Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-684/2021 12.07.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı BOKT ASC-nin xeyrinə 26.12.2013-cüil tarixli, 1402/13 saylı kredit müqaviləsi üzrə 9226 manat 95 qəpik əsas borc, 32019 manat 59 qəpik hesablanmış faiz, 41506 manat 64 qəpik hesablanmış dəbbə, cəmi 82753 manat 18 qəpik, 14.08.2014-cü il tarixli, PB/023/14/279768 saylı kredit müqaviləsi üzrə isə 1820 manat 02 qəpik əsas borc, 8300 manat 83 qəpik hesablanmış faiz, 8454 manat 42 qəpik hesablanmış dəbbə, cəmi 18575 manat 27 qəpik kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına; kredit müqaviləsi üzrə tələbin Cavabdeh1 özünə məxsus olan Şəmkir rayonu, Keçili kəndində 0.28 ha mülkiyyətdə olan torpaq sahəsində yerləşən 157 kv.m ümumi, 107.4 kv.m yaşayış, 49.6 kv.m köməkçi sahədən ibarət 4 otaqlı yaşayış evinə və 625 kv.m həyətyani tikililərə (RX seriyalı, ******* nömrəli, **********63-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 25.12.2013 qeydiyyat tarixli Çıxarışa əsasən) yönəldilməsinə; qeyri yaşayış sahəsinin dəyərinin 20000 manat qiymətlə hərrac çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönldilməsi; fərdi yaşayış evində yaşayanların - Cavabdeh3 Kərəm qızı, X1, X2 və Cavabdeh1 fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılması, mənzilin məcburi boşaldılaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişlər, Cavabdeh1 göndərilmiş məhkəmə bildirişi məhkəməyə geri qaytarılmış və poçt sənədində “vəfat edib” qeydi yazılmışdır. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259-260, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2-2(115)-684/2021
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-684/2021
12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver