Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-82/2021 04.02.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı, cavabdeh “Cavabdeh” İstahsalat Birliyinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh “Cavabdeh” İB-nə qarşı «aktın ləğvi və borcun silinməsi» tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Cavabdeh “X4 X8 İdarəsinə qarşı məhkəməyə müraciət edərək cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin Gəncə X8 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, ******* nömrəli aktın ləğv edilməsi və 1296 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək cavabdehin əsl cavabdeh “Cavabdeh” İstehsalat Birliyi ilə əvəz edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında çörək sexi işlədir, həmin qeyri-yaşayış sahəsində fəaliyyətə başlayarkən xx xxxx 2017-ci il tarixində “Cavabdeh” İB-nin Gəncə X7 İdarəsinin əməkdaşları ******* saylı akt əsasında mexaniki G6 28254445 saylı sayğacı sexə quraşdırmışlar, xx xxxxxx 2019-cu il tarixdə qazın təzyiqinin çox verilməsi səbəbindən sayğacda şişmə baş vermiş, bu barədə “Cavabdeh” İB-nə məlumat vermiş, əməkdaşlar çörək sexinə gələrək ******* saylı akt tərtib edərək sayğacın blonpunu açıb ekspertiza məqsədilə aparmışlar. Sayğac aparıldıqdan bir müddət sonra “Cavabdeh” İB-nin Gəncə X8 İdarəsinin əməkdaşıarı obyektə gələrək ******* nömrəli, xx xxxx 2020-ci il tarixli akt tərtib etmişlər və 1296 manat cərimə yazmışlar. Buna səbəb kimi sayğaca çüdaxilə edildiyi qeyd edilsə də sayğac sökülərkən heç bir müdaxilə aşkar edilməmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək iddia tələbini qəbul etmədiklərini bildirmişdir. İş materiallarında olan: xx xxxxxx 2019-cu il tarixli, ******* nömrəli aktın surətindən görümür ki, İddiaçı istehlakçı olduğu qaz sayğacı ALARM-1 rejimində olmuş, sayğacın hesablama mexanizmi gövdədən ayrılmışdır. xx xxxxxx 2020-ci il tarixli, MSK-29/1640-02801-09 nömrəli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında aktın surətindən görünür ki, G 6 markalı smart-kart tipli sayğaca Metologiya Departamentinin sayğacların müayinəsi laboratoriyasında baxış keçirilmiş və sayğacın klapanın bağlı olduğu, təzyiq nəticəsiində sayğacın gövdəsinin şişdiyi, nəticədə qoruyucu örtüyün alt hissədənaralandığı, sayğacın ALARM rejimində olduğu, çıxış plasmas borusu kənar təsir nəticəsində deşildiyi qeyd edilmişdir. xx xxxx 2020-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, abonent İddiaçı adına olan qaz sərfiyyatı sayğacının kənar təsir nəticəsində deşilməsi qeyd edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materialalrını araşdırıb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, çörək sexinə aid sayğaca ilkin baxış keçirilən zaman sayğacda olan nasazlığın, yəni sayğacın hesablama mexanizminin gövdədən ayrılmasının təyziq nəticəsində baş verməsi aşkar olunmuşdur. Bu hal labaratoriya aktı ilə bir daha təsdiqini tapmışdır. İkin baxış zamanı sayğaca müdaxilə halı aşkar olunmamışdır. Sayğac götürülərək labaratoriyaya göndərilmiş, digər nasazlıq, yəni sayğacın çıxış plasmas borusunun kənar təsir nəticəsində deşilməsi sonradan qeyd edilmişdir. Göründüyü kimi qaz təchizatı orqanı sayğaca kənar müdaxiləni aşkar etmədiyi halda, sayğacın çıxış plasmas borusunun kənar təsir nəticəsində deşilməsini abonentə aid etmişdir. Göründüyü kimi sayğaca müdaxilə olmamış, sayğacın nasazlığının səbəbi yüksək təyziq olmuş, bunun istehlakçının təqsiri nəticəsində baş verməməsi halı da müəyyən olunmuşdur. Halbuki, baş vermiş qüsurun əsasında istehlakçının təqsirli hərəkəti dayandığı halda təbii qazın itkisinə görə yaranan borc ondan tələb edilə bilər. Buna baxmayaraq həmin nasazlığa görə itirilmiş sərfiyyatın əvəzinin ödənilməsi ondan tələb olunmuşdur. Məhkəmə qeyd edir ki, aktı tərtib etmiş təşkilat onun qanuni və əsaslı olmasını sübut etməyə borcludur. Qəbul edilmiş aktın qanuni və əsaslı olmasını sübut edə bilmədikdə, iddianın haqlı olması halı qəbul edilir. İstehlakçının fəaliyyəti təbii qazın verilişindən asılı olduğundan cavabdeh orqan istehlakçıya münasibətdə daha güclü tərəf sayılır. Ona görə də qaz təchizatı müəssisəsinin əməkdaşı birinci növbədə istehlakçının məsuliyyətə cəlb etməkdə maraqlı olmamasını, qərəzsiz olmasını təmin etməlidir. Onun qərəzsizliyinə şübhə yarada bilən bütün hərəkətlərdən çəkinməlidir. Əks halda onun fəaliyyəti qüsurla həyata keçirilmiş olur. Sayğac laboratoriya şəraitində yoxlanılarkən istehlakçının iştirakı təmin edilməmişdir. Qeyd olunanlardan göründüyü kimi sayğaca müdaxilənin olması halı digər sübutlarla təsdiqini tapmır. Cavabdeh orqan xidməti vəzifəsindən irəli gələrək mövcud qaydalara əməl etmədən,vəziyyəti yetərincə araşdırmadan, yararlı və zəruri sübutları toplamadan, sayğac laboratoriya şəraitində yoxlanılarkən istehlakçının iştirakını təmin etmədən, onun təqsirini müəyyən etmədən barəsində akt tərtib edərək üzərinə əsassız olaraq borc hesablamışdır. Bundan başqa, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 5-ci hissəsinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş X2 2-ci maddəsinin 10-cu bəndinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci və 17-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2020-ci il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 1296 (min iki yüz doxsan altı) manat borc istehlakçının hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “Cavabdeh” X4 X7 idarəsi tərəfindən İddiaçı barəsində hesablanmış 1296 (bir min iki yüz doxsan altı) manat borc abunə hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Kənan Vəliyev əsli ilə düzdür Hakim : Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2-2(115)-82/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-82/2021
04.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver