqaviləsi üzrə banka 29693 manat 15 qəpik əsas, 7975 manat 35 qəpik faiz və 275 manat 37 qəpik cərimə borcu olmaqla ümumilikdə cəmi 37943.87 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh2 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Tovuz Rayon Məhkəməsinin 2(062)-134/2022 saylı 28 yanvar 2022-ci il tarixli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada “Yelo Bank" ASC-nin xeyrinə 17 oktyabr 2018-ci il tarixli kredit xətti müqaviləsi üzrə 29283 manat 15 qəpik əsas, 13647 manat 06 qəpik faiz və 2164 manat 20 qəpik cərimə borcu olmaqla ümumilikdə cəmi 45094 manat 41 qəpik borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçüıı ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsini, tutmanın Cavabdeh2 mülkiyyətindəki Tovuz rayonu, Əyyublu kəndində yerləşən 3 otaqlı, 194.7 kv.m ümumi, 62.2 kv.m yaşayış, 132.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.11 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Tovuz rayonu, Əyyublu kəndində yerləşən 3 otaqlı, 194.7 kv.m ümumi. 62.2 kv.m yaşayış, 132.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0.11 ha torpaq sahəsi ilə birlikdə hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 məxsus olan Tovuz rayonu, Əyyublu kəndində yerləşən 3 otaqlı, 194.7 kv.m ümumi. 62.2 kv.m yaşayış. 132.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.11 ha torpaq sahəsi ilə birlikdə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Tovuz rayonu Əyyublu kəndində yerləşən 3 otaqlı, 194.7 kv.m ümumi, 62.2 kv.m yaşayış, 132.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.11 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2, Cavabdeh1. Cavabdeh3 və Cavabdeh4 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh2 ilə "xxxx" İKB ASC arasında bağlanmış 16 oktyabr 2018-ci il tarixli baş kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Sonuncu dəfə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində 100 manat məbləğində ödəniş olunmuşdur. Mövcud sübutlar məhkəməyə təqdim edilmişdir. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 16 oktyabr 2018-ci il tarixli 10-BİZGZ-1-0-05-18 saylı baş kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC (hazırki adı "xxxx" ASC) tərəfindən Cavabdeh2 100000 manat məbləğində illik faiz dərəcəsi 36 faizdən olmaqla, 120 ay müddətində kredit limiti ayrılmışdır. İş materiallarında olan 17 oktyabr 2018-ci il tarixli 10-BİZGZ-1-0-05-18 saylı kredit xətinin verilməsinə dair razılaşmadan görünür ki, "xxxx" İKB ASC (hazırki adı "xxxx" ASC) tərəfindən Cavabdeh2 illik 21,29 faiz kreditdən istifadəyə görə haqq ödəmək şərtilə, 48 ay müddətinə 45000 manat məbləğində kredit verilmişdir. İş materillarında olan 17 aprel 2019-cu il tarixli 17 oktyabr 2018-ci il tarixli 10- BİZGZ-1-0-05-18 saylı kredit xətinin verilməsinə dair razılaşmaya əlavə sazişdən görünür ki, 17 oktyabr 2018-ci il tarixli 10-BİZGZ-1-0-05-18 saylı kredit müqaviləsinin şərtlərində dəyişiklik edilməsi tərəflər arasında razılaşdırılmışdır. Maliyyə arayışından görünür ki, Cavabdeh2 17 oktyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə banka 29283 manat 15 qəpik əsas, 13647 manat 06 qəpik faiz və 2164 manat 20 qəpik cərimə borcu olmaqla ümumilikdə cəmi 45094 manat 41 qəpik məbləğində borcun olması göstərilmişdir. Məhkəmənin qərardadına əsasən təyin edilərək alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/5024 nömrəli rəyindən görünür ki, iş materiallarında olan maliyyə arayışı məlumatları hesabdan çıxarış məlumatları, tərəflər arasında imzalanmış 17 oktyabr 2018-ci il tarixli 10-BİZGZ-1-0-05-18 saylı kredit müqaviləsinin, həmçinin həmin müqavilənin əsasında imzalanmış sazişin qeyd olunan şərtlərinə müvafiq olaraq Cavabdeh2 İddiaçı ASC-yə olan borcu borcun hesablandığı yəni, xx.xx.2022-ci il tarixə, əsas borc üzrə 29274 manat 21 qəpik, faiz borcu üzrə 13661 manat 91 qəpik olduğu müəyyən olunmuşdur. xx.xx.2022-ci il tarixdə Cavabdeh2 tərəfindən İddiaçı ASC-yə 100 manat məbləğində ödənişin aparıldığı müəyyən olunmuşdur. Lakin ekspert qarşısında qoyulmuş sualda cavabdehin borcunun xx.xx.2022-ci il tarixə soruşulduğu nəzərə alınaraq həmin ödəniş hesablama zamanı nəzərə alınmamışdır. Tədqiqatın dəyəri 145 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Mülki Məcəllənin 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh2 iddiaçıdan kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. 17 oktyabr 2018-ci il tarixli 10-BİZGZ-1-0-05-18 (Z) saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 16 oktyabr 2018-ci il tarixli 10-BİZGZ-1-0-05-18 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh2 mülkiyyətindəki Tovuz rayonu, Əyyublu kəndində yerləşən 3 otaqlı, 194.7 kv.m ümumi, 62.2 kv.m yaşayış, 132.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.11 ha torpaq sahəsi banka ipotekaya qoyulmuşdur. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Tovuz rayonu, Əyyublu kəndində yerləşən 3 otaqlı, 194.7 kv.m ümumi, 62.2 kv.m yaşayış, 132.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0.11 ha torpaq sahəsinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. Məhkəmənin qərardadına əsasən təyin edilərək alınmış xx.xx.2021-ci il tarixli 01/21-589 saylı əmlakın qiymətləndirilməsi üzrə ekspert rəyindən görünür ki, Tovuz rayonu, Əyyublu kəndində yerləşən 3 otaqlı, 194.7 kv.m ümumi, 62.2 kv.m yaşayış, 132.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin 0.11 ha torpaq sahəsi ilə birlik də bazar dəyəri 110000 manat, likvid dəyəri 80000 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bildiriş məktublarından görünür ki, İddiaçı ASC cavabdehlərə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə onlara- ipoteka qoyanlara xəbərdarlıq etmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh2 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan İddiaçı ASC ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evini açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 29174 manat 21 qəpik əsas borc, 13647 manat 06 qəpik faiz borcu, 700 manat cərimə borcu olmaqla, cəmi 43521 manat 27 qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, tələb üzrə tutma Cavabdeh2 məxsus Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0.11 hektar torpaq sahəsi ilə birgə fərdi yaşayış evinə yönəldilməli, həmin torpaq sahəsi ilə birgə fərdi yaşayış evi açıq hərracdan satılmalı, torpaq sahəsi ilə birgə fərdi yaşayış evinin ilkin satış qiyməti 80000 manat həddində müəyyən edilməli, çıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçı "xxxx" ASC-yə ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılmalı, fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, açıq hərrac keçirildikdən 1 ay sonra cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 fərdi yaşayış evindən çıxarılsın və fərdi yaşayış evi boşaldıılmalı, Cavabdeh2 ilə "xxxx" İKB ASC arasında bağlanmış 16 oktyabr 2018-ci il tarixli baş kredit müqaviləsi ləğv edilməli, Cavabdeh2 145 manat məbləğində ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, mötəbərliyi şübhə doğurmayan məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/5024 nömrəli nömrəli rəyinə əsasən Cavabdeh2 kredit müqaviləsi üzrə əsas borc üzrə 29274 manat 21 qəpik, faiz borcu üzrə 13661 manat 91 qəpik müəyyən olunduğundan və xx.xx.2022-ci il tarixdə Cavabdeh2 tərəfindən İddiaçı ASC-yə 100 manat məbləğində ödəniş aparıldığından, lakin ekspert qarşısında qoyulmuş sualda cavabdehin borcunun xx.xx.2022-ci il tarixə soruşulduğu nəzərə alınaraq həmin ödəniş hesablama zamanı nəzərə alınmadığından, iddia tələbinin əsas borc və faiz borcuna dair qalan hissəsi təmin edilməməlidir. Bundan başqa, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edirki, 700 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Eyni zamanda, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 mənzildən istifadə hüququna xitam verilməsi barədə iddia tələbi hazırki mərhələdə təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 29174 manat 21 qəpik əsas borc, 13647 manat 06 qəpik faiz borcu, 700 manat cərimə borcu olmaqla, cəmi 43521 manat 27 qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Tələb üzrə tutma Cavabdeh2 məxsus Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0.11 hektar torpaq sahəsi ilə birgə fərdi yaşayış evinə yönəldilsin. Həmin torpaq sahəsi ilə birgə fərdi yaşayış evi açıq hərracdan satılsın. Torpaq sahəsi ilə birgə fərdi yaşayış evinin ilkin satış qiyməti 80000 manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçı "xxxx" ASC-yə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılsın. Fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Açıq hərrac keçirildikdən 1 ay sonra cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 fərdi yaşayış evindən çıxarılsın və fərdi yaşayış evi boşaldılsın. Cavabdeh2 ilə "xxxx" İKB ASC arasında bağlanmış 16 oktyabr 2018-ci il tarixli baş kredit müqaviləsi ləğv edilsin. Cavabdeh2 145 manat məbləğində ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2-2(115)-603/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-603/2022
08.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver