Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-659/2024 04.03.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlu, iddiaçı “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X3 cavabdeh X1 İdarəsinin Bərdə şəhər 2 nömrəli Uşaq musiqi məktəbinə qarşı müəssisənin yerləşmiş olduğu binadan çıxarılması və orada qanunsuz olaraq fəaliyyət göstərdiyi müddət ərzində istifadə edilmiş kommunal xərclərin ödənilməsi tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X4 cavabdeh X1 İdarəsinin Bərdə şəhər 2 nömrəli Uşaq musiqi məktəbinə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehin müəssisənin yerləşmiş olduğu binadan çıxarılması və orada qanunsuz olaraq fəaliyyət göstərdiyi müddət ərzində istifadə edilmiş 375.21 manat kommunal xərclərin ödənilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 İdarəsinin müraciəti və Bərdə Rayon İcra Hakimiyyətinin tövsiyəsi ilə Bərdə şəhər 2 nömrəli uşaq musiqi məktəbi “Bərdə RMX” PHŞ-in balanasında olan Bərdə şəhəri, Üzeyir Hacıbəyov 5 ünvanında yerləşən 2 mərtəbəli köhnə Uşaq Poliknikasının binasında müvəqqəti olaraq yerləşmişdir. Musiqi məktəbinin binada yerləşməsinin rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X2 müraciət edərək icazə almaları və ya binanın boşaldılmasını təmin etmələri barədə dəfələrlə şifahi və yazılı olaraq X1 İdarəsinə və musiqi məktəbinə müraciət edilmişdir. Ancaq kifayət qədər müddət keçməsinə baxmayaraq, müraciətləri ilə bağlı heç bir tədbir görülməmiş və onlara heç bir cavab verilməmiş, hətta musiqi məktəbi öz qanunsuz fəaliyyəti ilə müəssisələrinin elektrik enerjisindən istifadə edərək ona 375.21 manat məbləğində maddi zərər vurulmuşdur. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmə tərəfindən icraata götürülməyərək ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi cavabdehə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərilməmişdir. Eyni zamanda cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınması ilə bağlı ona elektron qaydada müraciət olunmamışdır. Həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət rüsumu ödənilməmişdir. Həmçinin iddiaçı iddiaya cavab verməli olan şəxsin Bərdə şəhər 2 nömrəli uşaq musiqi məktəbi, yaxud X1 İdarəsinin olmasını da müəyyən etməlidir. Bərdə şəhər 2 nömrəli uşaq musiqi məktəbi müstəqil hüquqi şəxs olduğu halda ona qarşı tələb irəli sürülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Qeyd edilən Məcəllənin 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Göründüyü kimi, qanunvericilik kommersiya mübahisələri üzrə məhkəmə icraatının, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsinin, qəbulunun, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılmasının xüsusi qaydasını, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə həyata keçirilməsini müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəlləninin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Göstərilənlərə əsasən hesab edirəm ki, iddiaçı “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X3 cavabdeh X1 İdarəsinin Bərdə şəhər 2 nömrəli Uşaq musiqi məktəbinə qarşı müəssisənin yerləşmiş olduğu binadan çıxarılması və orada qanunsuz olaraq fəaliyyət göstərdiyi müddət ərzində istifadə edilmiş kommunal xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X3 cavabdeh X1 İdarəsinin Bərdə şəhər 2 nömrəli Uşaq musiqi məktəbinə qarşı binadan çıxarılma və orada qanunsuz olaraq fəaliyyət göstərdiyi müddət ərzində istifadə edilmiş kommunal xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2-2(115)-659/2024
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-659/2024
04.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver