Məhkəmə qərarları › İş №2-2(115)-955/2021

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-955/2021

20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-955/2021 20.10.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Şəmkir rayon Məhkəməsinə müraciət edərək "xxxx" MMC-nin xeyrinə Cavabdeh ümumilikdə 67 034 manat məbləğində borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Tərəflərə, o cümlədən iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş olsa da məhkəmə iclasında iştirak etməmişlər və bu bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə aşağıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, iddia tələbi baxılmamış saxlanılmalıdır. Belə ki, 20.09.2021-ci il tarixə təyin olunmuş və hazırkı məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlar Elektron Məhkəmə informasiya sisteminə daxil edilmişdir. Bununla yanaşı poçt göndərişi vasitəsilə də məlumat tərəflərə göndərilmişdir. İddiaçı ərizəsində hüquqi ünvanını ünvan 1 məhkəmə iclasları barədə bildirişlər də poçt vasitəsilə həmin ünvana göndərilmişdir. Lakin məhkəmə sənədləri iddiaçının həmin ünvanda olmaması və ünvanın tam olmaması əsası ilə məhkəməyə qaytarımışdır. İddiaçı ərizəsində elektron poçt ünvanı və mobil telefon nömrəsi göstərilmədiyindən SMS bildiriş göndərilməsi mümkün olmamışdır. Ünvanı tam olaraq məhkəməyə təqdim etmək və ünvanı dəyişdiyi halda məhkəməyə məlumat vermək vəzifəsi iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxlərin poçt ünvanları ərizədə göstərilməlidir. Mülki Prosessual Məcəllənin 259.0.6-cı maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinin tələblərinə əsasən isə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 259.0.7, 260, 266-268-ci maddələrinin tələblərinə əsasən məhkəmə q ə r a r a a l d ı: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair iddiası baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar