Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-939/2021 22.09.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4 Cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh Allahverdi oğluna qarşı borc tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 11000 manat borc pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən alıcı X2 bir sıra avtomobil ehtiyat hissələri və sürtgü yağları satılmışdır ki, sonuncu satın aldığı malların dəyərini ən qısa zaman ərzində ödəməli idi. Lakin cavabdeh müxtəlif bəhanələr gətirməklə iddiaçıdan aldığı malların dəyərini ödəməkdən boyun qaçırmışdır. Sonradan tərəflər arasında 16 sentyabr 2020-ci il tarixli borcun etirafı barəsində müqavilə bağlanmış və cavabdeh tərəf həmin müqavilə ilə satın aldığı mallara görə iddiaçı qarşısında borclu olduğunu etiraf etmişdir. Həmin müqavilənin 3-cü bəndinə görə Cavabdeh 11000 manat borc pulun sözügedən müqavilənin bağlandığı vaxtdan 1 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Müddətin axımı həmin müqavilənin imzalanması vaxtı ilə başlayır və şərtləşdirilmiş müddətdə başa çatır. Tərəflər arasında bağlanmış borcun etirafına dair müqavilə üzrə cavabdeh tərəf borc pulun 1 ay ərzində ödənilməsi öhdəliyini üzərinə götürsə də bu günədək, öhdəliklərini yerinə yetirməkdən qərəzli şəkildə boyun qaçırır. Borcun ödənilməsi ilə bağlı cavabdeh tərəfə dəfələrlə müraciət edilsə də, bu barədə yazılı şəkildə pretenziya məktubu göndərilsə də heç bir müsbət nəticə olmamışdır. Beləliklə cavabdeh öz öhdəliklərini yerinə yetirmədiyi üçün iddiaçı qarşısında bu günə qədər 11000 manat borcu yaranmışdır. Şəmkir Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli 2(076)-1602/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh Allahverdi oğluna qarşı pul tələbinə dair 2(076)-1602/2021 nömrəli mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi X6 ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsində mexaniki səhv olaraq cavabdehin adı “Cavabdeh Allahverdi oğlu” kimi qeyd edilmişdir. İddia ərizəsində cavabdehin adının “Cavabdeh” kimi nəzərə alınmasını xahiş etdi. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, məhkəməyə müraciət edildikdən sonra cavabdeh borcdan 150 manat ödəmişdir. Ödənişin nəzərə alınmasını və məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iddianı qəbul edərək izahatında bildirdi ki, Cavabdeh onun atasıdır. X1 2015-ci il tarixdə soyadını və adını dəyişdirmişdir. Atası iddiaçıdan aldığı avtomobil ehtiyyat hissələrinə görə iddiaçıya 16000 manat borcu var idi. Maşınını satıb iddiaçıya 5000 manat ödəmişlər və 11000 manat borcları qalmışdır. İddiaçıdan aldığı malların çox hissəsini nisyə satmışlar, lakin pullarını hələ də ala bilməmişlər. Ona görə də, atasının iddiaçıya borcu qalmışdır. Bir neçə ay bundan qabaq iddiaçıya 150 manat ödəmişlər. Borcu etiraf edərək maddi imkanı aşağı olduğundan hazırda heç bir ödəniş edə bilmədiyini, borcu hissə-hissə ödəyəcəyini bildirdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16.09.2020-ci il tarixli “Borcun etirafı barəsində” müqaviləyə əsasən Cavabdeh 11000 manat dəyərində avtomobil ehtiyat hissələri və sürtgü yağlarına görə ödənilməyən borc öhdəliyi vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 598-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh İddiaçı MMC-dən 11000 manat məbləğində mal almış, verilmiş malın dəyərinin qaytarılmasını təmin etməsinə dair satıcı qarşısında öhdəlik götürmüş, lakin öhdəliklərini tam şəkildə icra etməmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 10850 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı məhkəməyə müraciət etdikdən sonra Cavabdeh borcdan 150 manat ödəniş etmişdir. Buna görə də İddiaçı xeyrinə tutulan məbləğ 11000 manat deyil, 10850 manat təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 10850 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2-2(115)-939/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-939/2021
22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver