Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-694/2021 14.07.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndələri X6 və X7, Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" ASC-nin X1 və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsinin Cavabdeh qarşı tikilinin sökülərək ərazinin boşaldılması tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin X1 və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Şəmkirçay dəryaçasının Mühafizə zolağında inşa etdirmiş olduğu iaşə obyekti sökülərək ərazinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Şəmkir şəhər Şirvani küçəsi 14-də yaşayan Cavabdeh rayon icra hakimiyyətinə müraciət edərək, Şəmkir şəhəri Zaur Sarıyev küçəsində yerləşən ərazidə ona 220.0 kv.m torpaq sahəsinin ayrılaraq orada iaşə obyektinin tikintisi aparmağı xahiş etmişdir. Rayon İcra hakimiyyəti yuxarıda qeyd olunan əraziyə sahibkarlıq xidməti məqsədilə qeyri-yaşayış binasının tikintisinə icazə versədə, fiziki şəxs Cavabdeh tapşırılmışdır ki, tikintisi nəzərdə tutulan qeyri-yaşayış binasının layihəsini tikinti icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunan və tikintinin təyinatına uyğun müəyyən edilən aidiyyatı qurumlarla əvvəlcədən razılaşdırılmasını təmin etsin. Baxmayaraq ki, Şəmkir şəhər sakini Cavabdeh, rayon icra hakimiyyətinin tövsiyəsinə məhəl qoymadan Şəmkirçay dəryaçasından gələn sol sahil beton kanalının PK 134+50-də uzunluğu 38 m, eni 6 m olan beton kanala bitişik iaşə obyektini inşa etdirməklə Azərbaycan Respublikası Su Məcəlləsinin 82-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 mart 2006-cı il tarixli 56 saylı qərarı ilə təsdiq edilmiş su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi qaydalarına uyğun olaraq magistral kanallar, kollektorlar, su nəqledici kəmərlər və tunellər boyu mühafizə zonalarının eni onun şərtindən aslı olaraq iki sahildən götürməklə 60-100 m, nisbətən kiçik şəbəkələr üzrə 10-25 m, yerli əhəmiyyətli kanallarda və xətti qurğularda isə 5 m götürməklə qaydanı kobud şəkildə pozmuşdur. Odur ki, Şəmkirçay dəryaçasından ayrılan PK 134+50 beton kanalı yerli əhəmiyyətli kanal olduğu üçün 5 m götrülməklə, vətəndaş Cavabdeh inşa etdiyi iaşə obyekti Azərbaycan Meliorasiya Su X8 Cəmiyyətin müstəsna mülkiyyətində olan torpaq sahəsinə aiddir. İddiaçı "xxxx" ASC-nin X1 və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsi məhkəməyə iddianın təmin tədbiri barədə ərizə ilə müraciət edərək, Cavabdeh tərəfindən Şəmkirçay dəryaçasının mühafizə zolağında hər hansı tikinti işlərinin aparılmasının Cavabdeh qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli 2(076)-410/2020 saylı qərardadı ilə ərizə təmin edilərək, işə mahiyyəti üzrə baxılıb həll olunanadək Şəmkirçay Dəryaçasının mühafizə zolağında hər hansı tikinti işlərinin aparılması Cavabdeh qadağan edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli 2(076)-17/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh tərəfindən Şəmkirçay dəryaçasından gələn sol sahil beton kanalının 5,0 metrlik mühafizə zonasında inşa edilmiş iaşə obyekti cavabdehin öz vəsaiti hesabına sökülməsi və ərazinin boşaldılması qət edilmişdir. Qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 iyun 2021-ci il tarixli qərardadı ilə Şəmkir Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli 2(076)-17/2021 saylı qətnaməsi l\ğv edilərək, iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi X9 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, 2012-ci ildə su kanalının çəkilməsi üçün investisiya ayrılmışdır. Kanalın keçdiyi ərazinin bir hissəsi Şəmkir bələdiyyəsinin ərazisinə düşmüşdür. Obyekt kanalın mühafizə zonasında inşa edilmişdir. Mühafizə zolağı 5 metr götürülür. Həmin iş başlayan müddətdə rayon məhkəməsinə müraciət etmişlər. Həmin ərazi boşaldılmalı və onlara təhvil verilməlidir. Onların cavabdehlə heç bir ədavətləri yoxdur, başqa şəxslərlə də mübahisə məhkəmə qaydasında həll olunur. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçının digər nümayəndəsi X11 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, onlar həmin torpaq sahəsini pulunu ödəmiş və almışlar. Onların cavabdehlə heç bir ədavətləri yoxdur. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, həmin yerə 250000 manat məbləğində vəsait götürmüş və obyekt inşa etdirmişdir. Onun heç bir təqsiri yoxdur. İcra Hakimiyyətindən sənəd verilmiş, onun əsasında 2019-cu ilin sonunda tikinti işi aparmışdır. 1 il olar ki, tikintini yekunlaşdırmışdır. Obyektin su kanalına heç bir maneçiliyi yoxdur. Digər şəxslərin obyektləri qalmış, ancaq onların obyektini sökürlər. Obeyktə çox xərc çəkmişdir. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndələrinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 07.10.2019-cu il tarixdə tərtib edilmiş aktdan görünür ki, Şəmkir şəhər sakini X2 dəryaçasından gələn sol sahil beton kanalının PK 134+50-də uzunluğu 38 m, eni 6 m olan beton kanala bitişik tikinti işləri aparmışdır. Tikinti işlərinin dayamdırlması üçün göstəriş verilsə də, tikinti dayandırılmamışdır. Lakin aidiyyatı qurumlara məlumat verildikdən sonra tikinti işləri dayandırılmışdır. İş materiallarına əlavə olunmuş Şəmkir Rayon İcra Hakimiyyəti başçısının 09.10.2019-cu il tarixli sərəncamından görünür ki, ünvan 1 ünvanda yaşayan Cavabdeh Şəmkir şəhəri, Zaur Sarıyev küçəsində yerləşən ərazidən 220.0 kv.m torpaq sahəsi ayrılmış və ayrılmış torpaq sahəsində sahibkarlıq xidməti məqsədilə qeyri-yaşayış binasının tikintisinə icazə verilməsi, fiziki şəxs Cavabdeh tapşırılsın ki, tikintisi nəzərdə tutulan qeyri-yaşayış binasının layihəsini, tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunan və tikintinin təyinatına uyğun müəyyən edilən aidiyyəti qurumlarla əvvəlcədən razılaşdırılmasının təmin edilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Şəmkir Rayon İcra Hakimiyyəti başçısının 14.01.2020-ci il tarixli sərəncamından çıxarışdan görünür ki, Şəmkir şəhəri, Z. Sariyev küçəsində yerləşməklə, Şəmkir şəhər sakini Cavabdeh məxsus torpaq sahəsində 2019-cu ildə tikilmiş tikintialtı sahəsi 220.0 k.m, ümumi sahəsi 190.7 kv.m olan qeyri-yaşayış binasının hüquqi qeydiyyatına icazə verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Şəmkir Rayon Suvarma Sistemləri İdarəsinin 23.01.2020-ci il tarixli məktubundan görünür ki, Şəmkirçay su anbarından gələn uzunluğu 26,7 km, balans dəyəri 49,398 min manat olan sol sahil beton kanalı Şəmkir Rayon Suvarma Sistemləri İdarəsinin balansındadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 oktyabr 2020-ci il tarixli 3482 nömrəli rəyindən görünür ki, Şəmkir şəhərində yerləşən, Cavabdeh tərəfindən 6,0 metr enində, 38,0 metr uzunluğunda inşa edilmiş iaşə obyektinin Şəmkirçay dəıyaçasından gələn sol sahil beton kanalına bitişik inşa olunduğu nəzərə alınarsa, həmin iaşə obyekti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 mart 2006cı il tarixli 56 saylı qərarı ilə təsdiq edilmiş su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçelərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi qaydalarında göstərilən 5,0 m-lik mühafizə zonasının daxilinə düşdüyü müəyyən edilir. Azərbaycan Respublikasının Su Məcəlləsinin82-ci maddəsinə əsasən su obyektlərinin ekoloji tələblərə uyğun vəziyyətdə saxlanması, yerüstü və yeraltı suların çirklənməsinin, zibillənməsinin və tükənməsinin qarşısının alınması, habelə heyvanlar və bitkilər aləminin məskunlaşdığı mühitin qorunub saxlanması üçün su mühafizə zonaları müəyyən edilir. Su mühafizə zonası su obyektinin akvatoriyasına bitişik, üzərində təbii ehtiyatların istifadəsi, mühafizəsi və digər təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rejim müəyyən edilmiş ərazidir. Su mühafizə zonalarının hüdudlarında sahil mühafizə zolaqları müəyyən edilir.Sahil mühafizə zolaqlarında torpaqların şumlanması və əkilməsi, meşələrin qırılması, ağac və kolların kökündən çıxarılması, heyvandarlıq ferma və düşərgələrinin, qəbiristanlığın, zibilxananın yerləşdirilməsi, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, digər fəaliyyət növləri qadağan edilir. Sahil mühafizə zolaqlarında icazə əsasında su təchizatı, istirahət, idman, balıqçılıq və ovçuluq təsərrüfatı obyektlərinin, habelə liman və hidrotexniki qurğuların yerləşdirilməsinə yol verilir. Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İçməli su mənbəyi və balıqların kürütökmə yerləri olan su obyektlərinin su mühafizə zonaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xüsusi qorunan ərazi elan edilir. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən su mühafizə zonalarında yerləşən torpaq sahələri fiziki və hüquqi şəxslərin istifadəsinə, Azərbaycan Respublikasının torpaq qanunvericiliyi və bu Məcəllə ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmaqla verilə bilər. Su mühafizə zonalarında təbii ehtiyatların istifadəsi və mühafizəsi rejiminə riayət edilməsinə, fiziki və hüquqi şəxslərin digər təsərrüfat fəaliyyətinə dövlət nəzarəti öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli 56 saylı qərarının 7ci bəndində əsasən su mühafizə zonalarının və sahil mühafizə zolaqlarının ölçüləri su anbarları üzrə-suyun normal yığılma səviyyəsindən müəyyən edilir. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, magistral və təsərrüfatlararası kanallar və kollektorlar boyu su mühafizə zonalarının minimum eni onların su buraxma qabiliyyətindən asılı olaraq 3 kbm/san-yə qədər olduqda 5 m hədlərdə qəbul edilir. Həmin Qərarın 22-ci bəndində əsasən su mühafizə zonalarında su obyektlərinin istifadəsi və mühafizəsinə nəzarət orqanı ilə razılaşdırılmış layihə sənədləri olmadan faydalı qazıntıların, bora, kabel və digər kommunikasiyaların çəkilməsi, ictimai-iaşə və digər xidmət müəssisələrinin yerləşdirilməsi, tikinti, partlayış, torpaq qazma, buraq qazma və digər işlərinin aparılması qadağan edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəlləsinin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək – onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İşin faktiki hallarından görünür ki, cavabdehin inşa etdirdiyi tikili Şəmkirçay dəryaçasından gələn sol sahil beton kanalının 5 metrlik mühafizə zonasının daxilində inşa edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, su obyektinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikili cavabdehin hesabına sökülməli və ərazi boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən Şəmkirçay dəryaçasından gələn sol sahil beton kanalının 5 metrlik mühafizə zonasında inşa edilmiş iaşə obyekti cavabdehin öz hesabına sökülsün və ərazi boşaldılmalı, Cavabdeh 100 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən Şəmkirçay dəryaçasından gələn sol sahil beton kanalının 5 metrlik mühafizə zonasında inşa edilmiş iaşə obyekti cavabdehin öz hesabına sökülsün və ərazi boşaldılsın. Cavabdeh 100 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2-2(115)-694/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-694/2021
14.07.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver