Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-66/2022 27.01.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əhməd Nicat Ramiz oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönədilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, borclu Cavabdeh2 13966 manat 14 qəpik məbləğində əsas borc, 874 manat 58 qəpik məbləğində faiz borcu, 282 manat 76 qəpik cərimə üzrə borc, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 2267 manat 17 qəpik, ümumilikdə isə 17390 manat 65 qəpik vəsaitin, 31 manat dövlət rüsumunun, 31 manat DƏDRX rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmasına, tutmanın ipoteka predmeti olan Girovqoyanlar Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məxsus olan ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evi və 0.18 ha birgə torpaq sahəsinə yönəldilərək hərrac yolu ilə satılması, ipoteka ilə yüklü edilmiş ünvan 1ində yerləşən fərdi yaşayış evi satıldıqdan və mülkiyyətçisi dəyişdikdən sonra əmlakın 1 ay ərzində boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 20 noyabr 2014-cü il tarixdə Cavabdeh2 ilə İddiaçı ASC arasında 290 saylı kredit müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə əsasən borcluya 14500 manat məbləğində, 18 aylıq güzəştlə, 36 ay müddətinə, illik 6 faiz olmaqla kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ilə bank arasında 20 noyabr 2014-cü il tarixdə 290İ saylı ipoteka müqaviləsi bağlanmış və girovqoyanlara məxsus olan ünvan 1ində yerləşən fərdi yaşayış evi 0.18 ha torpaq sahəsi ilə birgə ipoteka (girov) ilə yüklü edilmişdir. İpoteka müqaviləsi bağlandıqdan sonra Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi idarəsində ipotekanın dövlət qeydiyyatı aparılmışdır. Bununla bağlı 04.12.2014-cü il tarixdə DƏDRX tərəfindən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən əmlakın bankın xeyrinə yüklü edilməsi barədə ******* №-li çıxarış verilmişdir. Lakin borclu öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin 31 avqust 2019-cu il tarixinə banka 13966 manat 14 qəpik məbləğində əsas borc, 874 manat 58 qəpik məbləğində faiz borcu, 282 manat 76 qəpik cərimə üzrə borc, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 2267 manat 17 qəpik, ümumilikdə isə 17390 manat 65 qəpik məbləğində borcu qalmışdır. Borclu müqavilə üzrə öhdəliklərini icra etmədiyi üçün İddiaçı ASC tələbin ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında **********666 nömrəli, 31 avqust 2018-ci il tarixli bildirişi ipoteka qoyana göndərərək ipoteka predmetinə tutmanı yönəltməyə başlamışdır. Tutmanın yönəldilməsi haqqında bildiriş ərizə ilə birlikdə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmiş və 03.10.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən pul məbləğinin ödənilməsinin gecikdirilməsi banka zərər dəyməsi ilə nəticələnir. Bu səbəbdən də öhdəliyin tam icra olunması gününədək hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Şəmkir Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli qərardadı ilə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən borcdan heç bir ödəniş olunmamışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 20 noyabr 2014-cü il tarixli 290 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 quşçuluğun inkişafı məqsədilə illik 6 faiz kreditdən istifadəyə görə haqq ödəmək şərtilə, 18 aylıq güzəştlə, 36 ay müddətinə 14500 manat məbləğində kredit verilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh2 31.08.2020-ci il tarixə 13966 manat 14 qəpik məbləğində əsas borc, 874 manat 58 qəpik məbləğində faiz borcu, 282 manat 76 qəpik cərimə üzrə borc, kredit müqaviləsinin müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu 2267 manat 17 qəpik, ümumilikdə isə 17390 manat 65 qəpik məbləğində borcun olması göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh2 iddiaçıdan kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. 20 noyabr 2014-cü il tarixli 290i saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 məxsus ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evi 0.18 ha birgə torpaq sahəsi ilə birlikdə banka ipotekaya qoyulmuşdur. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinin 0.18 ha torpaq sahəsi ilə birgə ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 20.05.2021-ci il tarixli UNİ/M 05-177/21 nömrəli əmlakın qiymətləndirilməsi üzrə ekspert rəyindən görünür ki, ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinin 0.18 ha torpaq sahəsi ilə birlikdə bazar dəyəri 55000 manat, likvid dəyəri 49500 manat təşkil etmişdir. Tədqiqatın dəyəri 200 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bildiriş məktublarından görünür ki, Ləğv prosesində olan İddiaçı ASC cavabdehlərə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə onlara- ipoteka qoyanlara xəbərdarlıq etmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh2 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan Ləğv prosesində olan İddiaçı ASC ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evini açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 13966 manat 14 qəpik əsas borc, 874 manat 58 qəpik faiz borcu, 282 manat 76 qəpik cərimə borcu, 2267 manat 17 qəpik gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla, cəmi 17390 manat 65 qəpik məbləğində borc, 30 manat dövlət rüsumu və 30 manat xidmət haqqı Cavabdeh2 iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Tələb üzrə tutma cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 oğluna məxsus ünvan 1ində yerləşən 0.18 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə yönəldilməlidir. Həmin torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evi açıq hərracdan satılmalıdır. Torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin ilkin satış qiyməti 49500 manat həddində müəyyən edilməlidir. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılmalıdır. Torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh2 tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Açıq hərrac keçirildikdən bir ay sonra torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evi boşaldılmalıdır. Cavabdeh2 200 manat məbləğində qiymətləndirmə haqqı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 13966 manat 14 qəpik əsas borc, 874 manat 58 qəpik faiz borcu, 282 manat 76 qəpik cərimə borcu, 2267 manat 17 qəpik gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla, cəmi 17390 manat 65 qəpik məbləğində borc, 30 manat dövlət rüsumu və 30 manat xidmət haqqı Cavabdeh2 iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tələb üzrə tutma cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 oğluna məxsus ünvan 1ində yerləşən 0.18 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə yönəldilsin. Həmin torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evi açıq hərracdan satılsın. Torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin ilkin satış qiyməti 49500 manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılsın. Torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh2 tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Açıq hərrac keçirildikdən bir ay sonra torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evi boşaldılsın. Cavabdeh2 200 manat məbləğində qiymətləndirmə haqqı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2-2(115)-66/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-66/2022
27.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver