Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-734/2022 03.10.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz“ İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «Azəriqaz» İstehsalat Birliyiə qarşı iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, KP-25/23537 saylı Hesabat aktın ləğv edilməsinə, səhv hesablanan 401 (dörd yüz bir) manat məbləğin silinməsinə və 2021-ci ilin iyun ayı üçün “Qala Hotel”-ə hesablanan 2007 kub qaz sərfiyyatının ləğv edilərək 2020-ci ilin iyun ayında hesablanan 296 kub qaz sərfiyyatı kimi hesablanmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin 2(045)-1286/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən narazı qalan cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən apelyasiya şikayəti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-939/2022 saylı, 25 fevral 2022-ci il tarixli qərardadı ilə cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin apelyasiya şikayəti qismən təmin edilmiş, Goranboy Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli 2(045)-1286/2021 nömrəli qətnaməsi ləğv edilmiş və işin baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-734/2022 saylı, 23 may 2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı hesabat-aktın ləğv edilməsi və səhv hesablanan məbləğin silinməsi tələbinə dair mülki iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Ali Məhkəmənin 2-2(104)-482/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı “hesabat aktının ləğv edilməsi, qaz sərfiyyatının yenidən hesablanması” tələbinə dair iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, rəhbərlik etdiyi "xxxx" MMC Goranboy şəhər, H.Əliyev prospekti 1 A ünvanda yerləşən “Qala Hotel” arasında icarə müqaviləsi bağlanmış və o həmin otelin direktoru olaraq dövlət portalında qeydiyyata alınmışdır. X4 İdarəsindəndir. Belə ki, 2021-ci ilin mart ayından otelin qaz sayğacının qeyri-işlək vəziyyətdə olması aşkarlanmış və dəfələrlə aidiyyatı orqanlara müraciət etmişdir. Buna baxmayaraq otelin qaz sayğacının sökülüb təmir edilməsinə nail ola bilməmişdir. X3 İdarəsinin xidmət sahəsinin əməkdaşlarına müaciət etsə də o işə region baxıb deyib onun işini yubadıblar. 4 ay sayğac təmir olunmayıb, bununla yanaşı normativ hesablayıb gətiriblər. Bir dəfə də razılaşma aktı gətirib dedilər ki, ötən ilin göstəricisinə uyğun hesablanması üçün bu akta qol çək, o da ötən ilin göstəricisiylə hesablanmasına razı olaraq qol çəkmişdir. 2021-ci ilin mart, aprel, may aylarını ötən ilin göstəricisinə uyğun olaraq gətirilən sənədlə razılaşaraq imzalamışdır. Onu da qeyd etmişdir ki, bu il ötən ildən çox az istifadə etmiş buna baxmayaraq yenə də razılaşmışdır. Ancaq 2021-ci ilin iyun ayının hesablanması ötən illə müqayisədə təxminən 10 qat artıq hesablayıblar. Ötən ilin iyun ayında 296 kub qaz sərfiyyatı olub, bu il isə bunu 10 qat artıq şişirdərək 2007 kub yazıblar. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2020-ci il tarixli, 3M-10 reyestr nömrəli icarə müqaviləsindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 865.6 kv.m olan qeyri-yaşayış sahəsi X2 tərəfindən "xxxx" MMC adından İddiaçı icarəyə verilmişdir. Müqavilənin 12 bəndinə görə kommunnal xidmətlərə görə haqqların icarəçi tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Qeyri-əhali abonentləri üzrə sayğacsız dövrdə istifadə olunmuş təbii qazın dəyərinin hesablanmasına dair KP-25/23537 saylı hesabat aktından görünür ki, qaz cihazlarının bir saatlıq qaz sərfinə uyğun olaraq hesabat aparılmış, 2021-ci il 1 iyun tarixdən 2021-ci il 30 iyun tarixdək 1575 m3+432 m3=2007 m3 aylıq sərfi hesablanmışdır. Qeyri-əhali abonentləri üzrə sayğacsız dövrdə istifadə olunmuş təbii qazın dəyərinin hesablanmasına dair hesabat aktından görünür ki, 2020-ci ilin may ayında hesablanmış qaz sərfinə uyğun olaraq 2021-ci ilin may ayında 555 m3 qaz sərfi hesablanmışdır. Qeyri-əhali abonentləri üzrə sayğacsız dövrdə istifadə olunmuş təbii qazın dəyərinin hesablanmasına dair hesabat aktından görünür ki, 2020-ci ilin mart və aprel aylarında hesablanmış qaz sərfinə uyğun olaraq 2021-ci il 1 mart tarixdən 2021-ci il 30 aprel tarixədək 4477 m3 qaz sərfi hesablanmışdır. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 5-ci hissəsinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş X1 2-ci maddəsinin 10-cu bəndinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. “X1 təsdiq edilməsi haqqında” Qanunun 4.9-cu maddəsinə əsasən İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin 5.4-cü maddəsinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. İşin faktiki hallarından görünür ki, iddiaçıya məxsus mehmanxanada sayğacın olmadğı müddətlərdə təbii qazdan istifadənin dəyəri hesablanarkən mövcud qaydaların tələblərinə əməl edilməmişdir. Məhkəmə qeyd edir ki, borc hesablamış təşkilat onun qanuni və əsaslı olmasını sübut etməyə borcludur. Ona görə də qaz təchizatı müəssisəsi birinci növbədə istehlakçının normadan əlavə borcu ödəməyə cəlb etməkdə maraqlı olmamasını, qərəzsiz olmasını təmin etməlidir. Sui-istifadə hallarına yol verməməli onun qərəzsizliyinə şübhə yarada bilən bütün hərəkətlərdən çəkinməlidir. Əks halda onun fəaliyyəti qüsurla həyata keçirilmiş olur. Sui-istifadə hallarına yol verilmə yolu ilə həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə belə nəticəyə gəlir ki, yuxarıda göstərilən normaların pozulması nəticəsində abonentə hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 401 (dörd yüz bir) manat borc İddiaçı abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Kənan Vəliyev əsli ilə düzdür Hakim : Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2-2(115)-734/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-734/2022
03.10.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver