Məhkəmə qərarları › İş №2-2(115)-752/2021

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-752/2021

07.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-752/2021 07.07.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı Cavabdeh, onun vəkili və nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə və İddiaçının Cavabdeh qarşı «pul» tələbinə dair iddiaları üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 140000 ABŞ dollarının ödəniş anına manatla məzənnəsi və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin icraatında olan 2-2(115)-752/2021 saylı digər iş üzrə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi zərərə görə ******* manat, mənəvi zərərə görə isə 500000 manat məbləğində pul tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı vəkili X3 məhkəməyə ərizə göndərərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin icraatında olmuş və məhkəmə qərardadı ilə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmiş 2(043)-476/2021 saylı mülki işin məhkəmənin icraatında olan işlə bir icraatda birləşdirilməsi və işlərə bir icraatda baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili X2 işlərin bir icraatda birləşdirilməsinə etiraz etmədiklərini bildirdilər. Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılması üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi və bir biri ilə bağlı olan iddia tələbləri ilə əlaqədar iki iş olduğundan, 2-2(115)-411/2021 və 2- 2(115)-752/2021 saylı işlərin birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149,150,169, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə 2-2(115)-752/2021 nömrəli kommersiya işi iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddiası üzrə 2-2(115)- 411/2021 saylı kommersiya işinə birləşdirilsin. Birləşmiş işlərə 2-2(115)-411/2021 nömrəsi verilsin. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar