Məhkəmə qərarları › İş №2-2(115)-746/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-746/2024

10.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-746/2024 10.07.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X6 iclas katibliyi ilə, Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə. İlk iddia üzrə iddiaçı “Süleyman X11”nın Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair ilk iddiası və Cavabdeh “Süleyman X11”na qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "Süleyman X11" cavabdeh X8 qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən qanunsuz olaraq elektrik enerjisindən istifadə edilməsi ilə bağlı vurduğu 2000 manat məbləğində pulun alınıb iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ipoteka ilə yüklü edilməyən tikililər və torpaq sahəsində təsis etdiyi iddiaçının balansında olan İşıq Trasfarmatoru və işıq sayğacı cavabdeh tərəfindən qanunsuz olaraq istifadə edilməklə ona 2000 manat məbləğində maddi zərər vurulmuşdur. Belə ki, cavabdehə özünə ayrıca işıq sayğacının çəkilməsi ilə bağlı iddiaçı, həmçinin "xxxx" ASC tərəfindən rəsmi olaraq xəbərdarlıq edilmişdir. Hazırda qeyd olunan trasfarmator və işıq sayğacı ipoteka müqaviləsinin predmeti olmadığından cavabdehin qanunsuz olaraq iddiaçıya aid elektrik enerjisindən istifadə etməsi müəssisəni ağır maddi duruma salır. Həmin işıq trasfarmatoru iddiaçının daşınar əmlakıdır və ondan qanunsuz olaraq cavabdeh tərəfindən işlədilərək elektrik enerjisindən qanunsuz istifadə etməklə cavabdeh maddi hüquq normalarının tələblərini pozur. Cavabdehə edilən xəbərdarlıqdan nəticə çıxarmadığına görə cavabdehin qanunsuz olaraq ona vurduğu maddi zərərlə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir. Həmçinin, iddia tələbində qeyd edilmişdir ki, iddiaçı "xxxx" QSC-yə, Külək MMC-yə və Gəncə şəhəri üzrə İcra İdarəsinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi və digər tələblərlə məhkəməyə müraciət etmişdir. Bundan başqa, cavabdeh X12 "X13Təsərrüfatı"na qarşı “maddi və mənəvi ziyana görə pul tutulması qarşı iddia ərizəsi və onun dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, "Süleyman X11" tərəfindən vurulmuş maddi ziyan olaraq 2540 manat və mənəvi ziyana görə 20000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, işıq trasfarmatoru “Süleyman X11"na yox, məhz ona məxsus əmlak kompleksinə daxildir və hər hansı bir hüquq pozuntusu mövcud deyil. Belə ki, sözügedən ünvan 1-də yerləşən əmlak kompleksi qanunvericiliyə uyğun keçirilən hərrac yolu ilə satın alınmış (vicdanlı alıcı) və ünvan 1-də yerləşən əmlak kompleksi kimi müəssisə X7 xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın reyestr nömrəsi **********45-12302 nömrəli, ********** qeydiyyat nömrəli AR İN ƏMDX DƏDKR X14 “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 153 nömrəli vərəqində qeydiyyata alınmış qanuni çıxarış var. Eyni zamanda, X12 tərəfindən "Süleyman X11"na işıq trasfarmatorundan naqillərin ayrılması, əmlak kompleksinə baxan 11 ədəd pəncərələrin hörgü ilə bağlanması, X12 barəsində hüquq-mühafizə orqanlarına əsassız, yalan məlumatlar əsasında şikayətlərin edilməməsi üçün rəsmi qaydada xəbərdarlıq edilsə də, qarşılıqlı iddia üzrə cavabdeh tərəf xəbərdarlığa məhəl qoymamaqla əsassız olaraq məhkəmədə iddia qaldırmışdır. Qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən əsassız olaraq dəfələrlə hüquq-mühafizə orqanlarına şikayətlər olunmuş, bununla da onun mənəvi sarsıntı keçirməyinə səbəb olmuş, onun əsassız müraciətləri əsasında 2023-cü ilin fevral ayında "xxxx" QSC-nin işçiləri tərəfindən araşdırılmadan ona məxsus qaz sayğacı sökülərək əmlak kompleksinə qaz verilməsi dayandırılmışdır. Bu da ona həm maddi, həm də mənəvi zərərin vurulması deməkdir. Belə ki, qaz sayğacı söküldüyünə görə 6 ay müddətində qazdan istifadə edə bilməmiş, həmin müddət ərzində istiliyi təmin etmək üçün hər ay 3 qaz balonu (1 ədədi 30 manat) olmaqla, cəmi 18 qaz balonu istifadə etmişdir. Nəticədə qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən ona 540 manat məbləğində ziyan vurulmuşdur. Gəncə Şəhər Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli 2(125)-4751/2023 nömrəli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı "Süleyman X11"nın cavabdeh X8 qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair ilk iddiasının təmin edilməməsi, X7 "Süleyman X11"na qarşı “maddi və mənəvi ziyana görə pul tutulması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməməsi qət olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(104)-406/2024 nömrəli qərardadı ilə apellyasiya şikayətlərinin qismən edilməsi Gəncə Şəhər Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli 2(125)-4751/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 oğlu məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hal-hazırda iş üzrə X12 iddiaya cavab verməli olmayan şəxs qismindədir. Buna görə də, əsl olmayan tərəfin əvəz edilməsi ərizəsi ilə müraciət edirlər. Belə ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X1 ünvan 1-də yerləşən əmlak kompleksini qanunvericiliyin tələbinə uyğun olaraq qardaşı Cavabdeh bağışlamışdır və onun xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın reyestr nömrəsi **********49-06301 nömrəli, ********** qeydiyyat nömrəli AR İN ƏMDX DƏDKR X14 “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış qanuni çıxarış var. Cavabdeh və "xxxx" ASC arasında bağlanan elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsinə əsasən, qeyd olunan işıq transformatoru və işıq sayğacı Cavabdeh adına qeyd olunmuşdur. Odur ki, işdə cavabdeh qismində X2 Namiq Sabir oğlu ilə əvəz edilməlidir. AR MPM-nin 54.1-ci maddəsinə əsasən, İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. AR MPM-nin 54.2-ci maddəsinə əsasən, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. AR MPM-nin 54.4-ci maddəsinə əsasən, əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Hal-hazırda AR MPM-nin müvafiq maddələrinə uyğun qeyd olunan 2-2(115)-746/2024 saylı iş üzrə cavabdeh X7 Cavabdeh ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçı "Süleyman X11" nın nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh qanunsuz olaraq elektrik enerjisindən istifadə edilməsi ilə bağlı vurduğu 5000 manat məbləğində pulun alınıb iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 məhkəməyə ərizə təqdim edərək qarşılıqlı iddia üzrə iddiaçının Cavabdeh ilə əvəz edilməsini xahiş etmişdir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 məhkəməyə etriaz ərizəsi təqdim edərək bildirmişdir ki, hal-hazırda iddia ərizəsi ilə tanış olduqdan sonra iddiaya qarşı öz etirazlarını və mülahizələrini bildirmək istəmişlər. Belə ki AR MPM-nin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini onlara əlavə olunmuş sənədləri və sübutları işə baxılana kimi, ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır. İlk öncə qeyd edilir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X1 ünvan 1-də yerləşən əmlak kompleksini qanunvericiliyin tələbinə uyğun olaraq qardaşı Cavabdeh bağışlamışdır və onun xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın reyestr nömrəsi **********49-06301 nömrəli, ********** qeydiyyat nömrəli AR İN ƏMDX DƏDKR X14 “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış qanuni çıxarış var. Eyni zamanda xüsusilə nəzərinizə çatdırılır ki, Cavabdeh və "xxxx" ASC arasında bağlanan elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsinə əsasən, qeyd olunan işıq transformatoru və işıq sayğacı Cavabdeh adına qeyd olunmuşdur. Buda öz növbəsində təsdiq edir ki, həmin ünvan Cavabdeh xüsusi mülkiyyətindədir. Ümumiyyətlə biz iş üzrə verilən iddia ərizəsi ilə razılaşmırıq, AR MPM-nin maddəsinə əsasən iddia ərizəsinə qarşı etiraz edərək göstərilən tələbin tam əsassız olduğunu bildiririk. Hesab edirik iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 217.3 və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasы MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. yuxarıda qeyd olunanları nəzərə alaraq hazırda Gəncə Kommersiya Məhkəməsinin icraatında olan 2-2(115)-746/2024 saylı inzibati iş üzrə İddiaçı cavabdeh X8 qarşı maddi ziyanın ödənilməsi tələbinə dairdair iddia ərizəsi və orada göstərilən dəlillər əsassız və qanunsuz olduğundan iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. İddiaçı "Süleyman X11" nın nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında izahatında bildirmişdir ki, ilk dəfə Gəncə Şəhər Məhkəməsində iddia mübahisəsi aparılarkən cavabdeh X12 və onun nümayəndəsi qarşılıqlı iddia qaldırılması üçün əsaslandıqları müqavilə o zaman mövcud olmamış, bütün saldolar, müqavilələr və kod Süleyman X11nın adına olmuşdur. Qarşı tərəf qeyd etdiyi müqaviləyə əsaslanaraq onların tərəfimizdən olaraq onlara maddi və mənəvi ziyan vurulduğundan pul tələb edirlər. Müqavilə bağlanan zaman həmin müqavilə olmadığından və sonradan bağlandığından həmin müqavilə etibarsiz hesab edilməlidir. "xxxx" ASC tərəfindən qeyd olunan çıxarışlarda Cavabdeh adı qeyd olunmasına baxmayaraq işıq transformatoru İddiaçı adına yox, Süleyman X11nın adınadır və bu səbəbdən iddianı qaldıran fiziki şəxs İddiaçı deyil Süleyman X11dır. İşıq transformatorunun fiziki şəxslə bağlılığı olmayıb və hüquqi şəxsin adına olub. Belə ki, Cavabdeh adına olan işıq müqaviləsi birmənalı etibarsız hesab edilməlidir. Əlavə qeyd etmək istərdi ki, qeyd edilən işıq transformatoru və o cümlədən sayğacın tərəflər arasında bankla bağlanmış ipoteka müqaviləsi var. Hansıki o müqavilə özü də tədqiq edilməlidir. Həmin müqavilədə işıq transformatoru yüklü edilməmişdir, ancaq qeyri-yaşayış sahəsi yüklü hesab edilmişdir. Hesab edir nəqədər ki, mübahisənin əqdə aidiyyatı var azərişıq məhkəmə işinə cəlb edilməlidir və həmin əqd hesab edirə ki, etibarsızdır və bununla bağlı sübutları təqdim etmişdirlər. Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 məhkəmə iclasında məhkəməyə təqdim edilən etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, təqdim edilmiş ərizə və dəlillərlə razı deyillər. İlkin iddia üzrə iddiaçı tərəf bildirir ki, transformator fermer təsərrüfatına məxsus olub, halbuki həmin transformator nümayəndəsi olduğu tərəfin istifadəsinə verilib və buna dair müqavilə də var. Transformator çıxarış üzrə onlarındır və onlara dəymiş maddi zərəri istəyirlər. X7 adına olan çıxarış əsasında Dövlət Reyestr Xidməti tərəfindən tərtib edilmiş texniki pasportda girovda olan əmlakın alqı-satqı satqısı zaman əmlak kompleksi və transformator daxil olmaqla onun daxilində olan texniki qurğularda onlara məxsusdur. İlkin iddia üzrə cavabdehlərin dəyişdirilməsinə gəldikdə, Cavabdeh ilə Azərişıqla müqavilə bağlanmış və transformatorun yenisi ilə dəyişdirilmişdir. Yeni transformator qurğusu isə Cavabdeh adınadır. "xxxx" ASC-nin cavabdeh qismində tanınmasına və müqavilənin etibarsız hesab olunmasına gəldikdə isə, ərizənin təmin edilməməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.4cü maddəsinə əsasən işə ilkin iddia üzrə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. İddiaçı və cavabdeh tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar, texniki pasport, məhkəmə qətnamələri, ipoteka müqaviləsi, nizamnamə, elektrik enerjisinin alqı-satqısının birtipli müqavilələri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hər iki iddia rədd edilməlidir. Belə ki, 27 mart 2024-cü il tarixli, 389054 nömrəli "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsindən görünür ki, "xxxx" ASC bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq abonenti (istehsal sahəsini) elektrik enerjisi ilə təmin edir, abonent isə aldığı elektrik enerjisinin dəyərini hesabat dövrünədək ona təqdim etmiş edilmiş ödəniş sənədinə əsasən ödəyir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********45-12302 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X14 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə olan vəziyyətə görə tərtib edilmiş texniki pasportdan görünür ki, Gəncə şəhəri, Sevil Qazıyeva küçəsi (Yeni qaydalarla: AZ 2024, ünvan 1 ünvanda 2,6066 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 2620,3 kv.metr olan əmlak kompleksi xüsusi mülkiyyətdədir. Daşınmaz əmlak üzərində X7 tam payı müəyyən edilmişdir. Texniki pasportda əmlak kompleksinə trasfarmatorun da daxil olduğu əksini tapmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Gəncə” filialı (ipoteka saxlayan) və İddiaçı (ipoteka verən) arasında bağlanmış 06M000000724 nömrəli, xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka verən öz mülkiyyətində olan və müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı (ünvan 3 ünvanında mülkiyyətində olan 2,6066 ha torpaq sahəsi və həmin torpaq sahəsində yelrəşən 2919,4 kv.m ümumi sahədən ibarət əmlak kompleksi) Bank ilə Süleyman adına X11 arasında 12 dekabr 2011ci il tarixdə Gəncə şəhərində aşağıdakı şərtlərlə (kredit xəttin məbləği – 5 milyon ABŞ dolları, kredit xəttinin müddəti – 120 ay, ödənişlərin dövriliyi – bir aydan bir bərabər hissələrlə) bağlanmış 06L000003201 saylı Kredit Xətti Müqaviləsi və bu Kredit Xətti Müqaviləsinin ayrılmaz hissəsi olan “Kredit Razılaşması” və “Bank qarantiyası verilməsi haqqında müqavilə” formasında ayrıca Razılaşmalar üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək üçün Bank qarşısında ipoteka ilə yüklü edir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********14-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2009-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Gəncə Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə tərtib edilmiş texniki pasportdan görünür ki, ünvan 3 ünvanında mülkiyyətində olan 2,6066 ha torpaq sahəsində yerləşən, 1718 kv.m ümumi, 964,7 kv.m əsas, 753,3 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi (“Təchizat” kiçik müəssisəsinin anbarı) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-618/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" QSC-nin cavabdehlər “Süleyman adına X11”, X9 və İddiaçı qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər “Süleyman adına X11”, X9 və İddiaçı "xxxx" QSC-nin xeyrinə müştərək qaydada - 06R********** saylı kredit razılaşması üzrə 105967,07 USD məbləğində əsas kredit borcu, 17799,4 USD faiz borcu, 30000 USD məbləğində cərimə borcu olmaqla cəmi 153766,47 ABŞ dolları, 06R000007372 saylı kredit razılaşması üzrə 97386,57 USD məbləğində əsas kredit bocu, 18390,80 USD məbləğində faiz borcu, 30000 USD məbləğində cərimə borcu olmaqla cəmi 145777,37 ABŞ dolları, 06R********** saylı kredit razılaşması üzrə 96633,9 USD məbləğində əsas borc, 15332,5 USD məbləğində faiz borcu, 30000 USD məbləğində cərimə borcu olmaqla cəmi 141966,4 ABŞ dolları, 06R********** saylı kredit razılaşması üzrə 105645,94 USD məbləğində əsas borc, 17381,1 USD məbləğində faiz borcu, 30000 USD məbləğində cərimə borcu olmaqla cəmi 153027,04 ABŞ dolları olmaqla, ümumilikdə 594537,28 (beş yüz doxsan dörd min beş yüz otuz yeddi dollar iyirmi səkkiz sent) ABŞ dolları milli manat ekvivalentində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulması, tutmanın X5 məxsus Gəncə şəhəri, Nizami rayonü, Qaraməmmədli yaşayış massivinin cənub qərbində yerləşən əmlak komleksinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılmaqla əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi və əmlak kompleksinin ilkin satış qiymətinin 210807 manat (iki yüz on min səkkiz yüz yeddi) manat dəyərində müəyyən edilməsi, tutmanın İddiaçı məxsus ünvan 3ndə yerləşən əmlak kompleksinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılmaqla əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi və əmlak kompleksinin ilkin satış qiymətinin 319278 manat (üç yüz on doqquz min iki yüz yetmiş səkkiz) manat dəyərində müəyyən edilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışlarından əldə edilən vəsaitlərin qalan hissəsinin ipoteka qoyanlara qaytarılması və iddia tələbinin digər hissələrdə rədd olunması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4932/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X4 və İddiaçı kassasiya şikayətləri qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 oktyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, 06 fevral 2012-ci il tarixli kredit razılaşması üzrə tutulacaq cərimə məbləğinin 15000 ABŞ dolları müəyyən edilməsi, həmin razılaşma üzrə tutulacaq əsas borcun 95941,57 ABŞ dolları, faiz borcunun 15350,65 ABŞ dolları olması nəzərə alınmaqla, cəmi tutulacaq məbləğin 126292,22 ABŞ dolları müəyyən edilməsi, 10 fevral 2014-cü il tarixli kredit razılaşması üzrə tutulacaq cərimə məbləğinin 15.000 ABŞ dolları müəyyən edilməsi, həmin razılaşma üzrə tutulacaq əsas borcun 95552,84 ABŞ dolları, faiz borcunun 14906,24 ABŞ dolları olması nəzərə alınmaqla, cəmi tutulacaq məbləğin 125459,08 ABŞ dolları müəyyən edilməsi, 02 aprel 2014-cü il tarixli kredit razılaşması üzrə tutulacaq cərimə məbləğinin 15000 ABŞ dolları müəyyən edilməsi, həmin razılaşma üzrə tutulacaq əsas borcun 101940,56 ABŞ dolları, faiz borcunun 16854,17 ABŞ dolları olması nəzərə alınmaqla, cəmi tutulacaq məbləğin 133794,73 ABŞ dollar müəyyən edilməsi, 02 sentyabr 2014-cü il tarixli kredit razılaşması üzrə tutulacaq cərimə məbləğinin 15000 ABŞ dolları müəyyən edilməsi, həmin razılaşma üzrə tutulacaq əsas borcun 104667,33 ABŞ dolları, faiz borcunun 16700,25 ABŞ dolları olması nəzərə alınmaqla, cəmi tutulacaq məbləğin 136367,58 ABŞ dolları müəyyən edilməsi, yekun olaraq dörd kredit razılaşması üzrə cəmi tutulacaq məbləğin 521913,61 ABŞ dolları manatın məzənnəsinə uyğun olaraq və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər “Süleyman adına X11”ndan, X3, İddiaçı müştərək qaydada tutularaq "xxxx" QSC-yə verilməsi qət olunmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf ona məxsus daşınmaz əmlakın əvvəllər ipoteka ilə yüklü edildiyini, sonradan cavabdehin mülkiyyətinə keçdiyini, lakin ona məxsus işıq trasfarmatoru və işıq sayğacının həmin əmlaka aid olmadığını, bununla belə həmin işıq trasfarmatoru və işıq sayğacının cavabdeh tərəfindən qanunsuz olaraq istifadə edilməklə ona 5000 manat məbləğində maddi zərər vurulduğunu bildirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin işıq trasfarmatoru və işıq sayğacı üzərindəki sahibliyinin qanuniliyini mübahisələndirdiyindən ilk növbədə bu hüququn mübahisələndirilməsi üçün özünün subyektiv hüququnun mövcudluğunu sübuta yetirməlidir. Belə ki, Konstitusiyanın 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Məhkəmə qeyd edir ki, iddiaçı iddia etdiyi işıq trasfarmatoru və işıq sayğacının onun mülkiyyəti olmasını təsdiq edən hər hansı sübutunu məhkəməyə təqdim etməmiş, ümumiyyətlə cavabdehin qanunsuz istifadə etdiyini iddia etdiyi həmin işıq trasfarmatorunun və işıq sayğacının harada yerləşməsinə belə aydınlıq gətirməmişdir. Əksinə cavabdeh tərəf mülkiyyətində olan əmlak kompleksinə aid işıq trasfarmatorundan istifadə etdiyini bildirmiş, bu hal cavabdehin təqdim etdiyi daşınmaz əmlakın texniki pasportunda da əksini tapmışdır. Məhkəmə hesab edir ki, iddiaçı qeyd etdiyi işıq trasfarmatoruna və işıq sayğacına hüququnun olmasını sübuta yetirə bilmədiyindən onun cavabdehdən qanunsuz olaraq elektrik enerjisindən istifadə edilməsi ilə bağlı vurduğu 5000 manat məbləğində pulun alınıb iddiaçıya verilməsinə dair ilk iddia tələbi təmin edilə bilməz. Bundan başqa, qarşılıqlı iddia ərizəsinin məzmunundan aydın olur ki, qarşılıqlı iddiaçı cavabdehin əsassız şikayətləri ilə qanunvericiliyin tələblərinin pozulması nəticəsində ona 2540 manat maddi və 20000 manat mənəvi zərərin dəydiyini iddia edərək məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən müddəların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd edilən müddəların və qarşılıqlı iddianın dəlillərini nəzərə alaraq məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçıya həqiqətən də zərər vurulması, zərər vurulduğu halda isə cavabdehin təqsirli olub-olmamasının müəyyən edilməsi mübahisənin qanuni həlli üçün əhəmiyyət kəsb edir. Lakin qarşılıqlı iddia üzrə iddiaçı ona məhz cavabdeh "Süleyman X11" tərəfindən hər hansı maddi və mənəvi zərər vurulduğunu təsdiq edən konkret mötəbər dəlil gətirməmiş, bunu təsdiq edən hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş üzrə məhkəmə xərci iddiaçı və cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumlarından ibarətdir. İlk və qarşılıqlı iddia tələbləri rədd olunduğundan, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki,iİlk iddia üzrə iddiaçı “Süleyman X11”nın Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair ilk iddiası rədd edilməli, Cavabdeh “Süleyman X11”na qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. . Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia üzrə iddiaçı “Süleyman X11”nın Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair ilk iddiası rədd edilsin. Cavabdeh “Süleyman X11”na qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar