Məhkəmə qərarları › İş №2-2(115)-819/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-819/2024

24.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-819/2024 24.07.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi ilə. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 13194 (on üç min yüz doxsan dörd) manat, dövlət rüsumu qismində ödənilmiş 130 (bir yüz səksən səkkiz) manat, vəkil xərcləri üçün ödənilmiş 300 (üç yüz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ondan un məhsulları almışdır. Ümumilikdə onun aldığı mallara görə 13194 (on üç min yüz doxsan dörd) manat borcu qalmışdır. Cavabdeh öhdəliklərini icra etməkdən yayınır, bəhanələr gətirir. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2(021)-3247/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin 06 mart 2024-cü il tarixli 2(104)-437/2024 nömrəli qərardadı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bərdə Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, e-2(021)-3247/2023 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh məhkəmə iclasında izahatında bildirmişdir ki, onun sahibkarlıq fəaliyyəti pandemiya zamanı böyük çətinliklərə məruz qalmışdır. Onun özünün də borc verdiyi şəxslər var. Lakin onlar da borcu ödəyə bilmirlər. Ona görə o, İddiaçı öz borcunu qaytara bilmir. Çörək sexi işlədir. Pandemiyadan sonra hələ də fəaliyyətlərini tam bərpa edə bilməmişlər. Sexdə olan avadanlıqlar işlək vəziyyətdədir. Amma həmin avadanlıqların oradan çıxarılması çox çətindir. Borcunu ödəməkdən yayınmır. Bərdə Rayon Məhkəməsində iclasda belə onların borc tələb etmək üçün əsasları olmadığı halda 13194 manat borcu etiraf etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və cavabdeh məhkəməyə teleqram göndərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş materiallarında olan Bərdə Rayon Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Abşeron rayon Masazır qəsəbəsi Qurtuluş küçəsi 93 ev 12 mənzil 14-də yaşayan İddiaçı xx.xx.2023-cü il tarixdə Bərdə rayon polis şöbəsinə ərizə ilə müraciət edərək Bərdə rayon sakini Cavabdeh xx.xx.2020-ci il tarixədək un məhsulları satdığını lakin Cavabdeh 13194 manat pulunu verməməsini bildirmiş, həmin müraciət əsasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Abşeron rayon Masazır qəsəbəsi Qurtuluş küçəsi 93 ev 12 mənzil 14-də yaşayan yaşayan İddiaçı Bərdə rayon ərazisində Cavabdeh 13194 manat dəyərində un məhsulları satmış, lakin sonuncu Pandemiya dövründə çörək sexinin fəaliyyəti zəif olmuş, İddiaçı pulunu verməmişdir. Toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuş, tələb mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmçinin həmin qərardan görünür ki, araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, Bərdə şəhəri Gəncə küçəsi ev 77-də yaşayır və rəsmi olaraq heç yerdə işləmir. O, Bərdə-Tərtər yolunun 2-ci km-də çörək sexi işlədir, İddiaçı şikayət ərizəsi ilə tanış olmuş, 4-5 il olar ki, İddiaçı tanıyır, Bakı şəhərindən ona un məhsulları gətirmiş satmış, vaxtı vaxtında pulunu vermişdir. Pandemiya dövründə çörək sexinin fəaliyyəti çox zəyif olmuş, İddiaçı ona satdığı unun pulunu verə bilməmişdir. 2020-ci ilin axırlarından İddiaçı borcu yaranmağa başlamış, bu günə qədər 13194 manat pul borcu yığılmışdır. Buda ona görə olmuş ki, ondan bir neçə nəfər şəxs çörək götürmüş pulunu verməmişlər buna görə o, İddiaçı borclu olduğu 13194 manat pulu verə bilməmişdir. O, İddiaçı verəcəyi puldan çox alacaqları olmasını, ona köməklik göstərilməsini alacaqlarını alaraq İddiaçı pulunu verəcəyini demişdir. O, hal-hazırda çörək sexinin mənfəət gətirə bilməməsini, onun çörək sexi və evinin bankda girovda olmasını bildirmişdir. İddiaçı etibarından sui istifadə edərək onu aldatmamasını nədə ki, 13194 manat pulunu ələ keçirməməsini, nə vaxt ona borclu olan şəxslər onun 13891 manat pulunu versələr o, da İddiaçı 13194 manat pulunu verəcəyini bildirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh 13194 manat dəyərində un məhsulları satmış, lakin sonuncu pandemiya dövründə çörək sexinin fəaliyyəti zəif olmuş, İddiaçı pulunu verməmişdir. İddiaçı bu barədə Bərdə Rayon Polis Şöbəsinə müraciət etmiş, aparılmış araşdırma zamanı Cavabdeh izahatında borcunu etiraf etmiş və Bərdə RPŞ–nin xx.xx.2023-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuş, tələb mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Hazırki məhkəmə iclasları zamanı da borcunu etiraf etmişdir. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması cavabdehin etirafı və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ilə təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, 13194 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmaq üçün 130 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Eyni zamanda iddiaçı tərəfindən 130 manat dövlət rüsumu ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 130 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, vəkilə xidmət haqqı olaraq 300 manat ödəniş olunmuşdur. Eyni zamanda iddiaçı tərəfindən 300 manat vəkil xidmət haqqı ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 300 manat vəkil xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 13194 manat pul, vəkil xərcləri üçün ödənilmiş 300 manat və 130 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 13194 manat pul, vəkil xərcləri üçün ödənilmiş 300 manat və 130 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar