Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-89/2025 05.02.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı Bank Olmayan Kredit X7 Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit X7 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit X7 Cəmiyyəti iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə mürаciət edərək, Cavabdeh1 iddiaçının xeyrinə xx.xx.2013-cü il tarixli 155-13B saylı kredit müqaviləsi üzrə 532,34 manat əsas borc, 1381,23 manat faiz, 2009,14 manat dəbbə borcu olmaqla cəmi 3922,71 manat, xx.xx.2013-cü il tarixli 155-13B-PK saylı kredit müqaviləsi üzrə isə 295,58 manat əsas borc, 862,64 manat faiz olmaqla cəmi 1158,22 manat kredit borcunun və 30 manat dövlət rüsumunun tutulması, tələbin X4 məxsus Bərdə şəhəri Səməd Vurğun küçəsində yerləşən 0,03 ha torpaq sahəsində yerləşən 66,9 kv.m yaşayış, 41 kv.m köməkçi sahədən, ümumi 107.9 kv.m sahədən ibarət olan 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin dəyərinin 29000 manat qiymətlə hərraca çıxarılması, açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməsi, X2 və Cavabdeh3 fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılması, fərdi yaşayış evinin məcburi boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə əvvəlki "xxxx" ASC arasında xx.xx.2013-cü il tarixli 155-13B saylı və xx.xx.2013-cü il tarixli 155-13B-PK saylı kredit müqavilələri imzalanmışdır. Müvafiq olaraq xx.xx.2013-cü il tarixli 155-13B saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə, 6 faizlə 18 ay güzəşt müddəti olmqla 15000 manat, xx.xx.2013-cü il tarixli 155-13B-PK saylı kredit müqaviləsi üzrə isə 36 ay müddətinə, illik 36 faizlə, 27 gün güzəşt müddəti olmaqla 500 manat kredit verilmişdir. Kredit müqavilələrinin təminatı kimi xx.xx.2013-cü il tarixli 155-13B saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X5 özünə məxsus olan ünvan 1ndə yerləşən 0.03 ha torpaq sahəsində yerləşən, 66.9 kv.m yaşayış, 41 kv.m köməkçi sahədən ibarət olmaqla ümumilikdə 107.9 kv.m, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evini (həyətyanı tikili və qurğularla) ipoteka ilə yüklü etmiş, yüklülük qeydə alınmışdır. Cavabdeh1 xx.xx.2013-cü il tarixli 155-13B saylı kredit müqaviləsi üzrə 532,34 manat əsas borc, 1381,23 manat faiz, 2009,14 manat dəbbə, cəmi 3922,71 manat, xx.xx.2013-cü il tarixli 155-13B-PK saylı kredit müqaviləsi üzrə isə 295,58 manat əsas borc, 862,64 manat faiz olmaqla cəmi 1158,22 manat borcu vardır. Dəfələrlə cavabdehə borcunu ödəməsi barədə xəbərdarlıq edilib bildiriş verilməsinə baxmayaraq cavabdeh banka olan borcunu ödəməmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-60/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 xx.xx.2013-cü il tarixli 155-13B-PK saylı kredit (borc) müqaviləsi üzrə 295,58 manat əsas, 862,64 manat faiz borcu olmaqla cəmi 1158,22 manat və xx.xx.2013-cü il tarixli 155-13B saylı kredit (borc) müqaviləsi üzrə 532,34 manat əsas, 1381,23 manat faiz borcu, 300 manat cərimə borcu olmaqla, cəmi 2213,57 manatın alınaraq iddiaçıya ödənilməsi, tutmanın X2 mülkiyyətindəki ünvan 1 ünvanında 0.03 ha torpaq sahəsində yerləşən 66.9 kv.m yaşayış, 41 kv.m yardımçı, 107.9 kv.m ümumi sahədən ibarət İ mərtəbəli 3 otaqlı 3B nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 24000 manat müəyyən edilməsi, həmin əmlakın açıq hərracdan satılmaqla kredit borcu bu əmlakın dəyərindən tutulması və artıq qalan məbləğin mülkiyyətçiyə qaytarılması, ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh3 və X2 həmin fərdi yaşayış evindən çıxarılmaları, fərdi yaşayış evini boşaldılması, iddia tələbinin qalan hissədə təmin olunmaması, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun və tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat rüsumun Cavabdeh1 alınaraq iddiaçıya ödənilməsi, qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri 250 manatın Cavabdeh1 tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmiş, qətnamənin ləğv olunması, iddia tələbinin təmin olunmaması ilə bağlı qətnamə çıxarılması xahiş edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-557/2024 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-60/2023 saylı qətnaməsi ləğv edilmiş, iş baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Həmçinin apellyasiya icraatı zamanı cavabdeh-ipoteka qoyan X5 ölmüş, onun prosessual hüquqi varisi olaraq Cavabdeh1 tanınmışdır. İddiaçı Bank Olmayan Kredit X7 Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh3 və Cavabdeh2 cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən cavabdeh-ipoteka qoyan X2 Cavabdeh1 ilə yanaşı arvadı Cavabdeh3 və qızı Cavabdeh2 da onun prosessual hüquqi varisi olaraq tanınmış və cavabdeh qismində işə cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Cavabdeh1 (o həm də digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 nümayəndəsidir) məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun və nümayəndəsi olduğu şəxslərin iştirakı olmadan keçirilməsini xahiş etmiş, ekspertiza rəyi ilə tanış olduğunu, rəylə razı olduğunu, yekun məhkəmə aktının çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 155-13B-PK saylı kredit (borc) müqaviləsindən görünür ki, Cavabdeh1 27 gün güzəştlə 36 ay müddətinə illik 36% olmaqla 500 manat məbəğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 155-13B saylı kredit (borc) müqaviləsindən görünür ki, Cavabdeh1 18 ay güzəştlə 36 ay müddətinə illik 6% olmaqla 15000 manat məbəğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh1 və X5 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 155-13B saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, tərəflər arasında bağlanmış 12 aprel 2013-cü il tarixli 155-13B və 155-13B-PK saylı kredit müqavilələri üzrə öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə X2 mülkiyyətindəki ünvan 1 ünvanında 0.03 ha torpaq sahəsində yerləşən 66.9 kv.m yaşayış, 41 kv.m yardımçı, 107.9 kv.m ümumi sahədən ibarət İ mərtəbəli 3 otaqlı 3B nömrəli fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibi (həyətyanı tikili və qurğular 21 kv.m) ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsində ipotekanın predmeti 29000 manat dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 01 sentyabr 2023-cü il tarxili qiymətləndirmə rəyindən görünür ki, Bərdə şəhəri Səməd Vurğun küçəsində 0.03 ha torpaq sahəsində yerləşən 3 otaqlı, yaşayış sahəsi 66.9 kv.m, yardımçı sahəsi 41 kv.m, ümumi sahəsi 107.9 kv.m olan fərdi yaşayış evinin bazar dəyəri 36000 manat, likvid dəyəri 24000 manat kimi qiymətləndirilmişdir. Xidmət haqqı 250 manat qeyd edilmişdir. İş materiallarında olan MA seriyalı ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında 0.03 ha torpaq sahəsində yerləşən mərtəbəliyi 1, yaşayış otaqlarının sayı 3, yaşayış sahəsi 66.9 kv.m, yardımçı sahəsi 41 kv.m, ümumi sahəsi 107.9 kv.m olan fərdi yaşayış evi X2 tam mülkiyyətindədir. İş materiallarında olan notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Cavabdeh3 əri X4 məxsus olan və X10 küçəsi 3B ünvanında 0.03 ha ha torpaq sahəsində yerləşən evinin ipotekaya qoyulmasına razılıq vermiş və ipoteka pretmetinə ipoteka tutma yönəldildikdə yaşayış evini dərhal tərk etməyi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan iltizamdan görünür ki, X5 və Cavabdeh3 ipoteka qoyulmuş fərdi yaşayış evinə tutumanın yönəldilməsi haqqından bildiriş ipoteka qoyana verildiyi andan 7 gün ərzində borc öhdəliyi yerinə yetirilməzsə ən geci 1 ay ərzində fərdi yaşayış evini könüllü tərk etməsi barədə iltizam vermişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 13 may 2024-cü il tarixli 9/2320 saylı rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2013-cü il tarixli 155-13B-PK saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə 752,62 manat əsas, 15,51 manat faiz, xx.xx.2016-cı il tarixə 623,17 manat əsas borcu mövcudur. Cavabdeh1 xx.xx.2013-cü il tarixli 155-13B saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə 4269,81 manat əsas, 9,25 manat faiz, xx.xx.2016-cı il tarixə 266,55 manat əsas borcu mövcuddur. Hər iki müqavilə üzrə xx.xx.2016-cı il tarixə faiz borcu müəyyən edilməmişdir. Xidmət haqqı 100 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, Cavabdeh1 ilə "xxxx" ASC arasında xx.xx.2013-cü il tarixdə iki kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqavilələrindən biri, 155-13B saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 18 ay güzəştlə 36 ay müddətinə illik 6% olmaqla 15000 manat məbəğində kredit verilməsi nəzərdə tutulmuşdur. Digər 155-13B-PK saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 500 manat məbəğində kredit verilməsi nəzərdə tutulmuşdur. Hər iki kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq X4 məxsus Bərdə şəhəri Səməd Vurğun küçəsində yerləşən 0,03 ha torpaq sahəsində yerləşən ümumi 107.9 kv.m sahədən ibarət olan 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı kredit müqavilələri ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, cavabdeh isə kredit müqavilələri ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. İddiaçı cavabdehdən xx.xx.2013-cü il tarixli 155-13B saylı kredit müqaviləsi üzrə 532,34 manat əsas borc, 1381,23 manat faiz borcu, xx.xx.2013-cü il tarixli 155-13B-PK saylı kredit müqaviləsi üzrə isə 295,58 manat əsas borc, 862,64 manat faiz borcunu tələb etmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 13 may 2024-cü il tarixli 9/2320 saylı rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2013-cü il tarixli 155-13B saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə 266,55 manat əsas, xx.xx.2013-cü il tarixli 155-13B-PK saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə 623,17 manat borcu mövcuddur. Hər iki müqavilə üzrə xx.xx.2016-cı il tarixə faiz borcu müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2013-cü il tarixli 155-13B saylı kredit müqaviləsi üzrə 266,55 manat (ekspertiza rəyi ilə müəyyən edilmiş) və xx.xx.2013-cü il tarixli 155-13B-PK saylı kredit müqaviləsi üzrə 295,58 manat (iddia tələbində tələb edilmiş) əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə əsas borc məbləğini nəzərə alaraq hesab edir ki, dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 20 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 12 aprel 2013-cü il tarixli 155-13B saylı kredit müqaviləsi üzrə yaranmış 266 manat 55 qəpik əsas kredit borcu, 20 manat cərimə borcu olmaqla cəmi 286 manat 55 qəpik borc, 12 aprel 2013-cü il tarixli 155- 13B-PK saylı kredit müqaviləsi üzrə yaranmış 295 manat 58 qəpik əsas kredit borcu, 20 manat cərimə borcu olmaqla cəmi 315 manat 58 qəpik pul, hər iki müqavilə üzrə ümumilikdə 602 manat 13 qəpik pul vəsaiti Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. İş materiallarında olan bildiriş məktubundan görünür ki, iddiaçı cavabdehə kredit müqavilələri üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan torpaq sahəsinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, tələb üzrə tutma Bərdə şəhəri Səməd Vurğun küçəsində yerləşən 0,03 ha torpaq sahəsində yerləşən 66,9 kv.m yaşayış, 41 kv.m köməkçi sahədən, ümumi 107.9 kv.m sahədən ibarət olan 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə yönəldilməli, həmin fərdi yaşayış evi açıq hərracdan satılmalı, açıq hərrac keçirildikdən və əmlak satıldlqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçıya ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qızına qaytarılmalı, açıq hərrac keçirildikdən və əmlak satıldlqdan 1 ay sonra fərdi yaşayış evi boşaldılmalıdır. Əmlakın ilkin satış qiyməti ilə bağlı məhkəmə bildirir ki, məhkəmə icraatı zamanı qiymətləndirmə rəyi alınmış, rəyə əsasən əmlakın likvid qiyməti 24000 manat müəyyən edilmişdir. Məhkəmə əmlakın ilkin satış qiymətinin tərəflərin ipoteka predmetinin qiyməti ilə bağlı razılaşdıqları 29000 manat həddində müəyyən edilməsini daha məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan xx.xx.2020 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 30 manat manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 250 manat ekspertiza xərci cavabdehdən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Həmçinin məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 100 manat ekspertiza xərci cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 12 aprel 2013-cü il tarixli 155-13B saylı kredit müqaviləsi üzrə yaranmış 266 manat 55 qəpik əsas kredit borcu, 20 manat cərimə borcu olmaqla cəmi 286 manat 55 qəpik pul, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 12 aprel 2013-cü il tarixli 155-13B-PK saylı kredit müqaviləsi üzrə yaranmış 295 manat 58 qəpik əsas kredit borcu, 20 manat cərimə borcu olmaqla cəmi 315 manat 58 qəpik pul, hər iki müqavilə üzrə ümumilikdə 602 (altı yüz iki) manat 13 (on üç) qəpik pul vəsaiti, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı Bank Olmayan Kredit X7 Cəmiyyətinə ödənilsin. Tələb üzrə tutma Bərdə şəhəri Səməd Vurğun küçəsində yerləşən 0,03 ha torpaq sahəsində yerləşən 66,9 kv.m yaşayış, 41 kv.m köməkçi sahədən, ümumi 107.9 kv.m sahədən ibarət olan 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə yönəldilsin. Həmin fərdi yaşayış evi açıq hərracdan satılsın və əmlakın ilkin satış qiyməti 29000 (iyirmi doqquz min) manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən və əmlak satıldlqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı Bank Olmayan Kredit X7 Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qızına qaytarılsın. Açıq hərrac keçirildikdən və əmlak satıldlqdan 1 ay sonra Bərdə şəhəri Səməd Vurğun küçəsində yerləşən 0,03 ha torpaq sahəsində yerləşən 66,9 kv.m yaşayış, 41 kv.m köməkçi sahədən, 107.9 kv.m ümumu sahədən ibarət olan 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi boşaldılsın. İş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 250 (iki yüz əlli) manat ekspertiza xərci Cavabdeh1 tutularaq "xxxx" MMC-nin hesabına ("xxxx" ASC-nin Qara Qarayev filialı, kod: 200145, VÖEN: **********, SWİFT kod:AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN: **********, hesab: AZ90AİİB********************) ödənilsin. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №2-2(115)-89/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-89/2025
05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver