Məhkəmə qərarları › İş №2-2(115)-774/2020

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-774/2020

26.11.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-774/2020 26.11.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh “Cavabdeh” İstahsalat Birliyinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçının cavabdeh «Cavabdeh» İB-nə qarşı «aktın etibarsız hesab edilməsi və borcun silinməsi» tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Cavabdeh» İB-nə qarşı « aktın etibarsız hesab edilməsi və borcun silinməsi » tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, xx.xx.2020-ci il tarixli aktının etibarsız hesab edilməsi, cavabdeh “Cavabdeh” X1 Regional Qaz X3 Xidmət Sahəsi tərəfindən ona məxsus Şəmkir rayonunun Qaracəmirli kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış təbii qaz sayğacı üzrə təbii qazdan sitifadə qaydalarının pozulması nəticəsində vurulmuş ziyana görə hesablanmış 1296 manat 10 qəpik borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, yaşadığı evin küçə tərəfinə quraşdırılmış G-6 markalı sayğac 2019-cu ilin 10 yanvar tarixində G-6 markalı 28195304 nömrəli istifadə edilmiş mexaniki sayğacla əvəz edilmişdir. Həmin sayğac işlənmiş olduğu üçün, onun quraşdırılmasma etiraz etmiş və yeni sayğac quraşdırılmasını tələb etmişdir. Onlar ona demişlər ki, bu sayğac müvəqqəti quraşdırılır ki, yenisini quraşdıranadək enerjidən istifadə edə biləcəksiniz. Narahat olma sayğac 20 gün müddətinə yenisi ilə əvəz ediləcəkdir. Hətta həmin sayğac Ağstafa rayonunda yaşayan şəxsin adına qeydə alındığı üçün 2 ay müddətində pul ödəyə bilməmişdir.Sonradan isə X10 X3 Xidmət Sahəsi tərəfindən onun barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, xx xxxx 2020-ci il tarixli AKT tərtib edilmişdir. Sənaye və məişət qaz sayğaclarını kaliberləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2020-ci il tarixli 29/1640-00616-43 №-li Aktında G-6 markalı 28195304 №-li sayğacın plastmas qapağın yan tərəfində və daxili qulaqcıklarında əzik-cızıq izləri itkisi yaranmışdır qeyd edilmişdir.Daha sonra isə onun ünvanına xx.xx.2020-ci il tarixli bildiriş-xəbərdarlıq göndərilərək, 1296.10 manatın ödənilməsi tələb edilmişdir.O həmin aktda göstərlən 1296 manat 10 qəpik borcu qəbul etmir. Belə ki, o, sayğacın qazdan istifadəyə görə yazdığı məbləği tam ödəmişdir. Onun onlara heç-bir borcu qalmamışdır.Eləcə də nəzarətindən kənarda, fərdi yaşayış evilərinin küçə tərəfində, yəni hamının gediş-gəlişi üçün açıq olan yol tərəfə quraşdırılmış sayğacda qüsur olmuş olsaydı, bu müddət ərzində mütəmadi olaraq sayğacları yoxlayan nəzarətçi bunu görər və bilərdi.Digər tərəfdən də kim zəmanət verə bilər ki, sayğacın plastmas qapağının yan tərəfində və daxili qulaqçıqlarında əzikcızıq izlərinin olması qaz itkisinə səbəb olmuşdur.Hesab edir ki, sayğacın plastmas qapağının yan tərəfində və daxili qulaqçıqlarında əzik-cızıq izlərinin olmasının əsasları aktda öz təsdiqini tapmadığından, sayğac açılarkən orada onun da iştirakının təmin edilməsi ilə bağlı ünvanına hər-hansı bir bildiriş göndərilmədiyindən, işlənmiş sayac qoyulduğundan qeyd edilən qusurlar mövcud olmuşsa həmin qüsurların əvvəlki abonentin dövründə baş verib-vermədiyini araşdırmadan, onun sayğacı məhz həmin sayğacla əvəz edilərkən aşkar edilmiş qüsurun həmin vaxt sayğacda olub-olmamasını araşdırmadan, sayğac onun həyətindən açılarkən sayğacda gözlə-görünən (qapağın yan tərəfindən; əzikcızıq izlərinin olması) müdaxilənin olub-olmamasına dair akt tərtib edilmədən ona qaz itkisinə görə 1296.10 manat vəsait hesablanmasına dair tərtib edilmiş akt etibarsız hesab edilməlidir. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin və məzmununa uyğun izahat verərək tərəfindən onun barəsində təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxxx 2020-ci il tarixli akt tərtib edilmişdir. Daha sonra isə onun ünvanına xx.xx.2020-ci il tarixli bildiriş-xəbərdarlıq göndərilərək, 1296.10 manatın ödənilməsi tələb edilmişdir. Həmin aktda göstəriən 1296 manat 10 qəpik borc əsassızdır. Odur ki, iddianın təmin edilməsini xahiş edirəm. Cavabdeh «Cavabdeh» İstehsalat Birliyinin nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, borc düzgün hesablandığından əsaslıdır. Ona görə də iddia tələbi rədd olunmalıdır. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Şəmkir RQİİ-nin Şəmkir XS-nin əməkdaşları tərəfindən tərtib edilmiş qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* nömrəli aktda yazılır ki, Şəmkir rayonu Qaracəmirli kəndində yerləşən istixanada olan qaz cihazları yoxlanılmış və plastmas qapağın yan tərəfində və daxili qulaqcıqlarında əzik, cızıq izləri aşkar olunmuşdur. Xətalar normaya uyğundur. İş materiallarına əlavə olunmuş “Cavabdeh” İstehsalat Birliyinin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının sədri Vüqar Səmədov tərəfindən təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair xx.xx.2020-ci il tarixli tələbnamədən göstərilir ki, ünvan 1i ünvanında yerləşən istixanaya aid G-6 markalı 28195304 №-li qaz sayğacının nominal saatlıq qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün və hesablanmış məbləğ 6480 m3 yəni, 1296 manat 10 qəpik məbləğində ziyan hesablanmışdır. İş materiallarına əlavə olunmuş abonentin saldosundan görünür ki, cavabdeh aktlar üzrə qaz sərfiyyatına görə iddiaçıya 1296 manat 10 qəpik borc hesablanmışdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. İşin faktiki hallarından göründüyü kimi, “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə sahibkarlıq fəailiyyətinin həyata keçirildiyi iddiaçıya məxsus istixanada qaz qurğularına baxış keçirilərək yoxlama aparılmış, həmin yoxlama nəticəsində aşkar edilmiş nöqsanla əlaqədar dəymiş ziyanın həcmi hesablanaraq abonentin hesabına 1296 manat 10 qəpik məbləğində borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, sahibkarlıq sahəsində aparılan yoxlama qanunvericiliyin tələblərinin pozulması ilə həyata keçirilmişdir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1ci maddəsinə görə bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13-cü maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Həmin Qanunun 20.1 və 20.2-ci maddələrinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Bu Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4 və 1.5-ci bəndlərinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Məhkəmə araşdırması zamanı məlum oldu ki, “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə sahibkarlıq fəailiyyətinin həyata keçirildiyi İddiaçı məxsus ünvan 1i ünvanında yerləşən istixanada qaz qurğularına baxış keçirilərək və plastmas qapağın yan tərəfində və daxili qulaqcıqlarında əzik, cızıq izləri aşkar olunmuşdur. Lakin o da məlumdur ki, həmin sayğac yeni olmamışdır. Aşkar olunmuş qüsurların hazırkı istifadəçinin təqsiri nəticəsində baş verməsi “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən müəyyən olunmamışdır. Həmçinin yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” ilə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat Reyestrində qeydiyyata alınmamış, yoxlamanın aparılması haqqında hər hansı qərar mövcud olmamışdır. Belə olan halda, aparılmış yoxlamanın heç bir hüquqi nəticəsi yoxdur. Beləliklə məhkəmə hesab edir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerdə aparılmış yoxlama vahid məlumat reyestrində qeydiyyata alınmadan aparıldığından və bu yoxlamanın hüquqi nəticəsi olmadığından, yoxlama nəticəsində hesablanmış borc məbləği silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh “Cavabdeh” X1 X6 Sahəsi tərəfindən İddiaçı məxsus Şəmkir rayonu Qaracəmirli kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış təbii qaz sayğacı üzrə təbii qazdan istifadə qaydalarının pozulması nəticəsində vurulmuş ziyana görə hesablanmış 1296, 10 (bir min iki yüz doxsan altı manat on qəpik) manat borc silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Cavabdeh” X1 X6 Sahəsi tərəfindən İddiaçı məxsus Şəmkir rayonu Qaracəmirli kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış təbii qaz sayğacı üzrə təbii qazdan istifadə qaydalarının pozulması nəticəsində vurulmuş ziyana görə hesablanmış 1296, 10 (bir min iki yüz doxsan altı manat on qəpik) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar