Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-642/2021 02.09.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi ilə, İddiaçı Şəmkir rayonu X2 Cavabdeh qarşı icarə haqqının və dəymiş ziyanın ödənilməsi, tikintinin sökülməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Şəmkir rayonu X3 Cavabdeh qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək Şəmkir rayonu X3 ilə Cavabdeh arasında bağlanmış 17 mart 2005-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, cavabdehdən 2014-2020-ci illər üçün icarə haqqını təşkil edən hər il üçün 420 manat olmaqla,ümumilikdə 2940 manat icarə haqqının və 1841,28 manat dayanıqsızlığın (penya), ümumilikdə 4781,28 manatın ödənilməsini, torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsini, torpaq sahəsinə dəymiş ziyanın ödənilməsini xahiş etmişdir. Şəmkir rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(076)-1142/2021 nömrəli qərardadı ilə iş baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişlər. İş üzrə keçirilən 13.08.2021-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil1 tərəfindən iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edilərək Şəmkir rayonu X3 ilə Cavabdeh arasında bağlanmış 17 mart 2005-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, Cavabdeh 2005-2015-ci illər və 2017-2020-ci illər üçün icarə haqqını təşkil edən hər il üçün 420 manat olmaqla,ümumilikdə 5880 manat icarə haqqının və 4233 manat dayanıqsızlığın (penya), torpaq sahəsinə vurulmuş ziyana görə 4500 manatın, ümumilikdə 14 613 manatın ödənilməsi, torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi,torpaq sahəsinin tikimti qalıqlarından təmizlənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Bundan sonra Şəmkir rayonu X2 sədri X1 iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Cavabdeh tərəf məhkəməyə ərizə göndərərək işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Məhkəmə iddia ərizəsinin və ona əlavə edilən sənədlərin geri qaytarılması barədə iddiaçının ərizəsinə, həmçinin cavabdehin mülahizəsinə hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinin tələblərinə əsasən isə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260, 266-268-ci maddələrinin tələblərinə əsasən məhkəmə qərara aldı: İddiaçı Şəmkir rayonu X2 Cavabdeh qarşı Şəmkir rayonu X3 ilə Cavabdeh arasında bağlanmış 17 mart 2005-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, Cavabdeh 2005- 2015-ci illər və 2017-2020-ci illər üçün icarə haqqını təşkil edən hər il üçün 420 manat olmaqla, ümumilikdə 5880 manat icarə haqqının və 4233 manat dayanıqsızlığın (penya), torpaq sahəsinə vurulmuş ziyana görə 4500 manatın, ümumilikdə 14 613 manatın ödənilməsi, torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi,torpaq sahəsinin tikimti qalıqlarından təmizlənməsi barədə iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan 10 (on) gün müddətində Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2-2(115)-642/2021
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-642/2021
02.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver