Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-792/2021 13.07.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Məmmədov Rəşad Seylan oğlu İddiaçı X1 cavabdehlər DSMF-nin Goranboy rayon şöbəsinə, Goranboy Rayon Məhkəməsinə, DMX-nin Goranboy rayon şöbəsinə, TSEK-nin Goranboy rayon şöbəsinə, DƏMX-nin Goranboy rayon şöbəsinə, “Cavabdeh3” MMC-yə, “xxxx” MMC-yə, Tibbi sosial ekspertiza xidmətinin təşkili departamenti və Dövlət Tibbi-Sosial Ekspertiza və Resbilitasiya Agentliyinə, X2 Aparatının sənədlər və müraciətlərlə iş departamentinə, Goranboy rayonu TƏBİB-nin Goranboy rayon Mərkəzi Xəstəxanasına, Goranboy rayonunun sabiq başçısı Nizaməddin Quliyevə və Goranboy İcra Hakimiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı X3 cavabdehlər DSMF-nin Goranboy rayon şöbəsinə, Goranboy Rayon Məhkəməsinə, DMX-nin Goranboy rayon şöbəsinə, TSEK-nin Goranboy rayon şöbəsinə, DƏMX-nin Goranboy rayon şöbəsinə, “Cavabdeh3” MMC-yə, “xxxx” MMC-yə, Tibbi sosial ekspertiza xidmətinin təşkili departamenti və Dövlət Tibbi-Sosial Ekspertiza və Resbilitasiya Agentliyinə, X2 Aparatının sənədlər və müraciətlərlə iş departamentinə, Goranboy rayonu TƏBİB-nin Goranboy rayon Mərkəzi Xəstəxanasına, Goranboy rayonunun sabiq başçısı Nizaməddin Quliyevə və Goranboy İcra Hakimiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmə tərəfindən icraata götürülərək baxıla bilməz və ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Qeyd edilən Məcəllənin 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Göründüyü kimi, qanunvericilik kommersiya mübahisələri üzrə məhkəmə icraatının, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsinin, qəbulunun, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılmasının xüsusi qaydasını, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə həyata keçirilməsini müəyyən etmişdir. Belə olan halda iddia ərizəsi məhkəməyə kağız daşıyıcıda deyil, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təqdim edilməlidir. İddiaçı isə iddia ərizəsini məhkəməyə poçt vasitəsilə kağız daşıyıcıda təqdim etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəlləninin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Sadalanan xüsusatlara əsasən hesab edirəm ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparıldığından, bununla da iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilməli olduğundan, mövcud iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 149.2 və 149.2.3-cü maddələrinə əsasən iddiaçının tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Bu halda, iddiaçı cavabdehlərin hər birinə qarşı yönələn tələbini ərizəsində göstərməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Bundan başqa, ərizəyə əlavə olunmuş sənədlərdən göründüyü kimi, iddiaçı işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınması barədə sənədi iddia ərizəsinə əlavə etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Göstərilənlərə əsasən hesab edirəm ki, iddiaçı X1 cavabdehlər DSMF-nin Goranboy rayon şöbəsinə, Goranboy Rayon Məhkəməsinə, DMX-nin Goranboy rayon şöbəsinə, TSEK-nin Goranboy rayon şöbəsinə, DƏMX-nin Goranboy rayon şöbəsinə, “Cavabdeh3” MMC-yə, “xxxx” MMC-yə, Tibbi sosial ekspertiza xidmətinin təşkili departamenti və Dövlət Tibbi-Sosial Ekspertiza və Resbilitasiya Agentliyinə, X2 Aparatının sənədlər və müraciətlərlə iş departamentinə, Goranboy rayonu TƏBİB-nin Goranboy rayon Mərkəzi Xəstəxanasına, Goranboy rayonunun sabiq başçısı Nizaməddin Quliyevə və Goranboy İcra Hakimiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı X1 cavabdehlər DSMF-nin Goranboy rayon şöbəsinə, Goranboy Rayon Məhkəməsinə, DMX-nin Goranboy rayon şöbəsinə, TSEK-nin Goranboy rayon şöbəsinə, DƏMX-nin Goranboy rayon şöbəsinə, “Cavabdeh3” MMC-yə, “xxxx” MMC-yə, Tibbi sosial ekspertiza xidmətinin təşkili departamenti və Dövlət Tibbi-Sosial Ekspertiza və Resbilitasiya Agentliyinə, X2 Aparatının sənədlər və müraciətlərlə iş departamentinə, Goranboy rayonu TƏBİB-nin Goranboy rayon Mərkəzi Xəstəxanasına, Goranboy rayonunun sabiq başçısı Nizaməddin Quliyevə və Goranboy İcra Hakimiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2-2(115)-792/2021
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-792/2021
13.07.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver