Məhkəmə qərarları › İş №2-2(115)-867/2021

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-867/2021

25.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-867/2021 25.08.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı-nin Cavabdeh qarşı dəymiş maddi ziyanın kəsirinin tutulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh qarşı « dəymiş maddi ziyanın kəsirinin tutulması » tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02.04.2019-cu il tarixli 2(045)- 303/2019 saylı qətnamədən kəsir qalan 4372 manat əsas borcun və 20.07.2018-ci il tarixədək hesablanmış 1.5 %-i miqdarında yəni 3257 manat cərimə borcunun müəyyən edilməsi, hüquqi xidmət üçün ödənilmiş 200 manatın və 30 manat məbləğində dövlət rüsumunun, cəmi 7859 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq, İddiaçı X1 şirkətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, məhkəmə iclası barədə iddiaçıya məlumat verilsə də, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Ona görə də, işin mahiyyəti üzrə baxılmasını tələb etmir və işin baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrinə əsasən məhkəmə, QƏRARA ALDİ: İddiaçı-nin Cavabdeh qarşı dəymiş maddi ziyanın kəsirinin tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar