Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-778/2023 21.08.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binаsındа аçıq məhkəmə iclаsındа bаxаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə mürаciət edərək, Cavabdeh 24455,64 manat, həmçinin dövlət rüsumuna görə ödənilmiş 163 manat pulun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli 2(066)-1130/2022 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq Cavabdeh 24453,56 manat pul və 162 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-yə verilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti əsasında işə baxan Gəncə Apellyasiya Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2(104)-760/2023 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin olunaraq Göygöl Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli 2(066)-1130/2022 saylı qətnaməsinin ləğv edilməsi və işin baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, iddia "xxxx" MMC-nin adından qaldırılmışdır. Belə ki, iddia ərizəsində "xxxx" MMC Cavabdeh 24455,64 manatın və ödənilmiş 163 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddia ərizəsini imzalayan şəxs Nümayəndədur. Həmin şəxsin səlahiyyətləri yoxlanılmış, müəyyən edilmişdir ki, Nümayəndə bütün məhkəmə instansiyalarında iştirak etmək, iddia qaldırmaq, iddiadan imtina etmək, apellyasiya və kassasiya şikayətləri vermək, hüquqi yardım göstərilməsi üçün vəkillə müqavilə bağlamaq üçün etibarnamə X3 tərəfindən verilmişdir. İş materiallarından görünür ki, X3 hüquqi şəxs yaratmadan, fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğuldur və vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. X1 hüquqi şəxs olan "xxxx" MMC adından iddia qaldırmaq, iddia ərizəsi imzalamaq və bu kimi səlahiyyətləri başqa şəxsə etibar etmək hüququnu təsdiqləyən heç bir sənəd yoxdur. Belə bir sənədi də məhkəmənin hazırlıq iclaslarında təqdim etməmişlər. Ona görə də məhkəmə hesab edir ki, ərizə buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından ərizə baxılmamış saxlanılmalıdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 № li 31 mart 2011-ci il tarixli Plenumunun 2-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələblərinə əsasən isə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.3, 260, 266-268-ci maddələrinin tələblərinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №2-2(115)-778/2023
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-778/2023
21.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver