Məhkəmə qərarları › İş №2-2(115)-751/2021

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-751/2021

16.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-751/2021 16.07.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh, X2 və X5 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh, X2 və X5 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlar Cavabdeh, X1 va X4 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 19 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 4883 manat 42 qəpik əsas borc, 589 manat 93 qəpik faiz borcu və 73 manat 79 qəpik cərimə borcu olmaqla, ümumilikdə cəmi 5547 manat 14 qəpik borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini və Cavabdeh ilə "xxxx" İKB ASC arasında bağlanmış 19 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 19 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən "Nikoyl” İKB ASC-dən illik 25 faizlə 36 ay müddətinə 8000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq X3 va X7 ilə 19 sentyabr 2019-cu il tarixli zaminlik müqavilələri bağlanmışdır. Lakin borclu müqavilanin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il mayın 25-dək Cavabdeh banka 19 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 4883 manat 42 qəpik əsas borc, 589 manat 93 qəpik faiz borcu va 73 manat 79 qəpik cərimə borcu olmaqla, ümumilikdə cəmi 5547 manat 14 qəpik borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Şəmkir Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli 2(076)-1784/2021 saylı qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh, X2 və X5 qarşı borcun tutulması tələbinə dair 2(076)-1784/2021 nömrəli mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, hazırkı iddia tələbi üzrə tərəflər arasında olan mübahisə kommersiya mübahisəsi olduğundan yəni bank kommersiya fəaliyyəti göstərərək cavadehə kommersiya məqsədilə kredit verdiyindən, o cümlədən tərəflərdən iddiaçı hüquqi şəxs, cavabdehlərdən Cavabdeh və X7 VÖEN-ə malik olmaqla hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqlarından, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh, X2 və X5 qarşı borcun tutulması tələbinə dair mülki işin adiyyatı Gəncə Kommersiya Məhkəməsinə aiddir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə İddiaçı ASC-yə və cavabdehlər Cavabdeh, X2 və X5 qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı ASC-nin nümayəndəsi və cavabdehlər Cavabdeh, X3 və X7 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığı olduğundan iş kassasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşin faktiki hallarından göründüyü kimi, “Elektron məhkəmə” informasiya sistemindən alınmış məlumatlara əsasən kredit müqaviləsi üzrə borcalan, hazırki iş üzrə Cavabdeh vergi ödəyicisi kimi qeydiyyata alınmamışdır. Şəmkir rayon Məhkəməsinin istinad etdiyi “İnternet Vergi İdarəsi” elektron portalından alınmış məlumatda qeyd edilən Cavabdehlar isə Bakı və Sumqayıt şəhərlərində vergi orqanlarında qeydə alınmış başqa şəxslərdir. Borcalan Cavabdeh ilə kreditor İddiaçı ASC arasında bağlanmış 19.09.2019-cu il tarixli kredit müqaviləsində borcun sahibkarlıq məqsədilə deyil, şəxsi fəaliyyət məqsədilə verildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mülki Prosessual Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edərkən həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. Mülki Prosessual Məcəllənin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə iş üzrə borclu Cavabdeh sahibkar statusuna malik olmadığını nəzərə alaraq, bununla da, hazırki mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə aid olduğu qənaətinə gələrək hesab edir ki, İddiaçı ASCnin cavabdehlər Cavabdeh, X2 və X5 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə işin məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığına münasibət bildirilməsi üçün mülki iş Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 26, 32, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh, X2 və X5 qarşı borcun tutulması tələbinə dair işin məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığına münasibət bildirilməsi üçün mülki iş Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Sədrlik edən: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar